Gənc AYB üzvü Ayxan Eyvaz Rəşad Məcidin müdafiəsinə qalxdı - QALMAQAL
29 aprel 2011
12:17
Ayxan Eyvaz
Yeni savaşın astanasinda
Kəramət Böyükçöl “Diş ağrısı” (Ramiz Rövşənin də bu adda şeiri var) adlı bir yazı yazdı, aləmi qatdı bir-birinə. Gözün yamanlıq görməsin, Rəşad Məcidi yıxdı-sürüdü.
Ancaq bir-iki yerdə yanlışa yol verdi. Bilmirəm, bu Nizami Cəfərovun səhvidir, yoxsa Kəramət onu düzgün eşitməyib. Məsələ belədir ki, Rəşad Məcidin hekayəsi “Gözlənilən bir qətlin tarixçəsin”ə qətiyyən oxşamır, ancaq Markesin “Baltasarın həyatında unudulmaz gün” hekayəsinə bir balaca oxşayır.
Markesin həmin hekayəsinin sujeti çox adi sujetdir. Belə ki, Baltasar bir səbət düzəldir, aparır varlı ailənin evinə, uşaq səbəti görüb sevinir, ancaq atası Baltasara düzəltdiyini də götürüb getməsini istəyir. Axırda Baltasar pul-zad istəmədiyini deyir və düzəltdiyi səbəti uşağa verir.
Rəşad Məcidin hekayəsində isə bir şoferin maşınına amerikalılar minir. Onlar çantalarını maşında qoyurlar. Şoferin dostları deyir ki, gedək, çantadakı pulları xərcləyək. Amma şofer razı olmur, deyir, mən aparıb çantanı verəcəyəm, onlar da yəqin məni pulla mükafatlandıracaqlar, mən də sizə bir qonaqlıq təşkil edəcəyəm. Şofer dediyi kimi eləyir, ancaq ona pul-mul vermirlər, axırı o, öz pulu ilə dostlarına qonaqlıq verir. Hekayə bu sonluqla qurtarır. Görün, oxşarlıq varsa, başınızı tərpədin.
Kəramət bir yanlış da edib, hekayəni bir gün uzadıb, yəni, “10 sentyabr”ı eləyib, “11 sentyabr”. Həmçinin Kəramət Böyükçöl cənabları Rəşad Məcidin çəkdiyi böyük uğuru heçə sayıb. Yazıb ki, Rəşad Məcidin “10 sentyabr” hekayəsi 7 dilə çevrilib, halbuki bu hekayə nə az, nə çox, düz 15 dilə tərcümə edilib. Rəşad Məcid də bu hekayəni qalınlaşdırmaq niyyəti ilə yox, başqa xalqların da bu dəyərli hekayəni oxuması üçün onu müxtəlif dillərə çevirtdirib.
Yazını oxuduqca köhnəlmiş, qaysaq bağlamış yaraların təzədən açılması halları müşahidə olundu. “Gənc Ədiblər Məktəbi”nin üzvlərinin diş çəkdirmək üçün sıraya düzülməsi və Rəşad Məcidin də əlində kəlbətin diş çəkməsi mənzərələri canlanmışdı. Ancaq mən anlamadım ki, Kəramət durub-durub niyə indi, hər şeyin sakit, tərpənməz, işində-gücündə olduğu bir vaxt bu söhbəti ortaya atdı. İndi jurnalistlər qaça-qaça düşəcəklər. Yazıqdılar axı! Onlar da adamdı.
Bu saat bu söhbətə görə bəlkə də neçə redaktor öz jurnalist işçilərinə əzablı günlər yaşadır. Nə var-nə var, get gör Rəşad müəllim nə deyəcək. Nə deyəcək, e? Deyəcək ki, Kəramətin başı gövdəsinə sığmır, ağlı başından çıxıb, AYO-çu-zad olmaq iddiasına düşüb, vəssalam. Jurnalistlər bu dəfə gənc yazarın üstünə şığıyacaqlar. Ay deməzsənmi, hal qəziyyə belə Rəşad Məcid sizə “başdan xarab” deyib, buna münasibətiniz. Münasibətiniz ha!
Kəramət cavan oğlan, qanının oynayan vaxtı. Nə münasibət, a kişi? Gəlib gəncə “başdan xarab” deyirsiniz. O bunun altında qalar. O dəqiqə tutarlı bir cavab, gözün yamanlıq görməsin, jurnalistlər yenə axışırlar Rəşad Məcidin üstünə, o da genə bir-iki söz, təzədən jurnalistlər əllərində diktafon üz tuturlar Kəramətin yanına.
Bir sözlə, Kəramət gələcək müharibənin qığılcımlarını indidən hazırlayıb. Məsləhət eləyərdim ki, o, Qəşəm Nəcəfzadədən də mənəvi kömək alsın. Çünki Rəşad Məcidə dov gələ bilməz. Bu müharibə şəraitində isə gərək özünə dost qazansın, daha yenə kiməsə “diş həkimi”-zad deməsin. Yoxsa bir də gördün onun mitilini “ədəbiyyat qapısı”ndan çölə atdılar. Onda haranın daşını başına tökəcəksən.
Camaat Liviyada Muammer Qəddafinin ölüb-ölməməsini düşünür, NATO Liviyaya kömək edib Qəddafini aşırtmaq istəyir, bizim işimizə-gücümüzə bax. Düşmüşük, Kəramətlə Rəşad Məcidin yeni yaranan davasını şərh eləməyə, kimin dov gələcəyini qabaqcadan deməyə. Bəlkə, ay camaat sms-lə yarış keçirək? Beləliklə, Kəramətin bu müharibədən qalib çıxacağına inananlar 01-11-ə, Rəşad Məcidin qalib gələcəyinə inananlar 01-10-a qısa mesaj göndərsin. Amma burda ən dar vəziyyətdə Kəramətdir, ona yardımlarınızı əsirgəməyin. Gərək ki, Kəramətə səs verənlər az olacaq. Rəşad Məcid isə tanınmış adam, o dəqiqə səsləri yığıb Kəraməti əks-hücumla geri oturdacaq.
Yeni davanın yaranmasında zəmin var. Nə vaxt ki, ədəbiyyatda belə hadisələr görmürdük. Əlinizi əlinizə vurun, daha bir müharibənin astanasındayıq, bəlkə də III Dünya Müharibəsidir bu. Yaşasın dava var, ay camaat. Urra!!!
P.S. Allah Kəramətin yardımcısı olsun!

1668 dəfə oxunub
Oxşar xəbərlər
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət
09:24
19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri
17:00
16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi
13:00
13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan
15:49
11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?
09:30
11 noyabr 2024