Qırğızıstan rəsmisi: "Bişkeklə Bakı arasında mədəni və humanitar əlaqələr möhkəmlənir"

Qırğızıstan rəsmisi:  "Bişkeklə Bakı arasında mədəni və humanitar əlaqələr möhkəmlənir"
27 oktyabr 2026
# 13:40

Bakı Prosesi xalqlar arasında qarşılıqlı anlaşmanın və mədəni əməkdaşlığın gücləndirilməsi üçün mühüm beynəlxalq platformaya çevrilib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bunu Bakıda Beynəlxalq təşkilatların 3-cü yüksək səviyyəli görüşü və Bakı Prosesi çərçivəsində nazirlərin 6-cı görüşünün xüsusi birgə sessiyasında Qırğız Respublikasının mədəniyyət nazirinin müavini Soyuzbek Nadırbekov deyib.

O bildirib ki, Azərbaycanla Qırğızıstan arasında qardaşlıq münasibətləri dövlət başçıları İlham Əliyev və Sadır Japarovun siyasi iradəsi və şəxsi iştirakı sayəsində inkişaf edir.

Nazir müavini Azərbaycanla Qırğızıstan arasında mədəni və humanitar əlaqələrin möhkəmlənməsinə töhfə verən təşəbbüslərə diqqət çəkib. O, Azərbaycanın Ağdam rayonunda Ayköl Manas məktəbinin tikilməsini, eləcə də Bişkekdə Heydər Əliyev və Nizami Gəncəvi adına məktəblərin, Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılmasını bu əməkdaşlığın nümunələri kimi göstərib.

O vurğulayıb ki, mədəniyyətlərarası dialoq yalnız müzakirələrlə məhdudlaşmamalı, konkret birgə layihələrlə möhkəmləndirilməlidir.

# 78 dəfə oxunub

Oxşar xəbərlər

"Evliliyin əvvəli və sonu möhtəşəm, lakin ortası cəhənnəmdir..." - Enid Baqnolddan sitatlar

"Evliliyin əvvəli və sonu möhtəşəm, lakin ortası cəhənnəmdir..." - Enid Baqnolddan sitatlar

14:00 27 oktyabr 2026
Özbəkistanın mədəniyyət naziri:  "Bakı forumu beynəlxalq əməkdaşlıq üçün mühüm platformadır"

Özbəkistanın mədəniyyət naziri: "Bakı forumu beynəlxalq əməkdaşlıq üçün mühüm platformadır"

13:31 27 oktyabr 2026
Məşhur memarlıq nümunəsinin qorunması üçün 10 milyon dollar ayrıldı

Məşhur memarlıq nümunəsinin qorunması üçün 10 milyon dollar ayrıldı

13:30 27 oktyabr 2026
Jay-Z "Super Bowl" şousunda səhnəyə çıxacaq - İlk dəfə

Jay-Z "Super Bowl" şousunda səhnəyə çıxacaq - İlk dəfə

12:40 27 oktyabr 2026
Tanınmış aktyor Amerikada seriala çəkiləcək - Qadağalardan sonra

Tanınmış aktyor Amerikada seriala çəkiləcək - Qadağalardan sonra

12:20 27 oktyabr 2026
İmtiyazlarından imtina edib döyüşə gedən komandir - Sağlığında Milli Qəhrəman adını alan Şükür Həmidov kimdir?

İmtiyazlarından imtina edib döyüşə gedən komandir - Sağlığında Milli Qəhrəman adını alan Şükür Həmidov kimdir?

12:00 27 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər