Heminquey: “Yazmaq istəyən özünü assın!” - MÜSAHİBƏ
18 may 2011
15:04
Ernest Heminquey, 1958-ci ildə Havanadakı evində, “Paris Review”in əməkdaşı Corc Pimpleton ilə görüşdü.
Ernest Heminquey yazılarını Havanadakı evinin yataq otağında yazırdı. Evinin cənub-qərbində yerləşən dördkünc qüllədə xüsusi iş otağı olmasına baxmayaraq, yataq otağında işləməyə üstünlük veriridi. Qüllənin nərdivanlarını ancaq yaratdığı “obrazlar”ı onu məcbur edəndə dırmaşırdı.
Evin bütün divarları ağ boyalı kitab rəfləri ilə örtülü idi. Hər yerdən kitab daşırdı. Üst-üstə yığılan köhnə qəzetlərin, korrida jurnallarının və rezin bağlarla dəstələnmiş məktubların üstü də kitabla örtülmüşdü.
Otağındakı yüzlərlə xatirə haqqında danışmamağı üstün tuturdu Heminquey. Çünki onların sahib olduqları dəyərin, sözə çevriləndə azalacağını düşünürdü. Yazmaq barədə də eyni fikirdə idi. Müsahibə əsnasında “yazma sənəti çox araşdırmaqla məhv olmamalıdır” tezisinin üzərində dayandı. "Yazılanların əllə tutula bilən tərəfi var, bunun haqqında danışsanız heç nə olmaz. Lakin digər tərəfi kövrəkdir, o barədə danışsanız quruluş məhv olar, dağılar və əlinizdə heç nə qalmaz" deyərək.
Möhtəşəm izah etmə qabiliyyəti, son dərəcə güclü yumor hissi və maraq duyduğu sahələrdə inanılmaz dərəcədə məlumatı olan bir adam idi. Amma bu adam yazmaq barədə danışanda çətinlik çəkirdi. Bilmədiyi üçün deyil, bu fikirlərin dilə gətirilməməsinin lazım olduğuna inandığı üçün. Başqa sözlə, bu mövzuda suallar onu ürküdür. O qədər ürküdür ki, az qala dərdini izah edə bilməyəcək hala gəlir. Bu müsahibədə verdiyi cavabları da əvvəl yazı taxtasında qaralayırdı, sonra cavab verirdi. Verdiyi bəzi cavabların qısa və tərs olması da, yenə yazma stilinin özünəməxusluğuna və əsərlərinin son mərhələlərinə çatana qədər, yəni dərc olunana qədər heç bir şahidə ehtiyacı olmadığına inanmasından irəli gəlir.
- Həqiqətən yazı yazanda bundan zövq alırsınız?
- Çox.
- Bundan bir az bəhs edərsinizmi? Nə vaxt işləyirsiniz? Ciddi bir proqramınız varmı?
- Bir kitab və ya hekayə üstündə işləyirsəmsə, hər səhər ilk gün işığıyla birlikdə qalxıb yazıram. Bu saatda heç kim adamı narahat etmir. İşə başlayanda hava sərin və ya soyuq olur, yazdıqca isinirsən. Yazdıqlarını təkrar oxuyursan, çünki sonrakı səhnədə nələrin olacağına qərar vermək üçün həmişə pauzaya ehtiyac olur. Sonra qaldığınız yerdən yazmağa davam edirsiniz. Enerjinizin tükəndiyi yerə qədər yaxud da sonrakı mərhələdə cərəyan edən hadisələri müəyyən etmək üçün verəcəyiniz pauzaya qədər yenə yazırsınız. Bundan sonra dayanır və sabahısı gün yenidən eyni şəkildə başlayırsınız. Deyək ki, səhər altıda yazmağa başladınız, günortya qədər işləyə bilərsiniz. Bəzən daha tez də bitirə bilərsiniz. Yazıb qurtardıqda özünüzü boşalmış hiss edirsiniz, eyni zamanda da doymusunuz, sevdiyinizlə sevişmisiniz kimisiniz. Heç nə sizə zərər verə bilməz, heç bir şey olmaz, sabahısı gün təkrar başlayana qədər heç nəyin mənası olmaz. Ən çətini də sabahısı günə qədər gözləməkdir.
- Yazı makinanızın başında olmayanda fikrinizi üzərində işlədiyiniz proyektdən uzaq tuta bilirsinizmi?
- Əlbəttə. Lakin bunu etmək müəyyən bir intizam tələb edir və bu intizam zamanla qazanılır. Elə olmaq məcburidir.
- Yazdıqlarınızın nə qədər hissəsini yenidən yazırsınız?
- Bu dəyişkən olur. “Əlvida silah” ın son səhifəsini bəyənənə qədər düz 39 dəfə yenidən yazdım.
- Nəsə texniki problem vardı? Niyə bu qədər çox yazıb-sildiniz?
- Texniki problem yox idi. Sadəcə sözləri düzgün istifadə etmək əsasdır.
- Təkrar-təkrar oxuduyanda ilham alırsınız?
- Təkrar oxumaq sizi davam etməyə məcbur edir. O ana qədər ki, yaza biləcəyiniz ən yaxşı cümləni yazırsınız. Həm də, ilham başqa-başqa yerlərdən alınır.
- İlhamın gəlmədiyi də olur yəqin…
- Əlbəttə olur. Lakin sonrakı mərhələdə nələrin olacağını görə bilirsinizsə, bunu özünüz üçün müəyyən etmisinizsə, davam edə bilərsiniz. Təkrar yazmağa başlaya bildiyiniz müddətcə problem yoxdur. Yazanda ilham mütləq gələcək.
- Yazmaq üçün romantik baxımdan balanslı olmaq lazımdırmı? Bir dəfə mənə yalnız aşiq olanda yaza bildiyinizi söyləmişdiniz.
- Bu nə sualdı?! Amma yenə də belə pis sual verməyin mümkün olub-olmadığını sınadığınız üçün sizi təbrik edirəm.
İnsanlar sizi rahat buraxdıqları və işdən ayırmadıqları zaman yaza bilərsiniz. Ya da deyək ki, bu mövzuda kifayət qədər mərhəmətsiz ola bilərsiniz. Lakin ən yaxşını yalnız aşiq olanda yaza bilərsiniz. Sizin üçün də problem deyilsə, bu mövzunu çox dərinləşdirmək istəmirəm.
- Yazı yazarkən həmin ərəfədə oxuduqlarınızdan təsirlənərsinizmi?
- Coys “Ulissis”i yazdığından bəri yox. O da əslində, təsir deyildi. Lakin o günlər bildiyimiz həqiqətləri ifadə etməyimizdə qadağalar vardı, hər bir söz üçün mübarizə apardığımız zamanlar idi. O əsərinin təsiri hər şeyi dəyişdirməsi idi. Bizim çərçivədən xilas olmağımızı təmin etdi.
- Başqa yazıçılardan yazmaq barədə nələrsə öyrənibsinizmi? Məsələn dünən mənə Coysun yazmaq barədə danışa bilmədiyindən bəhs etmişdiniz...
- Kolleqalarınla birlikdə olanda adətən başqa yazıçıların kitablarını müzakirə edərsiniz. Yazıçılar nə qədər yaxşıdırsa, öz əsərləri haqqında da o qədər az danışarlar. Coys çox böyük yazardı, özü barəsində danışdığı yeganə şey avara yazarlarla necə yola getməsi idi. Hörmət etdiyi yazarlar bunu ancaq onun avaraların əsərlərini oxumasından anlaya bilərdilər.
- Ədəbiyyatda ustadlarınız kimlərdir? Yəni ən çox öyrəndiyiniz, sizə öyrədən kimlərdir?
- Mark Tven, Flaubert, Stendhal, Bax, Turgenev, Tolstoy, Dostoyevski, Çexov, Andreu Marvell, Con Donn, Mopassan, Kiplinq, Thoreau, Captain Marryat, Şekspir, Motsart, Quevedo, Dante, Virgil, Tintoretto, Hieronymus Bosch, Brueghel, Patinir, Goya, Giotto, Cezanne, Van Gogh, Gauguin, San Juan da la Cruz, Gungora... Açığı hamısını saymaq bütün günümü alar. Həm də həyatıma və əsərlərimə təsir edənləri saymaqdan çox, sahib olmadığım bir müdrikliyi gözə soxurmuş kimi görünərəm. Əslində bu klişe və ya darıxdırıcı bir sual deyil. Çox yaxşı, bir o qədər də ciddi sualdır. Adamın vicdanını araşdırmasını tələb edir.
- Sənətiniz barədə suallar soruşulanda narahat olursunuz...
- Məntiqli bir sual mənə nə ləzzət edər, nə də ürəyimi bulandırar. Buna baxmayaraq, mən bir yazarın necə yazdığını şərh etməyin yaxşı bir şey olduğunu düşünmürəm. Adam oxunmaq üçün yazır, şərhlər və tənqidlər gərəksizdir. Bəlkə nəsə ilk oxunuşda aydın olmayacaq, deməli, əmin olmalısınız ki, daha dərin mənalar var. Lakin yazıçının işi bunları açıqlamaq, əsərindəki qarışıq hissələrə ekskursiyalar təşkil etmək deyil.
- Digər yazıçılarla rəqabət aparırsınızmı?
- Əsla! Əvvəllər dəyərli, amma dünyasını dəyişmiş bəzi yazıçılardan daha yaxşı yazmağa çalışardım. Uzun müddətdir bacardığım ən yaxşı formada yazmağa çalışıram. Bəzən şansım gətirir və istədiyimdən də yaxşı yazıram.
- Özəl məlumatınız və ya təcrübəniz olmayan bir hadisəni təsvir etməyə cəhd edibsinizmi?
- Bu qəribə sualdır. Fərdi məlumat deyərkən vücud təcrübəsindən bəhs edirsinizsə, cavabım “bəli”dir.
- Xüsusi bir sual vermək istəyirəm: Yaradıcı bir yazıçı olaraq sizcə sənətinizin funksiyası nədir? Niyə həqiqətin bir təmsilçisi də, həqiqət özü deyil?
- Bu sizi niyə çaşdırır ki? Olmuş olan şeylərdən, olan şeylərdən, bildiyiniz və bilməyəcəyiniz hər şeydən istifadə edərək nə isə yaradırsınız. Yaratdığınız heç nəyi temsil etmir. Həqiqi və canlı olan hər şeydən daha gerçək olan yeni bir bütündür. O, sizin həyat verdiyiniz bir şeydir və işinizi kifayət qədər yaxşı yerinə yetirsəniz sizi ölümsüz edər. Yazamağın səbəbi yalnız budur. Ağılınıza gələ biləcək başqa heç nə yazmağın səbəbi ola bilməz. Təbii ki, heç kimin bilmədiyi səbəblər də var ki, bu haqqda bir şey deyə bilməm.
Yazmaq istəyən özünü assın
- Yazıçı olmağa qərar verdiyiniz anı xatırlayırsınızmı?
- Xeyr, mən həmişə yazıçı olmaq istəmişəm.
- Yazıçı olmaq istəyən gənclərə sözünüz varmı?
- Məncə, o adam gedib özünü assın. Çünki yaxşı yazmaq mümkün olmayacaq qədər çətindir. Sonra bu asılan adamın ipini çox əzab çəkməmiş kəsmək lazımdır. Bundan sonra o, gərək özünü məcbur etsin ki, həyatının qalan hissəsini yaxşı yaza bilsin. Bunu etsə heç olmasa əlində başlamaq üçün çox gözəl asılma hekayəsi olar.
- Digər yazıçılarla yoldaşlıq etməyin intellektual baxımdan müsbət təsirinin olduğunu deyilər. Bunun bir yazıçı üçün nə qədər əhəmiyyətli olduğunu düşünürsünüz?
- Mütləq əhəmiyyətlidir.
- 1920-ci illərin Parisində qruplaşma yaratdığınız yazarlar və sənətçilər vardımi?
- Xeyr. Belə bir qrupa ehtiyacımız yox idi. Bir-birimizə hörmət edərdik. Mən şəsxən bir neçə yazara hörmət edərdim – “Gris”ə, Pikassoya, “Braque”ə, Monetə (o zaman sağ idi), Coysa və Ezraya...
Hazırladı: Vüqar Qurdqanlı

1364 dəfə oxunub
Oxşar xəbərlər
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət
09:24
19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri
17:00
16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi
13:00
13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan
15:49
11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?
09:30
11 noyabr 2024