“Ədəbiyyat qadının əsas işi ola bilməz”

“Ədəbiyyat qadının əsas işi ola bilməz”
22 noyabr 2012
# 08:45

Yaşlı yazıçılar daim gənc yazıçılara məsləhətlər verir, onlara oxucunu necə heyran eləməyin yollarını öyrətməyə çalışırlar. Ya da əksinə, bir növ “paxıllıq” edib susurlar. Gənc yazarların öz yollarını özlərinin tapmağını istəyirlər. Elə isə Con Steynbek, Corc Oruell, Şarlotta Bronte, Cek Keruakın “anti” tövsiyələrinə qulaq verin.

Con Steynbek

Steynbek yazı yazmaq haqqında çox dəyərli altı məsləhət versə də, sonralar həmin məsləhətlərə kor-koranə inanıb yazmaq barədə də əlavələr edib: “Bu günə qədər heç kim hekayə yazmağın sirrini - əminəm ki, bu sirr var - birindən digərinə ötürüləcək formada hələ yaza bilməyib. Görünür, bu işin əsas formulu yazıçının oxucu üçün vacib olacağını hiss etdiyi bir şeyi ifadə etmə formasında gizlənib. Yaxşı hekayəni yaxşı edən mükəmməlliyi, yaxud pis hekayəni pis hekayə edən səhvləri başa düşməlisiniz. Pis hekayə təsirsiz hekayədir”.

Corc Oruell

“1984”, “Heyvanıstan” kimi əsərlərin müəllifi Corc Oruell də 1946-cı ildə yazıçılar üçün bəzi qızıl qaydalar yazmışdı. Ancaq yazdığı 6-cı punkt digər 5 punktu inkar edirdi: ”Yuxarıdakı qaydalardan hansına ürəyiniz istəyir, qarşı çıxın”.

Cek Keruak

“Bit nəsli”nin nümayəndələrindən olan Keruak da ədəbiyyat və həyat haqqında qızıl qaydalar yazanlardandır. Ancaq Keruak tövsiyələrlə yanaşı, antipopulist fikirləri ilə yadda qalmışdı: “Möhtəşəm əsərlər trendlərə, dəbə və populyarlığa boyun əyənlər tərəfindən yazılmır”.

Şarlotta Bronte

Tövsiyənin ən maraqlı tərəfi ona qulaq asıb-asmayacağın barədə düzgün qərar verməyindədir. 1845-ci ildə Şarlotta Bronte şair Robert Sautidən yaxşı yazıb-yazmadığını soruşur. Sauti də xanım şairəyə balaca bir “tövsiyə” verib: “Ədəbiyyat qadının həyatında əsas işi ola bilməz, olmamalıdır da. Qadın ona uyğun işlərlə nə qədər çox məşğul olsa, bir hobbi kimi ədəbiyyata o qədər az vaxt ayırar. Siz hələ ki, bu işlərlə məşğul olmaya bilərsiniz, amma məşğul olacağınız vaxt məşhurlaşmaq üçün bu qədər həvəsli olmayacaqsınız”.

Əlbəttə ki, Bronte onun tövsiyəsinə qulaq asmayıb kişi ləqəbi ilə şeirlər yazır. Bir il sonra isə “Ceyn Eyr” romanını yayımlayır.

Hazırladı: Rena Nevzat

# 2089 dəfə oxunub

Oxşar xəbərlər

"İlyas Göçmənin şəkil dəftəri” kitabında vizual poeziya fenomeni - Gülxani Pənah

"İlyas Göçmənin şəkil dəftəri” kitabında vizual poeziya fenomeni - Gülxani Pənah

10:00 28 iyun 2026
Muminlər vadisinin yaradıcısı: Tuve Yanssonun sehrli dünyası

Muminlər vadisinin yaradıcısı: Tuve Yanssonun sehrli dünyası

14:00 27 iyun 2026
Süni intellekt əsrində yaşayanların stolüstü kitabı - Gələcəyin insanı necə düşünəcək?

Süni intellekt əsrində yaşayanların stolüstü kitabı - Gələcəyin insanı necə düşünəcək?

15:00 25 iyun 2026
"İnsanın qarşılaşdığı suallar..." - Hüseyn Cavid niyə bu gün də aktualdır?

"İnsanın qarşılaşdığı suallar..." - Hüseyn Cavid niyə bu gün də aktualdır?

12:30 24 iyun 2026
"Xatirə və gerçəklik arasında incə  sərhəd..."  - "Torpağın ruhu" oxucuya nə deyir?

"Xatirə və gerçəklik arasında incə sərhəd..." - "Torpağın ruhu" oxucuya nə deyir?

18:45 23 iyun 2026
Gürcü ədəbiyyatının faciəvi taleli şairi - Lado Asatiani kim idi?

Gürcü ədəbiyyatının faciəvi taleli şairi - Lado Asatiani kim idi?

15:45 23 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər