Vonnehutun məşhur romanı dilimizdə çap edildi

Vonnehutun məşhur romanı dilimizdə çap edildi
10 noyabr 2012
# 21:45
“Qanun” nəşriyyatı böyük Amerika yazıçısı Kurt Vonnegut-un “Sallaqxana № 5 və ya uşaqların səlib yürüşü” romanını Azərbaycan dilində çap edib.

Əsəri ingiliscədən İlahə Əkbər çevirib. Kitabın redaktoru Qismət Rüstəmov bir müddət əvvəl “Oxu zalı”nda dərc edilmiş məqaləsində əsər haqda ətraflı yazır:

“1945-ci ilin fevralında Amerika və ingilis hərbi aviasiya qüvvələri heç bir hərbi qüvvəsi, hərbi obyektləri olmayan Drezdeni bombalayırlar və bunun şahidi olmaq Vonnequta çox ağır təsir edir.

Bu bombardmanda Vonnequt və digər əsirlər zirzəmidə, sallaqxanada işlədikləri üçün sağ qala bilirlər.

Drezden bombardmanında 135 min insan həlak olur.

Avropa üçün rekord – çox kədərli rekord ! Vonnequt deyir ki, bu fəlakətdən yalnız bir nəfər qazanclı çıxdı, o da onun özüdür.

Çünki o hər ölüyə görə beş dollar qazanıb – “Sallaqxana N5 və ya uşaqların səlib yürüşü” romanının qonorarı şəklində...”

Bu roman uçan boşqabların gəldiyi Tralfamador planeti haqqında teleqrafik-şizofrenik üslubda yazılmış hekayələrdən ibarətdir.
# 2371 dəfə oxunub

Oxşar xəbərlər

"İlyas Göçmənin şəkil dəftəri” kitabında vizual poeziya fenomeni - Gülxani Pənah

"İlyas Göçmənin şəkil dəftəri” kitabında vizual poeziya fenomeni - Gülxani Pənah

10:00 28 iyun 2026
Muminlər vadisinin yaradıcısı: Tuve Yanssonun sehrli dünyası

Muminlər vadisinin yaradıcısı: Tuve Yanssonun sehrli dünyası

14:00 27 iyun 2026
Süni intellekt əsrində yaşayanların stolüstü kitabı - Gələcəyin insanı necə düşünəcək?

Süni intellekt əsrində yaşayanların stolüstü kitabı - Gələcəyin insanı necə düşünəcək?

15:00 25 iyun 2026
"İnsanın qarşılaşdığı suallar..." - Hüseyn Cavid niyə bu gün də aktualdır?

"İnsanın qarşılaşdığı suallar..." - Hüseyn Cavid niyə bu gün də aktualdır?

12:30 24 iyun 2026
"Xatirə və gerçəklik arasında incə  sərhəd..."  - "Torpağın ruhu" oxucuya nə deyir?

"Xatirə və gerçəklik arasında incə sərhəd..." - "Torpağın ruhu" oxucuya nə deyir?

18:45 23 iyun 2026
Gürcü ədəbiyyatının faciəvi taleli şairi - Lado Asatiani kim idi?

Gürcü ədəbiyyatının faciəvi taleli şairi - Lado Asatiani kim idi?

15:45 23 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər