Ernest Heminquey öz ədəbi nəsli, özündən əvvəl və sonrakı yazıçılar arasında yəqin ki ən rəngarəng həyat yaşayan yazıçıdır. Axı niyə də olmasın?! Neçə yazıçı İspan Vətəndaş Müharibəsi və II Dünya Müharibəsində olub, oradan ən isti xəbərləri mətbuata ötürüb? O, I Dünya Müharibəsində İtaliyada Qırmızı Xaç Təşkilatının təcili tibbi yardım maşını sürüb, üstəlik ayağından yaralanıb. Bütün bunlar onun əsərlərində özünü əksini tapıb. Yazıçı ədəbiyyat dünyasının ən yaxşı iki mükafatı - Pulitzer və Nobel mükafatlarına layiq görülüb.
Paris, Ki-Uest, Kuba, Toronto, Çikaqo və digər yerlərdə yaşayan Heminquey Afrikada yaşadığı vaxtlarda iki dəfə təyyarə qəzasından sağ çıxıb. Onun F. Skot Fitscerald və Ceyms Coysla içməyi, dörd dəfə evlənməyi heç kəsə sirr deyil. Amma yazıçı haqqında daha 10 fakt öyrənmək heç də pis olmazdı:
1. Heminqueylə J.D.Selincer II Dünya Müharibəsində görüşüblər. Selincer 12-ci Piyada Alayında vuruşurmuş.
2. Yazıçının Paris həyatı ilə bağlı "Həmişə səninlə olan bayram" adlı хatirələr kitabı 20-ci illərdə yazılsa da, 1964-cü ilədək çap olunmayıb.
3. II Dünya müharibəsində reportyor kimi çalışanda cəsurluğuna görə Bürünc Ulduz mükafatı ilə təltif olunub.
4. Yazıçının bacısı, qardaşı, həmçinin atası da həyatını intiharla yekunlaşdırıb.
5. Yazıçının bioqrafiyasını yazan Kennet Linin yazdığına görə, Heminquey gün ərzində iki və ya üç şüşə likor, yemək vaxtı isə şərab içərmiş. Səhər yeməyinə absent, viski, şərab, cin (ingilis vodkası), vodka, tekila və ya şampan içərmiş. Axşam da bu içkilərdən mütləq dadarmış. Səhəri gün yenə eyni gümrahlıqla içməyə davam edərmiş.
6. Yazıçının əla ovçuluq qabiliyyəti varmış. Bir dəfə gün ərzində 400 dovşan ovlayıb. Hələ bu nədir ki?! Gün ərzində 2 minə yaxın balıq ovlayan yazıçı təvazökarlıqla: “Balıqçılıq mənim üçün əyləncədir”,- deyib. Ovçuluğun ona öyrətdiyi yaxşı bir dərs var idi: “Əgər heyvan öldürmək istəyin yoxdursa, onu yemək haqqın da yoxdur”.
7. Anası 4 yaşına qədər Heminqueyi qız kimi geyindirir, uzun saçlarını hörür, onu evciklə, kuklalarla oynamağa məcbur edərmiş. Yəqin ona görədir ki, yazıçı həyatı boyu hamıdan daha “kişi”, “maskulin” olmağa can atıb.
8. Heminqeuy üç müharibədə iştirak etsə də, heç vaxt əsgər olmayıb. Buna onun göz zəifliyi mane olub.
9. Yazıçının nəvəsi 24 yaşlı Dri Heminquey hazırda model kimi fəaliyyət göstərir. Ancaq Dri müsahibəsində babasının əsərlərini çox cansıxıcı hesab etdiyini və üstünlüyü “Harry Potter” kitablarına verdiyini deyib.
10. Yazıçının atası ilə anası evləndikdən sonra babası (anasının atası) Ernest Hollun evində yaşayıblar. Heminquey ailənin ilk nəvəsi olduğuna görə ona babasının adını veriblər. Ancaq Ernest adı Oskar Uayldın “Ciddi olmaq necə də vacibdir” əsərindəki sadəlövh, hətta axmaq qəhrəmanın adından götürüldüyü üçün yazıçı adını heç sevməzmiş.
Anasının qız kimi böyütdüyü Heminquey
Oxşar xəbərlər
"İlyas Göçmənin şəkil dəftəri” kitabında vizual poeziya fenomeni - Gülxani Pənah
10:00
28 iyun 2026
Muminlər vadisinin yaradıcısı: Tuve Yanssonun sehrli dünyası
14:00
27 iyun 2026
Süni intellekt əsrində yaşayanların stolüstü kitabı - Gələcəyin insanı necə düşünəcək?
15:00
25 iyun 2026
"İnsanın qarşılaşdığı suallar..." - Hüseyn Cavid niyə bu gün də aktualdır?
12:30
24 iyun 2026
"Xatirə və gerçəklik arasında incə sərhəd..." - "Torpağın ruhu" oxucuya nə deyir?
18:45
23 iyun 2026
Gürcü ədəbiyyatının faciəvi taleli şairi - Lado Asatiani kim idi?
15:45
23 iyun 2026