Onun ilk öpüşü ARAŞDIRMA

Onun ilk öpüşü ARAŞDIRMA
14 yanvar 2014
# 09:00

Kulis.Az unudulmaz öpüşmə səhnələrini təqdim edir.

Öpüş - insanın emosiyalarını ifadəsinin bir növüdür. Kontekst və detallardan asılı olaraq bir çox hisləri ifadə edə bilir. İnsan öpüşünün fundamental fizioloji və psixoloji xüsusiyyətlərini öyrənən filematologiya elmi mövcuddur.

Böyük ekranda öpüş - filmin ən yadda qalan məqamıdır. Göz-gözə, nəfəs-nəfəsə, ürək döyüntüsü və... qəhrəmanlar uzun müddət gözlənilən "ekran öpüşündə" qovuşurlar... Və əksər hallarda biz “bu öpüşə görə bütün filmə baxmağa dəyərdi” fikrini tez-tez təkrarlayırıq. Çünki hislərin məhz bu cür ifadəsindən sonra biz məhəbbətə daha çox inanırıq.

İlk dəfə böyük ekranda öpüş 1896-cı ildə Tomas Edisonun “The Kiss” (Öpüş) filmində əks etdirilir və film nümayiş etdirilir. Film gurultu yarada bilir.

Meri İrvin ve Con Raysin iyirmi yeddi saniyəlik öpüşü yaxşı oynanılmış bir səhnə idi. Çünki onlar bu öpüşmə anını hər axşam Brodvey səhnəsində "Dul Cons" adlı əsərdə oynayırdılar. Dərhal öpüşmə səhnəsinə senzura tətbiq etmək tələbləri səsləndirildi. Lakin tamaşaçılar bu səhnəni bəyənmişdilər. Həmin il Edisonun filmi ilin ən populyar film oldu. Bu gün öpüş artıq tamaşaçını puritan və eksperimentatorlara ayıran, qadağan olunmuş səhnə deyil. Bu gün öpüş ehtirasla doludur, hiss və emosiyaları ifadəetmə vasitəsidir.

Ekran öpüşləri də çox dəyişib. Öpüşmə səhnələrini artıq gizlətmirlər, onlarla fəxr edirlər. İllər ötdükcə öpüşlər daha da ehtiraslı, açıq-saçıq və uzunsürən oldu. Amma onların arasında bütün kino tarixində xüsusi yer tutmuş parlaq öpüşlər var.

“Həyətə pəncərə”. Ceyms Stüart və Qreys Kell - “ən yaxşı öpüş”.

“Qozbel dağ”. Hit Ledjer və Ceyk Djillenxol – “qadağan olunmuş öpüş”.

“Küləklə sovrulmuşlar”. Klark Qebl və Vivyen Li – aqressiv öpüş.

“İmperiya cavab zərbəsi vurur”. Harrison Ford və Kerri Fiwer - ilk öpüş.

“Parıltı”. Cek Nikolson və Lia Beldem - şoka salan öpüş.

“Xaç atası 2”. Al Paçino və Con Kazal - ölümqabağı öpüş.

“Qəddar oyunlar”. Sara-Mişel Gellar və Selma Bler - ehtiraslı öpüş.

“İrina Palm bunu daha yaxşı edər”. Marianna Feytful ve Miki Manoyloviç- ən pis öpüş.

Siyahını xeyli uzatmaq olar. Ancaq hər kəs üçün ən yaxşı, ən həyəcanlı və ən yaddaqalan öpüş onun ilk dəfə yaşadığıdır. Bəs siz onu xatırlayırsınız?

# 4443 dəfə oxunub

Oxşar xəbərlər

"Şarlotta"nın  çəkilişləri yekunlaşdı

"Şarlotta"nın çəkilişləri yekunlaşdı

17:13 5 sentyabr 2025
“Tağıyev: Neft”  filmi “Oskar” mükafatına namizəd təqdim edildi

“Tağıyev: Neft” filmi “Oskar” mükafatına namizəd təqdim edildi

15:00 4 sentyabr 2025
Beynəlxalq Film Fondu  layihələrin qəbulunu elan etdi

Beynəlxalq Film Fondu layihələrin qəbulunu elan etdi

13:00 4 sentyabr 2025
8-ci “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının açılışı oldu

8-ci “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının açılışı oldu

12:40 4 sentyabr 2025
"Call of Duty"  oyunu əsasında film çəkiləcək

"Call of Duty" oyunu əsasında film çəkiləcək

11:00 4 sentyabr 2025
92 yaşlı ulduz 10 ildən sonra qırmızı xalçaya çıxdı

92 yaşlı ulduz 10 ildən sonra qırmızı xalçaya çıxdı

13:00 3 sentyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər