Ilham Rəhimlidən üç yeni kitab

Ilham Rəhimlidən üç yeni kitab
12 dekabr 2013
# 11:16

Sənətşünaslıq doktoru, professor İlham Rəhimlinin “Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı”, “Azərbaycan Dövlət Musiqili Teatrı” və “Səhnəyə qovuşan cığırlar” kitabları çap olunub. Kulis.Az-ın verdiyi xəbərdə belə deyilir.

“Təhsil” nəşriyyatında işıq üzü görən üç cildlik “Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı” teatrın keçdiyi zəngin yaradıcılıq yolunu təcəssüm etdirir. Birinci cildə 1873 – 1936-cı, ikinci cildə 1937 – 1969-cu, üçüncü cildə 1970 – 2012-ci illər daxildir. Teatrın 140 ildə oynadığı tamaşaların proqramları, baş vermiş maraqlı hadisələr, truppa dəyişmələri hər il üzrə ayrıca bölümlərdə verilib. Hər cildin ikinci hissəsində araşdırılan dövrün görkəmli sənət adamlarının portret-oçerkləri verilib. Kitabda sənət adamlarının portretləri, teatrın uğurlu tamaşalarından maraqlı fotolar da yer alıb.

“Azərbaycan Dövlət Musiqili Teatrı” kitabı üç bölmədən ibarətdir. Birinci bölmədə Azərbaycanda musiqili komediya teatrının təşəkkülündən və onun inkişaf mərhələlərindən bəhs edilir (1910 – 1937).

İkinci bölmədə Azərbaycanda Dövlət Musiqili Komediya Teatrının yaradılmasından və onun yaradıcılıq dövrlərindən danışılır (1938 – 2012).

Üçüncü dövrdə bu sənət ocağında zəngin yaradıcılıq irsi yaratmış sənətkarlar Əlihüseyn Qafarlı, Şəmsi Bədəlbəyli, Münəvvər Kələntərli, Nəsibə Zeynalova, Lütfəli Abdullayev, İbrahim Şünasi, Hacıbaba Bağırov, Səyavuş Aslan, Mobil Əhmədov və başqaları barədə portret-oçerklər verilib.

Kitabda bu kollektivdə çalışmış sənət adamlarının portretləri, teatrın uğurlu tamaşalarından maraqlı fotolar da yer alıb.

“Səhnəyə qovuşan cığırlar” kitabında bugünkü Akademik Milli Dram Teatrının özülünü qoymuş “Müsəlman dram artistləri cəmiyyəti”, “Nicat”, “Səfa”, “Müdiriyyət”, “Həmiyyət” və sair teatr dəstələrində, 1919-cu ildən dövlət statusu ilə fəaliyyət göstərən kollektivdə qüdrətli aktyorlar, rejissorlar, teatr rəssamları fəaliyyət göstəriblər. Bu kitabda həmin şəxslər barədə maraqlı mini monoqrafiyalar verilib.

Kitabda fədailər Mirzə Muxtar Məmmədov, Əbülfət Vəli, Hüseyn Ərəblinski, SSRİ xalq artistləri Mirzağa Əliyev, Sidqi Ruhulla, Mirzağa Əliyev, Mərziyə Davudova, Hökümə Qurbanova, Ələsgər Ələkbərov, Mehdi Məmmədov, respublikanın xalq artistləri Möhsün Sənani, Mustafa Mərdanov, Məlik Dadaşov, Leyla Bədirbəyli, Nəcibə Məlikova, Əli Zeynalov, Həsən Turabov, Şəfiqə Məmmədova, Mikayıl Mirzə, Yaşar Nuriyev, Telman Adıgözəlov, əməkdar artistlər Müxlis Cənizadə, Atamoğlan Rzayev, Səməndər Rzayev, ümumilikdə 129 sənət adamı haqqında maraqlı yazılar var. Hər sənətkarın yaradıcılığına aid tamaşalardan şəkillər verilib.

# 2045 dəfə oxunub

Oxşar xəbərlər

"Oğru kimi özgəsinin torpağına soxulmayaydın!.."  - Qadın talelərindən cəsarətli film çəkən  görkəmli aktyor

"Oğru kimi özgəsinin torpağına soxulmayaydın!.." - Qadın talelərindən cəsarətli film çəkən görkəmli aktyor

12:07 12 avqust 2025
“Weapons” filmi qorxu janrında ilin hadisəsinə çevrilir

“Weapons” filmi qorxu janrında ilin hadisəsinə çevrilir

11:30 9 avqust 2025
Ceyms Kamerondan nüvə hücumları haqqında  yeni film

Ceyms Kamerondan nüvə hücumları haqqında yeni film

10:35 7 avqust 2025
“Mən qadınam” tammetrajlı film ssenarisi müsabiqəsinin qalibləri bəlli oldu

“Mən qadınam” tammetrajlı film ssenarisi müsabiqəsinin qalibləri bəlli oldu

17:18 31 iyul 2025
Pazolini və Viskonti filmlərinin ulduzu vəfat etdi

Pazolini və Viskonti filmlərinin ulduzu vəfat etdi

16:24 31 iyul 2025
Di Kaprionun yeni filminin treyleri yayımlandı

Di Kaprionun yeni filminin treyleri yayımlandı

15:33 31 iyul 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər