İlahi dildə danışan yarıçılpaq qız

İlahi dildə danışan yarıçılpaq qız
6 fevral 2014
# 12:52

Kulis.Az filmlər üçün yaradılmış dillər haqqında araşdırmanı təqdim edir.

Fantastik filmlərdə başqa planetlərin sakinləri, paralel aləmlərdə yaşayan şüurlu varlıqların danışdıqları dillər rejissor və ssenaristlər tərəfindən yaradılır. Həmin süni dillər tamaşaçıları alternativ gerçəkliyə daha da yaxınlaşdırmaq üçündür. Bu dillərin yaranması asan başa gəlmir. Linqvistlər süni dillərin hazırlanması üçün aylarla, bəzən illərlə işləyirlər.

1999 – cu ildə çəkilmiş “Mumiya” filminin süjet xəttinə görə Evelin Karnahan və qardaşı Con Karnahan Qədim Misir yazılarını oxuyur və həmin dildə danışırlar. Lakin, onların işlətdiyi ifadələrin Qədim Misir dilində olması şübhəlidir. Çünki, həmin dilin fonologiyası linqvistika elminə məlum deyil. Ona görə də “Mumiya” filmində səslənən frazaların hamısı uydurulmuş hesab oluna bilər.

9 “Oskar” mükafatı almış “Avatar” filmində Pandora planetinin humanoidləri “Navi” dilində danışır. Bu süni dil Cənubi Kaliforniya Universitetinin linqvisti Pol Frommer tərəfindən 4 il (2005 – 2009) ərzində yaradılmışdır. Rejissor Ceyms Kemerunun sifarişi ilə hazırlanan bu dilin lüğətində mindən artıq söz mövcuddur. “Navi” dili öz stilistikasına görə papuas və Avstraliya dillərini xatırladır.

“Navi” dili üçün ilk 30 ifadəni Ceyms Kemerunun özü yaradıb.

Süni dillərdən biri də 1979 – cu ildə istehsal olunan “Ulduz yolu” fantastik serialı üçün yaradılmışdır. Filmdə Kxonoş planetində yaşan döyüşçü humanoid Klinqonlar öz dillərində danışırlar. Bu süni dili “Paramount Studios” şirkətinin sifarişi ilə dilşünas alim Mark Okrand işləyib hazırlamışdır. Başqa süni dillərdən fərqli olaraq Klinqon dilinin qrammatikası, sintaksisi və öz lüğət tərkibi mövcuddur.

Klinqon dili üçün ilk sözləri serialda Skotti rolunu ifa etmiş aktyor Ceyms Duxan yaratmışdı. Sonradan serialın prodüserləri bu dilin lüğət tərkibini zənginləşdirmişdilər.

“Beşinci element” filmində aktrisa Mila Yovoviçin canlandırdığı Lilu obrazı “İlahi dildə” danışırdı. Filmin süjetinə görə “İlahi dil” bəşər tarixinin ilkin mərhələsində bütün insanların ümumi və vahid dili imiş.

Bu dil filmin rejissoru və ssenaristi Lyuk Bessonun məxsusi olaraq film üçün uydurduğu dildir və lüğət tərkibi cəmi 400 sözdən ibarətdir.

Çəkilişlərdən əvvəl “İlahi dilin” stilistikasını Yovoviçə izah edən Bessonun sonradan aktrisa ilə bu dildə danışması bütün çəkiliş heyətinin heyrətinə səbəb olmuşdu. Həmin dildə istifadə olunan “Mlarta”, “Biq Badabum”, “Danko” “Apipulay” və s sözlər populyar olmuşdu.

“Harri Potter” silsilə filmlərində başqa aləmdə yaşayan qoblinlərin dili “Hobbleduk” adlanır. Bu dil öz kobud tələffüzü ilə seçilir. Dildəki sözlərin əksəriyyəti fışıltılı səslərdən ibarətdir. Cümlələr yalnız obyekt, subyekt və feildən ibarət olub qısalığı ilə seçilir.

1983 – cü ildə rejissor Riçard Markuandın çəkdiyi “Ulduz döyüşləri” filmində cedayların “Aurebeş” dili də həmin film üçün yaradılmış süni dildir.

# 3541 dəfə oxunub

Oxşar xəbərlər

Dövlətin ayırdığı 10 milyon manat haralara xərclənir? - Rejissor Mədəniyyət Nazirliyini sərt tənqid etdi

Dövlətin ayırdığı 10 milyon manat haralara xərclənir? - Rejissor Mədəniyyət Nazirliyini sərt tənqid etdi

18:53 29 oktyabr 2025
Astarada film çəkilişində film kimi dava:  "Mənə dedi ki, yolda maşını çevirib səni öldürəcəyəm"

Astarada film çəkilişində film kimi dava: "Mənə dedi ki, yolda maşını çevirib səni öldürəcəyəm"

18:24 29 oktyabr 2025
Tarantinonun qayıdışı - Bu dəfə aktyor kimi

Tarantinonun qayıdışı - Bu dəfə aktyor kimi

10:58 29 oktyabr 2025
“Vəlinin yerinə Əlini qoymaqla nə dəyişəcək?” – Rasim Balayevdən sərt tənqid

“Vəlinin yerinə Əlini qoymaqla nə dəyişəcək?” – Rasim Balayevdən sərt tənqid

15:05 25 oktyabr 2025
"Bu, kino deyil, hansısa nazirliyin problemidir" - Hilal Baydarovun "realist" etirafı

"Bu, kino deyil, hansısa nazirliyin problemidir" - Hilal Baydarovun "realist" etirafı

18:10 23 oktyabr 2025
Azərbaycanın ilk qadın gəmi kapitanına  həsr olunan film təqdim edildi

Azərbaycanın ilk qadın gəmi kapitanına həsr olunan film təqdim edildi

12:01 23 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər