Bakıda 8-ci türk film günləri keçiriləcək

Bakıda 8-ci türk film günləri  keçiriləcək
22 sentyabr 2025
# 18:48

Sentyabrın 26-dan 30-dək Bakıda 8-ci Türkiyə-Azərbaycan türk film günləri keçiriləcək.

Kulis.az xəbər verir ki, tədbir sentyabrın 26-da Nizami Kino Mərkəzində qala gecəsi ilə açıq elan ediləcək.

Builki film günlərinin fəxri qonağı Türkiyənin tanınmış kinoaktrisası, “Yeşilçam”ın ulduzu və Türkiyə Prezidentliyi Mədəniyyət və İncəsənət Siyasəti Şurasının üzvü Hülya Koçyiğit olacaq. İlk dəfə Azərbaycana gələcək sənətkar qala mərasimində tamaşaçılarla görüşəcək. Açılışda Hülya Koçyiğitin baş rolu canlandırdığı məşhur “Gəlin” filmi nümayiş olunacaq.

Qala gecəyə “Savaşçı” serialının baş rol ifaçısı Berk Oktay, “Aşk Bağları” filminin aktyorları Anıl Altan və Duyğu Mercan, eləcə də tanınmış musiqiçi Arslanbek Sultanbekov qatılacaq. Həmçinin “Rafadan Tayfa”nın prodüseri İsmayıl Fidan, “Şımarık” filminin prodüseri Karina Mia Satlıkova və “Aşk Bağları” filminin prodüseri Qalip Güner də Bakıda kinosevərlərlə görüşəcəklər.

Film günləri Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi Kino Baş İdarəsi, Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycan respublikası Kinematoqrafiya Agentliyi, eləcə də Türkiyənin ölkəmizdəki səfirliyinin dəstəyi ilə, Yerli Düşüncə Cəmiyyətinin təşkilatçılığı ilə reallaşır. Layihənin əsas məqsədi iki qardaş ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsidir.

Qeyd edək ki, filmlərin nümayişi ödənişsiz olacaq və tamaşaçılar 5 gün ərzində türk kinematoqrafiyasının seçilmiş nümunələrini izləmək imkanı əldə edəcəklər.

# 1493 dəfə oxunub

Oxşar xəbərlər

Döyüş romantikasını darmadağın edən faktlar - Ölmədən öncə mütləq baxılmalı 10 müharibə filmi

Döyüş romantikasını darmadağın edən faktlar - Ölmədən öncə mütləq baxılmalı 10 müharibə filmi

14:00 26 iyun 2026
Sumqayıtda “Vida yeri-Lələtəpə” sənədli filminin təqdimatı keçirildi

Sumqayıtda “Vida yeri-Lələtəpə” sənədli filminin təqdimatı keçirildi

13:12 26 iyun 2026
ARKA birgə film istehsalına dəstək müsabiqəsi elan etdi

ARKA birgə film istehsalına dəstək müsabiqəsi elan etdi

16:30 25 iyun 2026
Mett Deymonu o əvəzləyəcək: Zendaya yeni Ceyson Born ola bilər

Mett Deymonu o əvəzləyəcək: Zendaya yeni Ceyson Born ola bilər

10:10 25 iyun 2026
Devid Bekhemin oğlu aktyor oldu: Romeo Bekhem məşhur ulduzlarla eyni filmdə

Devid Bekhemin oğlu aktyor oldu: Romeo Bekhem məşhur ulduzlarla eyni filmdə

11:30 24 iyun 2026
Hyu Cekman: "Bu rolu oynayacaq şəxsə heç nə demək niyyətim yoxdur"

Hyu Cekman: "Bu rolu oynayacaq şəxsə heç nə demək niyyətim yoxdur"

10:15 24 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər