Bursada “Qaynana” filmi nümayiş olundu

Bursada “Qaynana”  filmi nümayiş olundu
12 may 2026
# 16:30

Türkiyədə keçirilən Azərbaycan Kino Günləri çərçivəsində Bursa şəhərinin Uludağ Universitetində rejissor Hüseyn Seyidzadənin 1978-ci ildə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırdığı “Qaynana” bədii filmi nümayiş olunub. Ekran əsəri Xalq artisti Nəsibə Zeynalovanın anadan olmasının 110 illiyi münasibətilə təşkil olunan tədbir çərçivəsində nümayiş etdirilib.

Kulis.az xəbər verir ki, izləyicilər arasında Uludağ Universitetinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Türkiyənin Bursa şəhəri Mədəniyyət və Turizm İdarəsinin təmsilçiləri, bu ali təhsil müəssisəsinin müəllim-tələbə heyəti yer alıb.

Əvvəlcə çıxış edənlər Nəsibə Zeynalovanın yaratdığı obrazların yalnız tamaşaçıları güldürməklə kifayətlənmədiyini, eyni zamanda, dərindən düşünməyə vadar etdiyini bildiriblər.

Natiqlər sənətkarın Azərbaycan teatr məktəbinin seçkin nümayəndələrindən biri kimi milli səhnə sənətimizin inkişafına verdiyi töhfələrdən bəhs ediblər.

Ekran əsəri izləyicilər, xüsusən də filmi ilk dəfə seyr edənlər tərəfindən maraqla qarşılanıb.

# 934 dəfə oxunub

Oxşar xəbərlər

"44" bədii filminin yeni tizeri yayımlandı

"44" bədii filminin yeni tizeri yayımlandı

12:18 1 oktyabr 2026
Oskar namizədliyinə iddialı filmlər - Siyahı

Oskar namizədliyinə iddialı filmlər - Siyahı

10:21 1 oktyabr 2026
Dünya kinosunun gözəllik ikonası - Monika Belluçinin məşhur rolları

Dünya kinosunun gözəllik ikonası - Monika Belluçinin məşhur rolları

14:00 30 sentyabr 2026
Marlon Brandonun həyatını dəyişən rol – “Sahildə” filminin gizli hekayəsi

Marlon Brandonun həyatını dəyişən rol – “Sahildə” filminin gizli hekayəsi

16:10 28 sentyabr 2026
“Haqq yolunun yolçuları”  sənədli filmi nümayiş olundu

“Haqq yolunun yolçuları” sənədli filmi nümayiş olundu

13:47 28 sentyabr 2026
44 bədii filminin yeni tizeri yayımlandı

44 bədii filminin yeni tizeri yayımlandı

15:09 27 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər