Bağırovun varisi: “Mircəfər Səməd Vurğuna ev vermişdi”
8 iyul 2011
16:56
Son günlər mətbuatda ən aktual və dartışılan mövzulardan biri də Şamo Arif və Anar arasında başlamış münaqişədir. Birinci Anarın valideynləri Rəsul Rza və Nigar Rəfibəyliyə qarşı sərt ittihamlar səsləndirdikdən sonra, Anar “cəbhəsi” Ədalət Əsgəroğlu, Hüseynbala Mirələmovun timsalında Şamo Arif və onun atası Süleyman Rəhimova daha sərt cavablar verdilər.
Münaqişəyə səbəb isə çox uzaq vaxtlarda, ötən əsrin 30-50-ci illərində sovet Azərbaycanında ədəbi və əlbəttə ki, siyasi mühitdə baş verən proseslərdir. Bu proseslərin içində təkcə adlarını çəkdiklərimiz şəxslər durmur. Burda o dövrün əksər şair və yazıçıları da əsas personajlardır. Amma proseslərin mərkəzində duran isə bir nəfərdir; həmin dövrdə Azərbaycana rəhbərlik etmiş Mircəfər Bağırov.
Əslində biz, Kulis.az olaraq bu məsələrdə tərəf tutmaq fikrindən uzağıq. Amma bu yazıda həmin dövrə bacardığımız qədər ekskurs edəcəyik. Özü də canlı bələdçi və onun əlindəki saysız-hesabsız arxiv materiallarının köməkliyi ilə.
***
Onunla çoxdan tanışam. Hardasa 6-7 il olar. Özü də bir təsadüf nəticəsində, Xaçmazda tanış olmuşuq. Nurani görkəmli, yaşı 70-ə çatsa da, amma göz dəyməsin, şux, qım-qıvraq görünən Tağı dayını – əsil adı Məmmədtağıdır, amma şimal zonasında hamı onu Tağı dayı deyə çağırır - bizə Mircəfər Bağırovun varisi kimi təqdim etmişdilər. Amma sonradan məlum olmuşdu ki, Tağı dayı Mircəfər Bağırovun böyük bacısı Seyid Məsumənin nəvəsidir. Və neçə illərdir ki, necə deyərlər, onun irsini araşdırır, ötən əsrin bu ziddiyyətli şəxsinin necə deyərlər “hüquqlarının müdafiəsi” ilə məşğuldur.
Bu dəfə də Tağı dayı ilə Xaçmazda görüşdük. Bu ahıl yaşında gündəlik dövrü mətbuatı oxumaqla yanaşı, nəvəsinin köməkliyi ilə müxtəlif saytları da izləyir. Gəlişimizin məqsədini bilən kimi “xəbərim var” dedi. Ötən əsrin böyük sənətkarlarının varisləri arasında baş verən mətbu qovğadan da xəbərdar idi. Elə biz də Tağı dayının yaddaşı və şəxsi arxivindən istifadə edib keçmişə səyahətə başladıq.
“Cibgir Klaranı da onun üzünə durdurmuşdular”
- Əslində Bağırov dövründə baş verənlərlə bağlı görkəmli araşdırmaçı Teyyub Qurbanla söhbətləşsəydiz, daha maraqlı olardı. Amma həm Teyyub Qurbanın araşdırmalarından, həm də özümün yaddaşımda qalanlar, habelə arxiv materialları əsasında onu deyə bilərəm ki, bəli, həmin dövr həddən artıq zidddiyyətlərlə zəngin olub. Bağırovun şəxsiyyəti və siyasi fəaliyyəti ilə bağlı yaranan, yayılan xəbərlər də elə bu ziddiyyətlərdən irəli gəlir. Amma bir həqiqət var ki, Bağırov 30-50-ci illərin ziyalı elitasını həmişə hifz edib, bacardığı qədər onları repressiyalardan qorumağa çalışıb. Onun düşmənləri çox olub. Təsəvvür edin, onun məhkəməsində kimləri üzünə durdurmağa gətirməmişdilər? Hətta o vaxtların məhşur cibgirlərindən olan Klaranı.
Bir qaçaq Mail olub bu tərəflərdə. Təsəvvür edin, sovet hökumətinə qarşı vuruşan birisi ələ keçirilir. Amma Bağırov onu xilas edə bilir. Yəni deməyim odur ki, düşmənləri onun xalqının lehinə olan bütün hərəkətlərini məhkəmədə onun özünə qarşı ittihamlar kimi irəli sürdülər.
- Bayaq dediniz ki, repressiya illərində ziyalı elitanı xilas edib. Adicə bir misal, bəs Hüseyn Cavidin taleyini kimin ayağına yazaq?
- Sizə bir fakt deyim, özü də sənədlə. 1936-cı ilin 3 oktyabrında Hüseyn Cavid ərizə ilə Bağırova müraciət edir:
“Möhtərəm M. Bağırov yoldaş!
Son zamanlar mənə və yazılarıma qarşı-istər mənəvi, istər maddi cəhətdən qaba və soyuq keçimsizlik var. Bu da yalnız tək-tək şəxslərin kaprizindən irəli gəlməkdədir. Cəsarət olsa da, fikrinizi bu nöqtəyə cəlb etməklə, 30 ildən artıq əmək sərf edən xəstə və yorğun bir yazıçının halını düşünməyinizi rica edirəm. Hüseyn Cavid”.
Bağırov ərizəyə dərhal reaksiya verir. Ərizəyə belə bir dərkənar qoyaraq MK-nın Büro üzvü Ruhulla Axundova ünvanlayır: “H. Cavid yoldaşı MK-ya dəvət edin, onun şikayətini dinləyin və nəticəsi barədə Azərbaycan K(b)P MK-ya məlumat verin. İmza: M.Bağırov”. Bundan sonra Cavidə toxunmurlar. Amma bir məqamı da deyim ki, Bağırov onu repressiyadan xilas edə bilməsə də, güllələnməkdən qurtara bilmişdi.
Elə Səməd Vurğunun özünü qoruyub. Onun bir ərizəsi ilə 30 yaşlı cavana şəhərin mərkəzində ev verdirib. Başqa bir sənədə baxaq. 1936-cı ilin 7 oktyabırında Səməd Vurğun Bağırova aşağıdakı məzmunda məktub yazır: “Hörmətli yoldaş Bağırov. Mənim mənzil məsələm indiyədək həll edilməmişdir. Beş nəfərlik ailəmlə kiçik bir otaqda yaşayırıq. Bu vəziyyət mənim yaradıcılıq işimə böyük zərbələr vurur, özüm də get-gedə zəifləyirəm. Çox rica edirəm Mərkəzi Partiya Komitəsinin yaşayış binasında boşalmaqda olan bir mənzilin mənə verilməsi sərəncamında bulunasınız”. Heç iki həftə keçməmiş Səmədə çoxotaqlı mənzil verilir.
“Səməd Vurğun, Süleyman Rüstəm Rəfiliyə məhkəmə qurmuşdular”
- O, Mikayıl Rəfilini repressiyalardan xilas edib. Rəfiliyə qarşı hücumlar olanda bir dəfə gecə, qəfil onların evinə gedib. Qızı Selcan xanımın xatirələrində var. Deyir, gecə evdə oturmuşduq. Qəfil qapı döyülür. Elə bilirlər Mikayılı aparmağa gəliblər. Qapını açanda ailə şoka düşüb. Qapının önündə Mircəfər Bağırov dayanıbmış. İkisi təklikdə bir saata yaxın söhbət ediblər. Ondan sonra Rəfili ailəsi arxayın olub ki, Mikayıla dəyməyəcəklər.
Bir dəfə Yazıçılar İttifaqında Səməd Vurğun, Süleyman Rüstəm, Ordubadi, Seyfullla Şamilov, Levon Arustamov adlı İncəsənət İşləri İdarəsinin müdiri yığışıb Rəfilini nədə ittiham etsələr yaxşıdı? Guya o, Medvedeva adlı bir rus qadınını zorlamaq istəyirmiş. Əsas məqsədi isə onun mənzilini ələ keçirmək imiş. Təsəvvür edin, Rəfiliyə az qala məhkəmə qurub məhv etmək istəyirmişlər. Amma onu Bağırova yazdığı məktub xilas edib. Rəfili açıq şəkildə yazır ki, Arustamov ona böhtan atır, Səməd Vurğunla Şamilov da ona qoşulub. Bağırovun müdaxiləsindən sonra onlar Rəfilidən əl çəkiblər. Rəfiliyə ən çox hücum edənlərdən biri də Süleyman Rəhimov olur. Onun 1945-ci ildə “Ədəbiyyat” qəzetində dərc etdirdiyi “Əcayib ürək” yazısı bəlkə də Mikayılı gedər-gəlməzə yollaya bilərdi.
- Bayaq bir məqama toxundunuz. Deyirsiniz ki, Rəfiliyə qarşı hücumlar olanda, Bağırov onu repressiyalardan xilas edib. Axı, respublikanın birinci adamının iradəsindən kənar kim cürət edib bu hücumları təşkil edə bilərdi?
- Ümumiyyətlə, təkcə Rəfili mövzusu, ümumiyyətlə o dövrün ədəbi elitası arasındakı ziddiyyətləri tam çılpaqlığı ilə əks etdirir. Teyyub Qurbanın “Həqiqət olduğu kimi” kitabında bir stenoqramma var. 1948-ci ilin mayında Mircfər Bağırovun yanında ədəbiyyat məsələləri ilə bağlı müşavirə keçirilir. Həmin müşavirənin stenoqramındakı qeydlərə fikir verin. İlk söz Əli Vəliyevə verilən kimi ilk işi Əbülhəsənin üstünə düşmək olur. Onun “Müharibə romanını yıxıb sürüyür, hələ üstəlik Səməd Vurğunu da araya qatır ki, bu romanı niyə tərifləyirsən. O, Bağırova deyir ki, Səməd Vurğun «Kommunist» qəzetinin əleyhinə danışır. Sonra düşür Mikayıl Rəfilinin üstünə ki, o ancaq Mirzə Fətəlidən yazır, bugünkü günümüzü görmür. Sonra Səməd Vurğun çıxış edib, Məmməd Arifə irad tutur. Bu vaxt Bağırov Səməd Vurğuna deyir ki, sən danışma, sənə “yaxşı işləyirsən” deyəndə ürəyinə yağ kimi yayılır, səhvini deyəndə canavara dönürsən. Daha sonra Rəfili söz alır. Üzünü Bağırova tutaraq deyir ki, Səməd Vurğun hər yerdə mənim əleyhimə danışır. Hətta Moskvada da. Bu yerdə Bağırov əsəbləşir. Üzünü Səməd Vurğuna tutub görün nə deyir: “25 il bundan əvvəl bunun buraxdığı səhvlri nə üçün dilə gətirirsən. Yodaş savadlı adamdır. Rus mədəniyyətindən biliyi bir çoxunuzdan bir neçə dəfə yüksəkdir. Onun bilik və təcrübəsini istifadə etməkdənsə, elə Rəfili, Rəfili deyirsən. Qabaq qoçular vardı. Bu da ədəbi terrordur. Əgər bu yoldaşın sənin işinə maneçiliyi yoxdursa, nə üçün hər dəfə adını çəkirsən”. Bu yerdə Səməd Vurğun susub cavab vermir.
Həmin müşavirədə ən maraqlı məqamlardan biri orda iştirak edən şairlərin Mehdi Hüseynin üstün düşməsi olub. Süleyman Rüstəm, Səməd Vurğun onun “Abşeron” romanını bədii cəhətdən zəif olduğunu Bağırova sübut etmək istəyirlər. Söz Mehdi Hüseynə veriləndə isə o, ümumiyyətlə əndazəni aşır. Qayıdır ki, yoldaş Bağırov, biz bir yerdə işləyirik, amma aramızda dostluq yoxdur. İçəndə bir-birimizin adınca danışırıq. Arıdınca da deyir ki, yoldaş Bağırov, bizim şeirimiz ölüb gedir. Bunlar təzə şeirlər yaza bilmirlər, hələ də 30-cu illərdə qalıblar. Onun bu çıxışının səbəbi, təbii ki, müşavirədəki şairlərin “Abşeron” romanının əleyhinə danışmaları idi. Yeri gəlmişkən, deyilənə görə, şair və yazıçıların əyyaşlığı barədə tez-tez Bağırova donoslar verirmişlər. Xüsusən də, Müşviq, Səməd Vurğun Əliağa Vahid barəsində.
“O, cəsarətli adamları sevirdi”
- Yəqin, Bağırov bunlrın hərəkətinə baxıb ürəyində gülürmüş…
- Sizə bir fakt də deyim. Teyyub Qurban yazır ki, bir dəfə Bağırov hansısa tədbirdə deyir ki, Səməd Vurğunla Hacıbəyov xalq düşmənidirlər. Bir nəfər səsini çıxarmır. Təkcə Mirzə İbrahimov dillənir ki, elə deyil. Onun bu hərəkəti Bağırova da ləzzət eləyir. Əslində Mircəfərin Üzeyir bəyə hədsiz hörməti vardı. Təsəvvür edin, onun cənazəsinin altına ilk girən Bağırov olub.
“Bakının işıqları” filmində Bağırov rolunu Rza Təhmasib oynayırmış. Filmə baxan Bağırov Rzanı yanına çağırıb deyir ki, məni niyə qorxaq kimi göstərmisən? O da hazırcavab olur. Deyir ki, neyləyim qarşımdakı Stalin idi, qorxurdum (gülür).
Əslində doğrudan da Bağırov cəsarətli adamları çox sevirdi. Mirzə Cəlilin xanımı Həmidə Cavanşir “Xatirələrim” adlı əsər yazır. Özü də Bağırovun tapşırığı ilə. Əsəri verirlər Mirzə İbrahimova ki, oxusun. O da həmin əsəri oxuyub rəy verir ki, çox zəifdir. Amma deyilənə görə, yaxşı alınıbmış. Sadəcə, Mirzə İbrahimov nədənsə Bağırova belə deyib. Bağırov əsərin niyə zəif olduğunu soruşduqda, İbrahimov izah verir ki, əsərdə Qarabağda sosializm quruculuğu, əldə etdiyimiz nailiyyətlər əks olunmayıb. Həmidə xanı da qayıdır ki, mən olmayan şeydən yazı bilməzdim. Onun bu cəsarəti Bağırovun xoşuna gəlir. Onu sonacan yardım edib. Ümumiyyətlə bu tip faktları çox sadalamaq olar. Bircə onu deyə bilərəm ki, Bağırov dönəmi ciddi araşdırma tələb edir. Düzdür, Teyyub Qurban həmin dövrü araşdırır. Demək olar ki, arxivlərdən çıxmır. Və buna görə ona minnətdaram. Amma bununla belə müasir tarixçilərimizi də bu mövzuya müraciət etməsini xahiş edərdim.
Səbuhi Məmmədli
Bakı-Xaçmaz-Bakı
P.S. Əslində Tağı dayının dediyi kimi bu yazını faktlarla çox uzatmaq olardı. Amma ehtiyac görmədik. Zənnimizcə bu kiçk yazıda o dövrün ədəbi mühitinə qismən də olsa, aydınlıq gətirə bildik.

2566 dəfə oxunub
Oxşar xəbərlər
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət
09:24
19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri
17:00
16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi
13:00
13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan
15:49
11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?
09:30
11 noyabr 2024