Xalq şairi Balaş Azəroğlu vəfat edib

Xalq şairi Balaş Azəroğlu vəfat edib
25 aprel 2011
# 10:00
Azərbaycanın xalq şairi Balaş Azəroğlu dünən günorta saatlarında 90 yaşında vəfat edib. Şairlə vida mərasiminin 1958-ci ildən üzv olduğu Yazıçılar Birliyində keçirilib keçirilməyəcəyi hələ məlum deyil.

Şair, ədəbiyyatşünas, filologiya elmləri namizədi Balaş Azəroğlu 1921-ci il noyabrın 11-də Bakı şəhərində anadan olub. İlk mətbu şeri “Dnepr” 1937-ci ildə Bakıda çapdan çıxıb.

1938-ci ildə ailəliklə Cənubi Azərbaycanın Ərdəbil şəhərinə köçdüklərindən burada fars ibtidai məktəbində təhsil alır. Milli azadlıq hərəkatına qoşulur (1941). İran Xalq Partiyasına daxil olur (1942). “Azərbaycan zidd faşist cəmiyyəti”nin Ərdəbil vilayəti şöbəsinə sədr seçilir (1943).
Bu cəmiyyətin orqanı “Yumruq” qəzetinin redaktoru olur. “Vətən yolunda” qəzeti redaksiyasının müsabiqəsində “Səttarxan” şerinə görə mükafata layiq görülür. Azərbaycan Demokratik firqəsi Ərdəbil vilayət komitəsinin şöbə müdiri, “Cövdət” qəzetinin redaktoru, “Şairlər məclisi”nin Ərdəbil şöbəsinin rəhbəri olub (1943-1945).
Təbrizdə Milli hökumət tərəfindən Azərbaycan Dövlət Radio Verilişləri Komitəsinin sədr müavini təyin olunub. 1981-1991-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının katibi vəzifəsində çalışıb. İttifaqın İdarə Heyətinin Cənubi Azərbaycan ədəbiyyatı üzrə baş müşaviri olub.
# 2394 dəfə oxunub

Oxşar xəbərlər

Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

14:00 7 noyabr 2026
Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

12:25 7 noyabr 2026
Romanı oxumaq niyə bu qədər çətindir? – “Rəng mühəndisi”nin toz-dumanlı dünyası

Romanı oxumaq niyə bu qədər çətindir? – “Rəng mühəndisi”nin toz-dumanlı dünyası

15:00 6 noyabr 2026
"Ağla ki, ağlayasan…" - Xaqani Şirvaninin “Mədain xərabələri” qəsidəsi haqqında

"Ağla ki, ağlayasan…" - Xaqani Şirvaninin “Mədain xərabələri” qəsidəsi haqqında

10:00 6 noyabr 2026
Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

13:35 1 noyabr 2026
"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

16:00 27 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər