Azərbaycan filmi Kann festivalında

Azərbaycan filmi Kann festivalında
31 mart 2014
# 16:13

Gənclərin çəkdiyi “Zərdüşt belə dedi” filmi Kann festivalında nümayiş olunacaq. Kulis.Aza bu barədə məlumatı filmin aktyoru Orxan Ata verib. "Zərdüşt belə dedi"nin çəkiliş qrupu may ayında Kann festivalı çərçivəsində Kann şəhərində olacaq. Film festivalın “Short Film Corner”inə seçilib.

"Zərdüşt belə dedi" filminin rejissoru Ayxan Tan, ssenaristlər İlham Əkbər və Musa Əfəndi, prodüsseri Azad Heydərov, aktyorlar isə Arzuman Mirzəsoy, Orxan Ata və Eltaj Zeynalovdu. Çəkilişlər Qaxda və Bakıda həyata keçirilib.

Filmin posterini Tural Əlisoy hazırlayıb. İngilis dilinə tərcüməsi prosesində Cavid Ağa və İlahə Əkbər iştirak ediblər.

"Zərdüşt belə dedi"nin sinopsisi belədir: Orxan, qardaşını axtarır. Dostu ilə birlikdə qardaşının axtarışına çıxan Orxan Zərdüştdən xəbər tutur və son şansını yoxlayır. Hadisələr Orxan-Zərdüşt-qardaş üçbucağında keçən simvollarla dolu hekayələrdən ibarətdir.

Orxan Ata bildirir ki, xəbəri bu gün səhər email vasitəsilə alıblar: “Azad, mən və Ayxan Amsterdamdayıq. “T of Generation” adlı sənədli trilogiyamızın üçüncü və son hissəsini çəkirik. Film günümüzün anderqraund (tanınmayan) sənətçiləri haqqındadır. İkinci seriyanı Bakıda çəkmişik.”

# 10098 dəfə oxunub

Oxşar xəbərlər

"Canqurtaranlar"  sənədli filminin təqdimatı oldu

"Canqurtaranlar" sənədli filminin təqdimatı oldu

12:07 6 fevral 2026
Ancelina Coli Ceffri Epşteynə iki dəfə məktub yollayıbmış... - Səbəb

Ancelina Coli Ceffri Epşteynə iki dəfə məktub yollayıbmış... - Səbəb

15:40 5 fevral 2026
“Apokalipsis”in aktyoru vəfat etdi

“Apokalipsis”in aktyoru vəfat etdi

10:01 4 fevral 2026
Vətən Müharibəsi haqqında yeni filmin çəkilişlərinə başlandı

Vətən Müharibəsi haqqında yeni filmin çəkilişlərinə başlandı

16:00 3 fevral 2026
“Yeşilçam”ın  tanınmış aktyoru vəfat etdi

“Yeşilçam”ın tanınmış aktyoru vəfat etdi

17:18 2 fevral 2026
Endi Vorholun yeni filmləri üzə çıxdı

Endi Vorholun yeni filmləri üzə çıxdı

12:16 30 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər