64-cü Nyu-York Film Festivalının proqramı açıqlandı

64-cü Nyu-York Film Festivalının proqramı açıqlandı
10 avqust 2026
# 16:30

64-cü Nyu-York Film Festivalının əsas proqramı açıqlanıb.

Kulis.az xəbər verir ki, festival komandası prestijli əsas seçməyə daxil edilən 32 filmi ictimaiyyətə elan edib.

Ceyms Qrey, Ava DüVerney və Toni Qilroy kimi tanınmış rejissorların yeni ekran işləri kino həvəskarlarına təqdim olunacaq.

Sentyabrın 25-dən oktyabrın 12-dək keçiriləcək festivalın açılışı Ceyms Qreyin rejissorluğu, Adam Drayver və Mayls Tellerin baş rolları ilə ərsəyə gələn "Paper Tiger" kriminal dramı ilə baş tutacaq.

Toni Qilroyun Pedro Paskalın çello ifaçısı obrazında yer aldığı "Behemoth!" filmi və Ava Dü Verneyin "14th" sənədli filmi festival çərçivəsində dünya premyerasını edəcək.

Festivalın bağlanış filmi olan "14th" ekran işi rejissorun məşhur "13th” sənədli filminin davamıdır.

Proqramda tanınmış rejissorların filmləri yer alan siyahı bu cürdür:

Pedro Almodovar -"Bitter Christmas”

Ryusuke Hamaqutçi - "All of a Sudden"

Endryu Heyq - "A Long Winter"

Radu Jude - "The Diary of a Chambermaid"

Li Çan-don - "Possible Love"

Mayk Li - "Tender Loving Care"

Pavel Pavlikovski - "Fatherland"

İra Saks - "The Man I Love"

Qeyd edək ki, festival çərçivəsində Takasi Yamazakinin "Godzilla Minus Zero" filminin də sentyabrın 26-da dünya premyerasının keçiriləcəyi bildirilib.

# 842 dəfə oxunub

Oxşar xəbərlər

“Ölümcül Miras”  sənədli filmi nümayiş olundu

“Ölümcül Miras” sənədli filmi nümayiş olundu

16:44 11 noyabr 2026
“Apple TV”də yeni dövr - Filmləri işarət dilində izləmək mümkün olacaq

“Apple TV”də yeni dövr - Filmləri işarət dilində izləmək mümkün olacaq

15:56 11 noyabr 2026
“Ramayana” Britaniyanı fəth etdi:  Hindistan filmi tarixdə ilk dəfə zirvəyə qalxdı

“Ramayana” Britaniyanı fəth etdi: Hindistan filmi tarixdə ilk dəfə zirvəyə qalxdı

14:27 11 noyabr 2026
Tarixi həqiqət, yoxsa Hollivud şablonları? - Amerika imperializminin pərdəarxası

Tarixi həqiqət, yoxsa Hollivud şablonları? - Amerika imperializminin pərdəarxası

10:00 10 noyabr 2026
Səbail rayonunda şəhid ailələrinin iştirakı ilə "44" bədii filmi nümayiş etdirildi

Səbail rayonunda şəhid ailələrinin iştirakı ilə "44" bədii filmi nümayiş etdirildi

17:29 7 noyabr 2026
Azərbaycan kinosunun tarixi inkişaf yolu müzakirə edildi - İstanbulda

Azərbaycan kinosunun tarixi inkişaf yolu müzakirə edildi - İstanbulda

10:39 7 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər