Qurultayda qırğın olacaqmı?

Qurultayda qırğın olacaqmı?
4 aprel 2011
# 10:23
Yazıçılar Birliyinin qurultayı yaxınlaşdıqca medianın bu quruma olan marağı artmaqdadır. Lakin AYB dəhlizlərində qurultayla bağlı müəmmalar hələ də qalır. AYB-nin nizamnaməsinə uyğun olaraq AYB-nin mətbu orqanlarının rəhbərləri, eləcə də AYB-nin sədri, katibləri qurultayda seçilirlər.

Əsas mübarizənin AYB sədrliyi uğrunda olacağı istisna deyil. Bu qurultaya qədər AYB rəhbəri sədr olacağı ilə bağlı ziddiyyətli açıqlamalar verib. O bəzən namizəd olacağını bildirib, bəzən isə təqaüdə çıxacağı haqda danışıb.

Anar Rzayevin yerinə AYB-nin iki katibinin adı hallanır. Rəşad Məcid və Çingiz Abdullayev deyilənə görə bu posta seçilmək üçün çalışırlar.

Bu barədə Kulis-ə danışan Çingiz Abdullayev yayılan xəbərləri təkzib edib: “Mənim bu barədə yeganə fikrim odur ki, Anar hələ 72 yaşında cavan oğlandır və biz onun namizədliyinin üstündə dayanırıq. Sergey Mixalkov 92 yaşında Yazıçılar İttifaqına rəhbərlik edirdi. Onun yaşını heç yada salan da yox idi. Mənim namizədim özüm yox, Anardır.”

Rəşad Məcid də rəhbərə sədaqət nümayiş etdirib:

“Qurultay olacağı barədə söhbətlərdən xəbərim var, amma mənim rəhbər olacağımla bağlı söhbətlər eşitməmişəm. Hesab edirəm ki, Anar müəllim sap-sağlam öz postunda oturduğu halda başqa adların hallanması yersizdir. Mən onun namizədliyinin tərəfdarıyam. Əgər Anar müəllim özü kiminsə namizədliyini təklif edərsə o halda o namizədi müzakirəyə çıxartmağın yeri olar.”


Ramilə Qurbanlı
# 3150 dəfə oxunub

Oxşar xəbərlər

"İlyas Göçmənin şəkil dəftəri” kitabında vizual poeziya fenomeni - Gülxani Pənah

"İlyas Göçmənin şəkil dəftəri” kitabında vizual poeziya fenomeni - Gülxani Pənah

10:00 28 iyun 2026
Muminlər vadisinin yaradıcısı: Tuve Yanssonun sehrli dünyası

Muminlər vadisinin yaradıcısı: Tuve Yanssonun sehrli dünyası

14:00 27 iyun 2026
Süni intellekt əsrində yaşayanların stolüstü kitabı - Gələcəyin insanı necə düşünəcək?

Süni intellekt əsrində yaşayanların stolüstü kitabı - Gələcəyin insanı necə düşünəcək?

15:00 25 iyun 2026
"Sevinc Çılğın bu şansı qaçırtdı" - Hekayə müzakirəsi

"Sevinc Çılğın bu şansı qaçırtdı" - Hekayə müzakirəsi

15:00 24 iyun 2026
"İnsanın qarşılaşdığı suallar..." - Hüseyn Cavid niyə bu gün də aktualdır?

"İnsanın qarşılaşdığı suallar..." - Hüseyn Cavid niyə bu gün də aktualdır?

12:30 24 iyun 2026
"Xatirə və gerçəklik arasında incə  sərhəd..."  - "Torpağın ruhu" oxucuya nə deyir?

"Xatirə və gerçəklik arasında incə sərhəd..." - "Torpağın ruhu" oxucuya nə deyir?

18:45 23 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər