Kamal Abdulla Aqşinin şeirini oxuyub ağladı
19 iyul 2011
15:24
“Yaxın adam” layihəsinin budəfəki qonağı şair Salam Sarvandır.
Söhbət isə onun yaxın dostu professor, Bakı Slavyan Universitetinin rektoru, “xatırlamağa, unutmağa kimsəsi olmayan” Kamal Abdulla barədədir.
Tanışlığın tarixçəsindən tarixinə
İlk dəfə rastlaşanda çoxdanın tanışı kimi bir-birimizi qəbul eləməyə hazır idik. Yəni o mənim yazılarımı oxuyub bəyənmişdi, mən də onun. Şəxsən tanımaya-tanımaya iki esse də həsr eləmişdi yazılarıma. Yaradıcı adamlarda belə bir xüsusi məqam var – onların istedadsız adamlarla dostluğu heç cür alınmır. İki cür istedad var: bir odur ki, sən insan kimi istedadlısan, bir də odur ki, sənin bədii mətn istedadın var. Bunların ikisi birdən Kamal Abdullada cəmləşdiyindən o, dostluğa daha rahat adamdır.
Xarici Dillər İnstitutunda oxuyan bir qohumumun bədən tərbiyə dərsindən problemi vardı – müəllim nahaqdan incidirdi onu. Onda cavanlıq çılğınlığı vardı məndə – adam tapşırtdırmaq kimi şeyləri özümə yaxın buraxa bilmirdim. O zaman mənə ədalət hissinə güvənəcəyim bir adam lazım idi ki, bu məsələni həll eləsin. Nədənsə yadıma Kamal Abdulla düşdü və təsadüfdən məlum oldu ki, o, elə həmin institutda kafedra müdiri işləyir. Çox məmnuniyyətlə qarşıladı, hətta görüşümüzə sevindi də. Aydındır ki, qohumun məsələsi anındaca həll olundu.
Yeri gəlmişkən, neçə illik tanışlığımız boyu mən Kamal Abdullanın nə qədər adama yaxşılıqlar elədiyinin şahidiyəm. Azərbaycanda elə adamlar var ki, yaxşılıq eləyir, ancaq elədiyi yaxşılığın “qisasını” da mütləq alır. Kamal müəllim elədiyini nəinki dilinə gətirməz, hətta sənə belə gələr ki, bu məqamların heç biri onun yadında qalmır. Mən bu yaddaşsızlıqdakı səmimiyyətə inanıram – yaxşılıqlar çox olanda yadda qalmaya bilər.
Alim, yoxsa yazıçı?
Bəlkə səhv edirəm, ancaq dilçi, alim, ədəbiyyatşünas deyiləndə mənim təsəvvürümdə sarsıntılarla dolu olan həyatdan qopub ayrılmış, aurası quru, varlığında “Vidadi Məmmədovçuluq” olmayan birisi canlanır. Bu mənada Kamal Abdullanın alimliyi heç görünmür. Bəzən deyirlər ki, o, elmdən yaradıcılığa gəlib. Məncə, Kamal Abdulla elmə də elə yaradıcı ruhdan gəlmiş adamdı. Energetikası, həyati naturası, duyğuları, yaşantıları, sarsıntıları, tənhalığı etibarilə o, təpədən dırnağa yazıçıdır, şairdir. Yəni, mən onu yalnız yazıçı, şair kimi hiss eləyirəm.
Bir sirr açım: düzü mən Kamal Abdulla haqqında həddən artıq nəzəri, “akademik” yazıları oxuya bilmirəm. Hərçənd başa düşürəm ki, yazıçının elmi araşdırmaların subyektinə çevrilməsi qaçılmazdı. Ancaq yazıçının elmi-nəzəri mühasirəyə salınmasının pis tərəfi də var axı: müəllifi onu duymaq, hiss etmək, onda özünü tapmaq kimi adi oxucu münasibətindən ayrı sala bilir. Demək istəyirəm ki, adi oxucu xoflanmasın – iş ondadır ki, Kamal Abdulla üçün verilən və daha çox nəzəri görünən istənilən təsnifatın içindəki adam, əslində, sadə, iddiasız, tək, ədəbi aurası daima dağınıq və yır-yığışa heç vaxt macal tapmayacaq narahat bir söz adamı olan Kamaldı.
Yazıçı!
Onun hər əsərinə ayrıca yanaşıb fərqli qənaətlər ortaya çıxarmaq olar. Ancaq bütövlükdə yaradıcılığının bəyəndiyim ümumi cəhətlərini deyirəm: Azərbaycan ədəbiyyatı üçün daha çox xarakterik olan əhvalatçı nəsrdən intellektual nəsrə, bəraət ədəbiyyatından etiraf ədəbiyyatına, inandırmaq missiyasından şübhələndirmək missiyasına, şeirdə romantik pafosdan gerçək həyatın romantikasına keçid.
Dost, yoxsa rəis?
Onun rəhbəri olduğu müəssisədə işləyirəm. Çalışıram ki, tapşırılmış işin öhdəsindən gəlim - bir işçi kimi məndən razı qalsın. Yəni, istəmərəm ki, dostluğa, qələm yoldaşlığına görə məni yola versin. Amma işdir də, işdə səhvlər qaçılmazdır, belə hallarda ayrı-seçkilik eləmir. Mən bir dəfə şəxsi işimə yazılmaqla töhmət də almışam burda.
Rəis!
Rektor kimi çox tələbkardır. Hətta bura işə düzələndə ilk vaxtlar düşünürdüm ki, onunla işləmək çətin olacaq. Mənim kimi “azadlığa meylli ”, iş rejiminə asan oturuşa bilməyən adam Kamal müəllimin hər addımda məsuliyyət və dəqiqlik tələb eləyən idarəçiliyi altında duruş gətirə bilməyəcək. Sonralar anladım ki, bu boyda universiteti zatən başqa cür idarə eləmək də olmazdı. Məhz həmin tələbkarlığın sayəsində Slavyan Universitetində bu qədər islahatlar baş verib.
Təşəbbüskar rəhbərdir. Təbiətində durğunluq yoxdur. Daim hərəkətə sövq edən qaynar, yaradıcı aurası var. Bu təşəbbüskarlığın nəticəsidir ki, bu gün dünyanın bir-neçə ölkəsində azərbaycanşünaslıq mərkəzləri açılıb. Yəni o ölkələrdə azərbaycanşünaslıq bir elm kimi əcnəbi tələbələrə tədris olunur. İnsanda bir “hazırın naziri” psixologiyası var axı – yaradılmış hər şey adama adi görünür, amma özüm gördüm ki, bir belə mərkəzi açmağın arxasında nə qədər gərgin iş durur. Ya da imtahanlarda valideynlərin iştirak etməsini götürün. Universitetdə Yaradıcılıq fakültəsinin açılmasını götürün. Hər tələbənin imtahana girə bilməsi üçün tədris planından əlavə dünya ədəbiyyatından 20-30 kitab oxumaq öhdəçiliyini götürün. Götürün onu ki, bu gün Universitetdə tələbələrdən ibarət kölgə kabineti var. “Bir günlük xəlifə” layihəsini götürün ki, hər il bir gün burada bütün rəhbər postlar rəsmən tələbələrin idarəçiliyinə keçir. Götürün onu ki, şöbə müdirlərinin əksəriyyəti ali məktəbi təzəcə qurtaran gənclərdir.
Maraqlı prinsipi var, deyir: “Mən heç bir tələbəni müəllimin ayağına verməyəcəyəm, amma heç bir müəllimi də tələbənin ayağına verməyəcəyəm”. Bəlkə də “Dayılılarla məsələ aydındır, mən də dayısızların dayısıyam” sözünə görədir ki, qapısı həmişə tələbələrin üzünə açıqdır. Xüsusən də qayğıya ehtiyacı olan tələbələrin.
Yol yoldaşı
Yaxşı yol yoldaşlığı var. Bəzən deyirlər ki, Universitet divarlarından kənarda Kamal Abdulla tamam başqa adamdır. Məncə elə deyil, əslində Kamal Abdulla elə o divarlardan kənarda olandır. Bu divarlar arasında işin xüsusiyyətlərinə adekvat olmaq, sadəcə, məsuliyyət məsələsidir.
Bu illər ərzində Kamal Abdullanı iki dəfə kövrələn görmüşəm. Bir dəfə Şuşadan qayıdıb orda gördüklərini danışanda əməlli-başlı ağladı. Bir dəfə də Aqşinin vaxtsız rəhmətə getmiş bir dostumuza həsr elədiyi şeiri oxuyanda.
Camaatımızın ümumi mədəni səviyyəsindəki problemlər yaralı yeridi. Yalana qarşı həssasdır və deyərdim ki, onu aldatmaq mümkün deyil. İş yoldaşları arasında da, dostlar arasında da xarizması var. Onun yanında öz yerini şirin salmaq üçün başqasını “bağaja qoymaq” istəyənlər bəri başdan fikirlərindən vaz keçsinlər. İntriqa mühitinə dözümsüzdü. Səlis məntiqi var və sərrast danışıq qabiliyyətlidir. Hazırcavabdır – bu illər ərzində “qəfil zərbələr” qarşısında bircə dəfə də duruxan halını görməmişəm. Çox məlumatlıdır – ən çox sevdiyi mövzu mifologiyadı. Xarakterlidir. Tənqidə açıq olsa da, xırda bir təhqir çalarına dözməz. Belə halları cavabsız qoymur və əsasən təkbətək danışmağa çalışır. Gəncliyə xas çılğınlığı da var, yaşına uyğun müdrikliyi də.
Bayaq da dedim, qəribə bir iddiasızlığı var. Məsələn, əsərləri Rusiyada, Fransada, Braziliyada çap olunanda görmədim ki, o, bunları xüsusi bir sevinclə qarşılasın. Sanki, vecinə də deyildi.
Mən onun gözündən bircə nəfər də işıqlı, istedadlı, intellektual yazı adamının qaçdığını görməmişəm. Şahidəm ki, gənc nəslin içində talantı olanları şəxsən axtarıb tapıb, onları necəsə dəyərləndirib.
Tanışlığımızdan çox illər keçib. Bəlkə də çox şeylər dəyişib, mən hiss eləməmişəm. Ancaq dəqiq bilirəm: neçə il qabaq Naxçıvandan Cavidin məqbərəsinin açılış mərasimindən qayıdanda təyyarədə səs-küylü bir şuxluqla “məclisi” ələ alıb Cavidə aid şeir yarışması təşkil eləyən, hətta oradakı nazirləri də bu deyişməyə qoşan Kamal Abdullayla üstündən illər keçəndən sonra nəvəsinin telefonun ekranındakı şəklini sakit bir təbəssümlə dostlara göstərən Kamal Abdullanın gözlərindəki işıq eynidir.
Ramilə Qurbanlı

1510 dəfə oxunub
Oxşar xəbərlər
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət
09:24
19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri
17:00
16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi
13:00
13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan
15:49
11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?
09:30
11 noyabr 2024