Azərbaycan filmi beynəlxalq festivalda birinci oldu
15-ci İzmir Qısa Film Festivalının mükafatlandırma mərasimi sona çatıb.
Kulis.az-ın festivalın rəsmi səhifəsinə istinadən verdiyi xəbərə görə "Ən yaxşı xarici film" nominasiyasında Azərbaycan istehsalı-- "Sonuncu (The Last)" filmi "Altın kedi" mükafatı ilə təltif olunub. "Ən yaxşı yerli film" kateqoriyasında Serhat Karaaslan-ın "Dondurma (Ice Cream)" filmi 1-ci yerə çıxıb. Jürinin xüsusi mükafatına Estibaliz Urresolanın "Adri" filmi layiq görülüb. Ən yaxşı animasiya filmi nominasiyasının qalibi "Salkım Söğüt" (Ethem Onur Bilgiç)filmi olub.
"Azərbaycanfilm" kinostudiyası ilə "Buta films" şirkətinin birgə çəkdikləri "Sonuncu" bədii filmi 2014-cü ilin mayında 67-ci Kann kinofestivalının əsas proqramına qatılıb.
Filmin rejissoru Sergey Pikalov, ssenari müəllifləri Sergey Pikalov və Aleksandr Krasavin, quruluşçu operatoru Denis Madışev, quruluşçu rəssamı Əziz Məmmədov, prodüserləri Mariya İvanova, Nəsib Piriyev və Müşfiq Hətəmov, baş rolun ifaçısı (veteran rolunda) isə İdris Rüstəmovdur.
Oxşar xəbərlər
“Ölümcül Miras” sənədli filmi nümayiş olundu
16:44
11 noyabr 2026
“Apple TV”də yeni dövr - Filmləri işarət dilində izləmək mümkün olacaq
15:56
11 noyabr 2026
“Ramayana” Britaniyanı fəth etdi: Hindistan filmi tarixdə ilk dəfə zirvəyə qalxdı
14:27
11 noyabr 2026
Tarixi həqiqət, yoxsa Hollivud şablonları? - Amerika imperializminin pərdəarxası
10:00
10 noyabr 2026
Səbail rayonunda şəhid ailələrinin iştirakı ilə "44" bədii filmi nümayiş etdirildi
17:29
7 noyabr 2026
Azərbaycan kinosunun tarixi inkişaf yolu müzakirə edildi - İstanbulda
10:39
7 noyabr 2026