Növbəsiz keçmək cəhdi tərbiyəsizlikdir və bizə xas olan xüsusiyyətdir. Tərbiyəsizlik isə böyük və dəhşətli dərddir.
Növbə qaydadır. Növbəyə riayət qaydaya hörmətdir. Qaydasız-qanunsuz yerdə inkişaf olmur, yalnız xaos və tənəzzül olur.
Növbəyə riayət həm də, toplumdakı fərdlərin bir-birinin hüquqlarını tanıması və beləliklə kütlənin icmaya çevrilməsidir, kollektiv şüurun formlaşmasıdır, şüurun instinkt üzərində qələbəsidir. Bir toplumdakı fərdlər növbəyə dayana bilmirsə, deməli orada öz toplumuna hörmət anlayışı yoxdur, kollektiv, ictimai şüur formalaşmayıb.
İnkişaf etmiş millətlər insanı növbəyə dayanmağı bacaran millətlərdir. Tərəqqi üçün texnologiyadan qabaq, nə qədər milli mentalitetimizə zidd olsa da, məhz bunu onlardan əxz etməyi bacarmalıyıq.
***
Cəmiyyət üzvlərini birləşdirən dəyərlərdir. Bu dəyərlər yazılmamış qanunlar kimidir. Fərdlər üçün bunlar bir etalon rolunu oynayır. Bu dəyərlər sistemi pozitivdirsə, fərdləri də inkişafa, ülviliyə, ədalətə kökləyir, şəxsiyyətə çevirir, bütövlükdə cəmiyyəti irəli aparır, tərbiyə edir.
Əksinə dəyərlər sistemi ciddi zədələnibsə, fərdlərdə dəyərlərin utopiya olduğu, reallıqla əlaqəsinin olmadığı əhval-ruhiyyəsi yaradılıbsa, bu nəinki toplumu inkişafa deyil, tənəzzülə doğru sürükləyir, hətta toplu cəmiyyət olmaqdan çıxır, insanlar vəhşi təbiət qanunlarına uyğunlaşır və fərdlər də mənəvi deqradasiyaya uğrayıb, simalarını itirirlər. Vicdan belə toplumun və onu idarə edənlərin bir nömrəli düşməninə çevrilir.
Hətta istənilən dinin fəlsəfəsində də ibadətin mahiyyəti insanın daimi mənəvi-əxlaqi yüksəlişini təmin etməkdir, daha elədiyi və gün-gündən artırdığı vicdansızlıqların bağışlanmasını təmin edən vasitə, indulgensiya deyil...
Müasir sekulyar cəmiyyətdə isə bu işi həyata keçirəcək, yəni topluda dəyər kultu formalaşdıracaq sistemin adı təmsilçi demokratiyadır.
***
Bütün dünya Rişölyeni Dümanın “Üç muşketyor”undan tanıyır, əsasən də mənfi bir obraz kimi.
Heç kim də cənab Aleksandra irad tutmur ki, niyə bu kişini belə mənfi çalarlarda təqdim etmisən? Düma ədəbiyyat yaradırdı, tarix yazmırdı. Tarix yazmaq tarxiçilərin işidir. Amma Fransızlar öz tarixlərini yazıb və öyrədə bilidkləri üçün orada Rişölyeyə mənfi, düşmən siyasi xadim kimi baxmırlar.
Əksinə bu Fransa Akademiyasını yaratmış nazirə mən rast gəldiyim intellektuallar obyektiv qiymət verir, yaxşısını yaxşı, pisinə isə pis deyir və əsasən də ona müsbət münasibət bəsləyirlər.
İndi tarixiçilər durub tarix yazmaq əvəzinə pafosla, haray-həşirlə Düma ilə davaya girişsə idilər, nə cənab Aleksandra nə isə edə biləcəkdilər, nə də tarix yazıb öyrədə bilməyəcəkdilər.
Hər kəs gərək öz işi ilə məşğul olsun. Bizdə elə bil tarix elmi yoxdur, biz tariximizi yazmırıq, ömrü boyu kiməsə cavab yazırıq. Acınacaqlısı da odur ki, bizim yazdığımız cavablar obyektiv və subyektiv səbəblərdən, əsasən də keyfiyyətinin ifrat dərəcədə aşağı olması nədəni ilə oralarda heç kimin vecinə də olmur, buralarda isə öz camaatımızın marağını və diqqətini cəlb edə bilmir.
Yazılar professor Altay Göyüşovun Facebook səhifəsindən götürülüb.
Növbəsiz tərbiyəsizlik
8 noyabr 2012
13:35
2187 dəfə oxunub
Oxşar xəbərlər
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət
09:24
19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri
17:00
16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi
13:00
13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan
15:49
11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?
09:30
11 noyabr 2024