Polis qorxusu ilə öpüşmək, və ya yarımçıq sol ilə Koelyonun sintezi

Polis qorxusu ilə öpüşmək, və ya yarımçıq sol ilə Koelyonun sintezi
5 noyabr 2012
# 16:23
Bu günlərdə gənc yazar Qan Turalı yeni kitabını nəşr edib – esselər toplusu olan “Polis qorxusu ilə öpüşmək”. Sözün düzü kitabı bir oturuma oxudum, çox səlis və axıcı dili var. Rahatluqum kimi gedir.

Amma yeni və orijinal bir şey gözləntisi ilə Qan Turalının yeni kitabını əlinə alan oxucu tam fərqli mənzərə ilə qarşılaşacaq – türk köşə yazarlarının ortabab kalkası. Mövzu isə qədimdən də qədimdir – Mesopatamiyadan dövrümüzə qədər bütün şair və şeirqoşanların, yazıçıların və qrafomanların girib çıxdığı kol – Eşq.

Yəni Qan Turalı orijinal ola bilməyib.

Kitabın quruluşu və qismən solçu tematikası bizə Məmməd Süleymanovun “Çe Gevaranın son sirri” kitabını da xatırladır. Həm Turalın, həm də Məmməd Süleymanovun ayrı-ayrı vaxtlarda yazdıqları esselər tematik başlıqlar altında qruplaşdırılıb və kitab halına salınıb.

Lakin arada bir vacib fərq var. Məmməd Süleymanovun kitabı rus dilinin strukturu və ruhunda, lakin azərbaycanca yazılmış qəliz cümlələrdən ibarət olub Kanadadan Yuqoslaviyaya, Monqolustandan Vyetnama kimi tarixin az qala bütün gəlib-keşmiş marksistlərindən sitatlarla doludur. Qan Turalının kitabı isə türk dilinin strukturu və ruhunda, lakin azərbaycanca yazılmış bəsit cümlələrdən ibarət olub saysız-hesabsız türk köşə yazarları, incəsənət-mədəniyyət xadimləri, müğənnilərindən sitatlarla aşıb-daşır.

Bir sözlə, Qan Turalı bayağıdır.

Qan Turalının yazdığı cümlələrdən axıb gələn fəlsəfəyə gəldikdə isə əminliklə demək olar ki, bu fəlsəfə orta statistik islehlakçıya ünvanlanıb və bir növ Azərbaycan oxucusuna artıq tanış gələcək. Çünki, Qan Turalının yazdıqları əsl Paolo Koelyo üslubundadır. Cümlələr səlis və axıcı, üslub daranmış və tumarlanmış, fəlsəfə dişlənmiş, çeynənilmiş və udulmağa hazır.

Daha dəqiq desək, “Polis qorxusu ilə öpüşmək” – yarım-yapalaq sol dünyagörüşü ilə Koelyonun sintezindən yaranmış bayağı bir kitabdır.

Qan Turalı isə sanki Azərbaycanın Paolo Koelyosudur – və ya Azərbaycanın Paolo Koelyoya cavabı. Ancaq bir məqam var – Tural da Azərbaycanda Koelyo kimi bestseller ola biləcəkmi?

alinovruzov.com
# 2895 dəfə oxunub

Oxşar xəbərlər

"Necə gedib yatacaqsan evində rahətlə?" - Mirzə Əli Möcüzün şeirlərini niyə  çap etmirdilər?

"Necə gedib yatacaqsan evində rahətlə?" - Mirzə Əli Möcüzün şeirlərini niyə çap etmirdilər?

12:00 29 mart 2026
"Döyüşə bilmirdin, ölməyə gedəydin Şuşaya..." - "Otel otağı"nın yaddaşla hansı əlaqəsi var?

"Döyüşə bilmirdin, ölməyə gedəydin Şuşaya..." - "Otel otağı"nın yaddaşla hansı əlaqəsi var?

12:00 28 mart 2026
"İlhamın belə roman yazacağını qətiyyən gözləmirdim" - Seymur Baycan

"İlhamın belə roman yazacağını qətiyyən gözləmirdim" - Seymur Baycan

12:49 25 mart 2026
"Sözün devalvasiyaya uğradığı çağdaş dövrdə..." - Rafiq Həşimov

"Sözün devalvasiyaya uğradığı çağdaş dövrdə..." - Rafiq Həşimov

14:00 24 mart 2026
"Şəxsi münasibətlərin ədəbiyyata dəxli olmamalıdır..." -  İsa İsmayılzadə ilə Ələkbər Salahzadəni nə birləşdirirdi?

"Şəxsi münasibətlərin ədəbiyyata dəxli olmamalıdır..." - İsa İsmayılzadə ilə Ələkbər Salahzadəni nə birləşdirirdi?

12:00 24 mart 2026
İşıqlı və “iynəli” şeirlər haqqında düşüncələr - Sona Vəliyeva

İşıqlı və “iynəli” şeirlər haqqında düşüncələr - Sona Vəliyeva

12:13 23 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər