Məşhur rejissorun xanımı: “Dözümsüz olduğuna görə küsdük”

Məşhur rejissorun xanımı: “Dözümsüz olduğuna görə küsdük”
3 iyul 2014
# 14:23

Kulis.az bu il Kann festivalında Qızıl Palma Budağı alan “Qış yuxusu” filminin ssenari müəlliflərindən biri və Nuri Bilge Ceylanın həyat yoldaşı Ebru Ceylanın “Tempo” dərgisinə müsahibəsini təqdim edirik.

- “Qış yuxusu”nun ssenarisinin 285 səhifə olduğunu oxudum. Hardasa bir roman edir. Bir az ssenari barədə danışa bilərsiz?

- Bəli, hardasa iki filmlik materialdır. Amma yazanda bu uzunluğu hiss eləmədik. Filmdə dialoqun çox olacağını bilirdik və elə bu cür də istəyirdik.

Hədəfimiz hesablaşmalarla, etiraflarla dolu dialoq qurmaq idi. Ssenarinin təxminən 5 aya yazdıq. Kinoyla bağlı fikirlərimiz nə qədər üst-üstə düşsə də hər halda Bilgeylə bir-birimizlə razılaşmadığımız anlar da oldu. Bir az mənim israrlı və inadkarlığım, bir az da Bilge haqlı dözümsüz olduğuna görə çox küsdük. İşin pis tərəfi odur ki, ssenari kimi ciddi bir işdə küsməyi istədiyin qədər uzatmaq imkanın yoxdur.

- Bir qadın kimi Ebru Ceylanın varlığı Nuri Bilge Ceylan kinosuna nə verir?

- Özümü alt eqo, üst eqo, qadınlıq, kişilik kimi cinsiyyətlə bağlı hər cür şeydən uzaq tutmağa çalışıram və bunlar içimdə də hər hansı şəkildə hiss etmədiyim qavramlardır. Ssenari yazanda zehnimin təmiz olmasına, dünyaya bütün kimliklərdən uzaq bir gözlə baxmağa çalışıram. İnsanlığa, onun hüznlü, qəribə faciəsinə, bir qadın, bir ana, bir həyat yoldaşı, bir qul, ya da bir sənətçi kimi... Yəni ya heç biri olaraq, ya da hamısının toplamı olaraq baxıram.

- Nuri Bilge Ceylan, müsahibəsində sizin inadkarlığınızdan və amansız olmağınızdan danışıb. Mübahisə edəndə nə qədər qəddarsız? “Qış yuxusu”nu izləyəndə “Aydının bacısı Necla qədər ola bilrmi?” deyə düşünmüşdüm.

- Necla kimi cəsarətli ola bilmərəm hər halda. Bacı statusu ilə həyat yoldaşı statusu fərqli şeydir. Bacı üçün qanun olan, həyat yoldaşı üçün günah sayıla bilər. Amma tənqidlərim yenə də çərçivə daxilindədi. Yəni öldürməz, amma süründürür.

- Ssenarini yazanda hansı məqamlarda amansız mübahisələr oldu?

- Dialoqları yazanda. Çünki bir şeyi ifadə etmənin min yolu var. Və sadəcə birini seçmək məcburiyyətindəyik. Amma iki ayrı adamlarıq. Fikir ayrılığı normal, hətta qaçılmazdır.

- Nuri Bilge Ceylan, “Özümüzün də zəifliklərinə iynə batıran bir film çəkmək istədik demişdi. Ebru Ceylanın “Qış Yuxusu”nu yazanda kəşf elədiyi hansı zəiflikləri oldu?

- Kəşf etdiyim yox, onu yaza bilməyimə cəhdlər desək daha düz olar. Məsələn, başqaları üçün etdiyin hər şeyi, əslində özün üçün etmən və hətta buna özünün inanmağın, həyatın sənin ayaqlarının altında uçan xalça olduğuna və istədiyin an minib istədiyin yerə gedə biləcəyinə inanmağın və itiriləsi heç bir şeyin olmasına, hər zaman Simurq quşu kimi özünü başdan yarada biləcəyinə gücünün olmasına inamın kimi... Yəni qısaca mən də daxil, hər kəsin özünü inandırmaq məcburiyyətində olduğu məsum yalanlar. Halbuki bizə gedilə biləcək başqa bir yerin olmadığını biz illər öncə Kavafisdən öyrənmişdik.

- Bəs Türkiyə hansı etirafları edə, hansı zəifliklərinə toxuna bilmir?

- Türkiyənin zamana ehtiyacı var. Üstünə getmək doğru deyil. Əlindən gələni edir.

- Nuri Bilge Ceylandan başqa hansı rejissorlar üçün ssenari yazmaq istəyirsiniz?

- Hanekeyə “xeyr” demədən öncə düşünərəm hər halda...

- Bir insanın birlikdə olduğu adamla sənət yaratmasının sıxıntıları varmı? Sizin evdə eqo savaşları yaşanırmı?

- Eqo savaşları yaşanmır. Məsləyimlə bağlı eqom yoxdur. Amma təbii ki, ssenarinin yazılma müddəti çox uzundur. İstər-istəməz aramızda gərginlik olur. Amma düzünü deəsm mən bu yaxınlıqdan memnunum. Belə deyək, evə həm iş, həm həyat yoldaşı gətirirəm.

Hazırladı: Sevda Sultanova

# 3258 dəfə oxunub

Oxşar xəbərlər

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

10:24 22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

09:48 22 noyabr 2024
"Titanik"in aktyorları illər sonra bir arada

"Titanik"in aktyorları illər sonra bir arada

10:40 21 noyabr 2024
Mükafat alan aktrisa:  "Mən ofisiant olanda onlara xidmət edirdim"

Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"

09:55 21 noyabr 2024
"Kardeşlerim"in aktrisası yeni serialda

"Kardeşlerim"in aktrisası yeni serialda

09:30 21 noyabr 2024
"Safir" serialı “Emmy”yə namizəd oldu

"Safir" serialı “Emmy”yə namizəd oldu

09:12 21 noyabr 2024
#
#
# # #