Bir fransızla bir müsəlman

Bir fransızla bir müsəlman
23 noyabr 2015
# 14:36

Sevgililərin paytaxtı, gözəllik deyəndə ilk ağla gələn şəhərlərdən biri, Parisdə dəhşətli terror hadisəsi yaşandı. Gözəlliyə terror şilləsi dəydi, dünya qanlı, silahlı üzünü sevginin şəhərinə də göstərdi. Bir daha sübut olundu ki, dünyada terrordan sığortalanmış və təhlükəsizliyinə birmənalı zəmanət verilən heç bir ölkə, şəhər yoxdur.

Bizim ölkəmiz də uzun illərdir terrordan əziyyət çəkir. İnsanlarımızın ömrü bölünüb, çoxsaylı soydaşlarımız əlil olub, həyatını itirib. Vətənimizin bir hissəsi işğal olunub. Erməni terroru bizim həyatımızda istəsək belə silə bilmədiyimiz, xoşagəlməz izlər buraxıb. Bu fakt terrorun qurbanı olan fransızları, yaxud başqa xalqın nümayəndələrini bizim daha yaxşı anlamağımıza imkan verir. Çoxları dünyanın hegemon gücləri hesab olunan ölkələri bu terrora dərhal reaksiya verməkdə ittiham etdilər. İttihamların davamında Yaxın Şərqdə baş verənlərə və həlak olan müsəlmanlara biganəlik göstərilməsi də var idi.

Hətta Parisdəki terrora qarşı duyarlılıq göstərən insanları “Bir fransızın həyatı bir müsəlmanın həyatından dəyərlidir” fikrinin qarşısına sual işarəsi qoyaraq mühakimə də edənlər tapıldı. Sosial şəbəkələrdə profilinə fransız bayrağının fotosunu qoyanları “top”a tutanların sayı-hesabı yox idi. Yəqin ki, Parisdəki terror aktlarına haqq qazandıranlar məhv olan insan həyatı barədə fikirləşmədi. Humanizmi insanpərvərlik ideyalarını daxili dünyasından uzaq tutan insanlar ittihamları irəli sürərək insansevər kimi görünməyə çalışdılar. Onlardan heç birinin ağlına gəlmədi ki, parisli, yaxud müsəlman olmağı insanlar arasında heç bir fərq yaratmır, insan insandır. İnsanların həyatını, sağlamlığını terror nəticəsində itirməsinə heç nə ilə haqq qazandırmaq olmaz. Birmənalı şəkildə dərk etmək lazımdır ki, Parisdə, Avropanın hər hansı şəhərində eləcə də Yaxın Şərqdə törədilən terrorun yeganə qurbanı insandır.

Bütün bu lazımsız fikirləri səsləndirərək fransızların terrora məruz qalmasına haqq qazandıranlar üçün təəssüflənməkdən başqa heç nə əlimizdən gəlmir. Terroru yox, fransızı günahkar hesab edən insanların nəzər almadığı bir məsələ də vardı. Parisdəki terror ona görə daha çox əks səda doğurdu ki, Paris şəhəri bütövlükdə Avropa bu terrorla çalxalanan dünyada sabitliyin, təhlükəsizliyin qarantı hesab olunur.

Təəssüf ki, ən çox əzabı dövlət başçıları, siyasətçilər, yox terror, müharibə, ümumilikdə səhv siyasətin qurbanı olan sadə günahsız vətəndaşların özü və doğmaları çəkir. Amansız dünyada yaşayırıq.

# 1148 dəfə oxunub

Oxşar xəbərlər

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

14:30 14 iyun 2024
Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

11:30 23 may 2024
#
#
# # #