Çe Gevara Təbrizdə
27 avqust 2011
15:27
Qoymaram yadları girsin qoynuna,
İzin ver qolumu salım boynuna!
Sənin bayramına, sənin toyuna
Dili bir, qanı bir qardaşın gəlib,
Dərdinə aşina sirdaşın gəlib... (Süleyman Rüstəm)
Dünəndən başladığım Təbriz yazısına davam edirəm.
Orucluq ayı olduğundan Təbriz mənim üçün çox darıxdırıcı görünürdü. Saatlar keçmirdi. Planlaşdırdığım kimi burada iki gün qalmalıydım.
İstirahət etdikdən sonra oteldən çıxıb avtobusa bilet almağa getdim. Mənə dedilər ki, iki yol var. Biri Biləsuvardan keçir, biri də Astaradan. Biləsuvar yaxın və gömrükdən keçmək rahat olduğuna görə bu yolu seçdim.
Hələ iftar vaxtına çox var idi.
Təbrizin küçələri getdikcə daha çox qaynayır.
Geyim
Aç öz ürəyini danış, Təbrizim.
Olum dərdlərinə tanış, Təbrizim!
Bir az geyimlər haqda yazmaq istəyirəm. Burda yaşlı qadınlar çadra bağlayırlar. Gənc qızların böyük əksəriyyəti cins şalvarlar geyinir. Köynəkləri isə dirsəkdən bir az aşağı olur. Saçlarını isə yaylıqla simvolik olaraq bağlayırlar. Saçın qabaq hissəsi görünür.
Təbrizdə kişili-qadınlı əksər gənclər müasir ayaqqabılar geyinirlər. Oğlanlar saçlarını müxtəlif formalara salmağı sevirlər. Çənələrdə saqqal saxlayanlar, emo stilində geyinənlər də çoxdur. Bizdə saçlarını soldan ayırıb yana darayan oğlanların sayı hələ də çoxdur. Amma Təbrizdə mən belələrinə çox az rast gəldim. Orta və yaşlı kişilərin geyimi isə bizdəkilərdən o qədər də fərqlənmir.
Bir şeyi xüsusi olaraq diqqətimi çəkdi. Bu da Təbrizdə çox adamın eynək taxmasıdır. Təbrizlilərin əksəriyyətinin gözü zəifdir. Bunun səbəbi isə mənə bəlli olmadı.
Biletin vaxtını dəyişdirirəm.
Bağından gül-çiçək dərdim Təbrizim,
Yenə təzələndi dərdim, Təbrizim!
Bileti alıb otelə qayıdıram. Saat hələ 6-dır. İftara 3 saat var. Dəhşətli dərəcədə darıxıram. Otelə çatan kimi bilet aldığım yerə zəng vurub bu axşaq yola çıxmaq istədiyimi bildirirəm. Biletin vaxtını dəyişirlər.
Otelin həyətində bir neçə siqaret çəkib yaxınlıqdakı Ərk qalasına yollanıram.
Ərk qalası
Yetimtək boynunu əymə, Təbrizim!
Məlul-məlul baxıb durma, Təbrizim!
Ərk qalası XIII əsrdə Hülakilərin dövründə tikilib. Qacarlar dövründə dövlət qəsri kimi istifadə olunub. Səttar xan və Bağır xan kimi inqilabçıların sığınacaqlarından biri olub
İndi qalanın yalnız bir divarı qalır. Qalanın düz qabağında yeni məscid tikilir. Bu da qalanın salamat qalan bir divarının da yavaş-yavaş sıradan çıxmasına səbəb olur. Həm də məscid qalanın görünməsinə imkan vermir.
Ərk qalasının ətrafında bir az gəzişib Təbrizin küçələrində avaralanmağa başlayıram. Tez-tez saata baxıram.
Yol qırağında portretlər satan oğlandan 3 şəkil alıram: Eyfel qülləsi, Səttar xan və Ahmet Kaya. DVD satanlara yaxınlaşıram. İbrahim Tatlısəsin və Əmrahın kinoları çoxluq təşkil edir.
Ahmet Kayanın adını eşidib təəccüblənməyin. Bir dükanın qabağından keçəndə özüm də təəccüblənirəm. Dükanın qabağına Çe Gevaranın fotosunu görüb içəri girirəm.
Bura Təbrizin kitab dükanıdır. Kitab dükanı xeyli böyükdür. Dükanın içində xeyli sayda alıcı da var.
Dükanda dünya ədəbiyyatı bölməsi var. Satıcı mənə Dostoyevskinin bir neçə kitabını göstərir.
Fars əlifbasını bilmədiyimə görə dükanda çox qalmaq mənasız idi.
Təbrizdə bahalı butiklər də var. Yerli geyimlər keyfiyyətsiz və zövqsüzdür. Gənclər əsasən dünya markalarından geyinməyə üstünlük verirlər.
Bizdə olduğu kimi, Təbrizdə də telefon, kompüter satan dükanlar çoxdur. Burda da iPhone, iPad satırlar. Şəhərin mərkəzində plazma televizorlar satan dükanlar dalbadal düzülüb.
Motosiklet
Qədrini ayrılıq çəkənlər bilər,
Hicranda gözyaşı tökənlər bilər...
İftara hələ var. Ona görə bir az da motosikletlərdən yazım. Təbriz küçələrində tez-tez motosikletli adamlara rast gəlinir.
Bakıda motosiklet sürən adamların sayı çox azdır. Çoxu isə hansısa servislə (poçt, kafelər) bağlıdır. Amma İranda motosiklet sürmək dəbdir. Bəzən görürsən ki, bir motosikletə bir ailə minib. Kişi sürür, qadın ortada oturub, uşaqda arxadan anasını bərk-bərk tutub. Hərdən bu mənzərəyə baxanda məni lap gülmək tuturdu.
İftar
Sən çıxdın qarşıma duzla, çörəklə,
Bağından dərdiyin güllə, çiçəklə...
Nəhayət, saat 20.15-i göstərir. Kafenin qabağında gözləyirəm. İçəridə lülə üçün hazırlanmış ətlər yavaş-yavaş şişə vurulur.
Bir azdan keçib otururam. Məndən tez gələn yoxdur.
Kafedə pulsuz, buz kimi su var (İranın hər tərəfində xüsusi düzəldilmiş soyuduculardan pulsuz su içmək mümkündür. Bakıda bir stəkan adi suyu 1 manata verirlər).
Özümə lülə, ayran, salat sifariş edirəm. Mənlə bir masada əlavə iki nəfər oturur. Arxada isə səs-küylə danışan 4 gənc əyləşib.
Mənlə üzbəüz oturan oğlan yanındakına farsca nəsə dedi. Birdən arxada gənclərdən biri bərkdən qışqırdı: “Yaşasın Azərbaycan!”
Qarşımdakı oğlan gənclərə cavab verdi: “Bu fars deyil. Kürddür. Türkcə bilmədiyinə görə farsca danışırıq”.
Gənclər mənim Azərbaycandan gəldiyimi öyrənəndən sonra deyirlər: “O Qarabağı alacayıq. Qoymarıq ermənidə qalsın!..”
Mən də gülümsəməklə razılığımı bildirirəm. Üzbəüz oturan oğlan isə zarafatla əlavə etdi: “Əşi, hələ bir buranı farsdan azad edin, sonra...”
Yeməyimi bitirib kafeni tərk edirəm.
İftardan sonra
Nə qəşəngdir yol boyunca söyüdlər,
Söyüdlərin kölgəsində igidlər,
Babalardan dinləyirlər öyüdlər...
Artıq küçədən siqaret çəkmək olar. Təbrizdə günorta hava çox isti olur, amma axşamlar sərin düşür.
Hamı evinə, iftarını açmağa tələsir. Dondurma mağazasına girib qaymaqlı dondurma sifariş edirəm. Burda dondurmanın da spesifik dadı var. Bu dad mənim heç xoşuma gəlmədi.
İftardan sonra yemək kafelər, şirniyyat satan kafelər açılır, geyim, texnika satan dükanlar isə bağlanır.
Bəziləri iftarını çayxanalarda açır. İftardan sonra kişilər qəlyan kafelərinə yığışır. Bizdəki kimi bir qəlyanı 5 nəfər çəkmir. Sırayla otururlar, hərənin qabağında bir qəlyan olur.
Geriyə - Bakıya
Gəl bir də üzündən öpüm, Təbrizim!
Başına gül-çiçək sərim Təbrizim!
Otelə qayıdıb əşyalarımı yığıram. Açarı qaytarıb çıxıram. Avtobus saat 22.30-da yola düşməlidir. Ofisə gələndə öyrənirəm ki, bütün avtobuslar Astaradan keçir. Biləsuvardan gedən avtobus yoxdur.
Sən demə, hamını aldadıblar. Sərnişinlərin hamısı bunu öyrənəndən sonra əsəbiləşir. Amma daha xeyri yoxdur. Avtobus bizə deyilən vaxtdan düz saat yarım sonra yola düşür...
Təbrizi tərk edirəm...
Əlvida, Təbriz! Bəlkə yenə gəldim...
Elmin HƏSƏNLİ
Yazının birinci hissəsi: http://www.kulis.az/xeber_%3Cb%3EElmin_H%C9%99s%C9%99nli_T%C9%99brizd%C9%99n_yaz%C4%B1r__1685.html

1746 dəfə oxunub
Oxşar xəbərlər
Kamal Abdullanın teatrımıza gətirdiyi postmodernizm - Zəhra Həşimova
17:00
26 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu
13:10
25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?
09:50
25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli
12:00
24 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət
09:24
19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri
17:00
16 noyabr 2024