Bu dəfə səndən yazacam

Bu dəfə səndən yazacam
6 may 2015
# 16:02

Avtobusların içindəkilərdən daha xoşbəxt göründüyü şəhərdə dolaşmaq məmnunluğu yaşayıram. Adamın ağlına parlaq bir fikir gələndə yaşadığı hisslərə bənzəyir bu duyğu. Belə bir hissi yaşamayan oxucu üçün başqa bir misal çəkim: elə bil bərbərxanaya saçını qırxdırmaq üçün deyil, güzgünün sağ-soluna vurulan model şəkilləri üçün getmisiz. Amma məsələ bu deyil, bu dəfə səndən yazacam, dükanların 1 qəpik ucuza satdığı malların xətrinə yazmıram.

İnsanların üzlərində “Məni tanıyırsan?!” sualını oxuyacaq qədər xoşbəxt idim. Səni düşünəcəkdim, üzərində böyük hamburger şəkli vurulmuş maşın gözümün qabağını kəsməsəydi. Adam bəzən doğmalarından daha çox ayran qutularını görür. Məsələn, mən səni şirələrdən, “İce tea”lərdən daha az tanıyıram. TV-lərdə qonaqların sözünü kəsən reklamlar, küçələrdə birbaşa insanların düşüncələrini, duyğularını hətta qərarlarını belə dəyişdirir. Keçək ən önəmli məqama, bu dəfə səndən yazacam, tənhalıqdan üşüyən insanın qarderobda axtardığı isti paltarın xətrinə yazmıram.

Hər birimiz şok xəbərlərini oxuyaraq, dinləyərək, izləyərək gündəlik həyatımızı yaşayırıq. ŞOKoladların kalorisi qədər reytinq gətirən belə xəbərin biri beynimin bir küncündə, biri yanımdan sürətlə ötüb keçən gəncin cibinə qoyduğu sıxılmış ovcunda, birini də Google-də yazıb taparsınız. Mən isə bu dəfə səndən yazacam, 2-3 metrlik cığırı qol-qola girərək yolu tamamilə kəsən dörd gözəl qızın xətrinə yazmıram.

Yadımdadı, orta məktəbdə inşa yazılarındakı mövzulardan biri “Arzunuz nədir?” olardı. Mövzu verilən kimi ağlımıza ilk gələn cümlə “Arzudan arzu doğur” fikri idi. Bu mövzunun indi də qaldığına əminəm, amma kiminsə belə düşüncədə olacağına inanmıram. Çünki bir arzunun gerçəkləşməsi 20 illik bank müqaviləsi nəticəsində olursa, zibilliklər, hirslə cırılmış lotoreyalar, Topaz biletləri ilə dolursa, günlər günəbaxan tumlarının kuponlarını toplamaqla keçirsə, üzü daim “parçalı-buludlu” dolaşan insanlar varsa arzudan arzu deyil, olsa olsa adı “Arzu” olan dükanlar yaranacaq. E-manatın qəbz vermədiyi bu günlərdə səndən yazacaqdım, qadın göz yaşları kimi axan ulduzların xətrinə yazmıram.

# 1274 dəfə oxunub

Oxşar xəbərlər

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

14:30 14 iyun 2024
Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

11:30 23 may 2024
#
#
# # #