Günay Novruz
Mən yasaqlarla ömür yaşayası adam deyiləm,
Yükləməyin məni, vallah onu daşıyası deyiləm.
- Yalnız bu 3 peşə “sağ qalacaq” - Bill Qeyts açıqladı
- Rəşad Məcid: "Təəssüf ki, bu cür vacib məsələnin müzakirəsi lüzumsuz istiqamətə yönəldi"
- Mel Gibson yenidən silah ala biləcək - Qadağa ləğv olundu
Mən məni tanıyıram, adamlardan qaçanam bir az,
Adamlar adamı sındırmaq üçün yaşayır,
Mən azadlığı və qüruru sevirəm.
Bir az səni də sevirəm, sevgilim...
ara-sıra vuruluram sənə.
Sonra...
sonra fərqinə varıram ki, adamsan sən də.
Eh... eh...
Mənim bu dərdim başıma bəla
Məni alıb aparır sabahlara.
Sınıb, ölənlərin vurğunuyam,
Mən qürurumdan ölürəm.
Bilirsən niyə?
Sına bilmirəm deyə.
Adamların dostluq siyahısında yoxam...
yoxam mən
Çün ki, anam adam yox qürur doğub.
Bir az çoxam...
çoxam mən
Çünki, adım qürur qoyulmayıb.
Adamlar adamı adı ilə tanıyır,
Adamlar adamı adamı ilə tanıyır,
Adamlar adamı əyir sonra tanıyır
İSTƏMİRƏM!!!