Son illərin ən yaxşı Azərbaycan filmi-SORĞU

Son illərin ən yaxşı Azərbaycan filmi-<span style="color:red;">SORĞU
8 avqust 2014
# 15:23

Milli Kino Günündə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal etdiyi “Nabat” filminin təqdimat mərasimi keçirildi. Kino tənqidçiləri və tamaşaçılar tərəfindən maraqla qarşılanan film həm də 71-ci Beynəlxalq Venesiya kinofestivalının “Horizontlar” (Orizzonti) proqramında nümayiş olunacaq.

Kulis.Az film barədə kino adamlarının fikirlərini təqdim edir.

Ramiz Fətəliyev (ssenarist, rejissor)

“Bu, bir daha böyük sübutudur ki, müharibədən çəkəndə, millətin ağrısını göstərəndə böyük maliyyəyə, batal səhnələrə ehtiyac yoxdur. Müharibənin ağrısını kamera filmi ilə də göstərmək mümkündür. Və biz filmdə cəmi bir qadının simasında bütün müharibənin faciəsini görürük. Müharibə dövründə baş verənləri bu tərzdə göstərmək batal çəkilişlərdən daha effektlidir, daha böyük təsir bağışlayır və daha vacibdir. Rejissor Elçin Musaoğlu bu ssenarinin müəlliflərindən biridir. Bu, onun böyük qələbəsidir. Ssenari ilə əvvəlcədən tanış olmuşdum və şübhə eləmirdim ki, belə bir uğurlu film alınacaq. Onun “40-cı qapı” filminin da yaxşı festival taleyi olmuşdu. “Nabat” da Venesiya festivalına düşüb. Bu, yaxşıdır. Amma daha vacibi odur ki, o, bu filmi ürəkdən çəkib, xalqı üçün çəkib. Bu, böyük bir vətəndaş qələbəsidir. Və peşə qələbəsidir”.

Oqtay Əliyev (“SOY” prodakşının direktoru)

“Çox xoşuma gəldi. Yanaşma da, mövzu da maraqlı idi. Xüsusən də, operator işi xoşuma gəldi. Düzdür, bir az qısa olsaydı, daha yaxşı olardı. Amma ümumən bəyəndim. Festivallıq filmdir. Elçin Musaoğlunun “40-cı qapı” filmi də çox xoşuma gəlmişdi“.

Eldəniz Quliyev (ssenarist, kinodramaturq)

“Nabat” Azərbaycan kinosu üçün tarixi əhəmiyyət daşıyan filmdir. Çünki burda artıq kinonun bir bədii incəsənət vasitəsi olduğunu gördük. Kino dili vasitələri ilə bir müəllifin yaratdığı dünyanı qəbul eləməyə məcbur olduq. Orda əlbəttə, bir çox şeylərə irad da tutmaq olar, montaja, musiqiyə, aktyor seçiminə. Amma cəm halında düşünürəm ki, bu, kinodur. Nənəmin, xalamın başına gələn əhvalat yox, sənət nümunəsidir“.

Şamil Əliyev (rejissor)

“Elçin Muaoğlu qarşısına qoyduğu vəzifəsinin öhdəsindən bacarıqla gəlib. Yəni “Nabat” filmi Azərbaycan kinosunda müəyyən mənada fərqlənən filmdir. Uğurlu film hesab edirəm. Amma tənqidçi kimi, araşdırmaçı kimi... Telefon söhbəti deyil“.

Əli İsa Cabbarov (Kinematoqrafçılar İttifaqının katibi)

“Elçin Flober kimi "mən Nabatam" deyə bilər. Filmin premyerası cəbhədə ağır itkilər günü oldu. Mənim üçün bu birmənalı qeybdən bir işarə idi ki, torpaqlar bizimdi. Mənəvi cəhətdən biz layiqik o torpaqlara. Yavər Rzayevin "Sarı gəlin" filmində də bunu hiss eləmişdim. Sırf kino dili ilə bağlı məsələləri oxucularla bölüşməyi lazım bilmirəm. Bu, peşəkarların mətbəx söhbətidir, tamaşaçıların bilməməyi lazım. Bizim tamaşaçılarımız ağır temporitmli filmlərin azarkeşi deyil. Amma bu filmdə bütün zalla psixoloji kontakt oldu. Filmin Venesiya proqramında iştirakının kinomuz üçün bir ümdə əhəmiyyəti var: müəyyən bir vertikal yarandı və ya bərpa olundu. Sənət aləmində vertikalın olması çox vacibdi”.

Mətləb Muxtarov (operator, kinoşünas)

“Film bir yerə qədər yaxşı gedir. Ssenaridə bəzi boşluqlar olsa da, rejissor birtəhər yola verərək filmi uzadır. Filmin axırı zəifdir, ordunun NATO tərzində kəndə gəlməsi, Çe Qevara ilə Qarabağ şəhidinin uyğunlaşdırılması çox qeyri-effektiv və məntiqsizdir. Hələ canavar obrazı... Canavar obrazı simvolik olaraq bozqurdçuluğa işarə vurursa, üstəgəl rejissor dünya solunun simvolu olan Çe ilə Qarabağ müharibəsi şəhidini eyni müstəviyə qoyursa, deməli, türklər demiş, rejissor nəsə ''ideoloji karmaşası'' yaşayır. Bir də filmdə xırda məqamlar vardı ki, bir azərbaycanlı olaraq o yerlərdə səhvlər gözümüzə girirdi. Və iranlı aktrisanın oynaması da uğursuz seçim idi. Ləhcə öz sözünü deyirdi. Çünki bu film ilk öncə Azərbaycan tamaşaçısı üçün çəkilib, ona görə də normal tamaşaçı bu filmə baxanda Nabatın ləhcəsinə güləcək. Hələ bu tamaşaçı qarabağlıdırsa, deməli, işlər gərgindir”.

Aygün Aslanlı (kinoşünas)

“Elçin Musaoğlunun "Nabat" filmi son illərdə Azərbaycanda dövlət sifarişi ilə istehsal olunan ən maraqlı filmdir. Düşündürən, variasiyalara imkan yaradan. Ümid eləyirəm ki, yaxşı filmlərin davamı gələcək”.

Rasim Cəfər (aktyor)

“Əvvəla filmdə əməyi olan bütün heyəti təbrik edirəm! Filmin rejissoru Elçin Musaoğlunu xüsusilə. Və ona daha gözəl filmlər, yaradıcılıq uğurları arzulayıram. Venesiyada da filmimizə uğurlar arzulayıram. İlk öncə aktyor heyəti barədə deyim, aktyorların ifa tərzi əla idi. Nabat rolunun ifaçısı xanım aktrisanın işini alqışlayıram. Onun kənd qadını mənə çox inandırıcı, doğma və tanış idi. Sadəcə bir söz deyə bilərəm mükəmməl”.

# 6966 dəfə oxunub

Oxşar xəbərlər

“Mənim evim”  beynəlxalq təlim proqramında

“Mənim evim” beynəlxalq təlim proqramında

17:26 3 noyabr 2025
Heç vaxt yağış yağmayan, azadlığın günah olduğu şəhər

Heç vaxt yağış yağmayan, azadlığın günah olduğu şəhər

17:12 3 noyabr 2025
"Kim deyib ki, insan dünyaya xoşbəxt olmaq üçün gəlir?"  - Fellini bizə nə öyrətdi?

"Kim deyib ki, insan dünyaya xoşbəxt olmaq üçün gəlir?" - Fellini bizə nə öyrətdi?

17:56 31 oktyabr 2025
Döyməsinə görə ordudan atılan "Ceyms Bond"  - Şon Konneri ölümdən necə xilas olmuşdu?

Döyməsinə görə ordudan atılan "Ceyms Bond" - Şon Konneri ölümdən necə xilas olmuşdu?

17:49 31 oktyabr 2025
"Burada heç kim xoşbəxt ola bilmir" - Kölgələr limanının sakinləri

"Burada heç kim xoşbəxt ola bilmir" - Kölgələr limanının sakinləri

14:28 31 oktyabr 2025
Dövlətin ayırdığı 10 milyon manat haralara xərclənir? - Rejissor Mədəniyyət Nazirliyini sərt tənqid etdi

Dövlətin ayırdığı 10 milyon manat haralara xərclənir? - Rejissor Mədəniyyət Nazirliyini sərt tənqid etdi

18:53 29 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər