Başından böyük qələt edənlər
15 sentyabr 2011
20:21
Türkiyənin “Hürriyət” qəzetinin saytı Avropanın ən çox girilən dördüncü saytıdır.
Bu saytda bütün yazılara şərh yazmaq mümkündür, köşə yazılarından başqa.
Oxucular email yolu ilə yazarlara öz fikirlərini bildirə bilərlər, amma yaxın vaxtlara qədər qəzetin baş redaktoru olan əfsanəvi Ərtuğrul Özkök yazılarına heç email adresini də qoymur.
Doğrusu, bu düşüncəni mən də anlayıram.
Hamının sevdiyi bir adam deyil yazar.
Çox zaman nifrət edəni daha çox olur.
Şərh bu nifrəti sızdırmaq metodudur, başqa bir adla qərəzi ortaya tökmək, qaralamaq metodudur.
İllər əvvəl bir istifadəçi bir yazımın altına bir neçə tənqidi şərh yazdı.
Sonra bir tənqidçinin yazısında eyni şərhləri gördüm, hətta orfoqrafik xətaları belə düzəltməmişdi.
Bütün bunları nəyə görə yazıram.
Doğrudur, dövrümüz kommunikasiya dövrüdür.
İnsanlar arasındakı sərhədlər çox kiçilib.
Bir zamanlar dünyanın ən böyük qüdrətli ölkəsi olan Romanın ucqarında baş vermiş bir hadisə paytaxta 24 saata gəlib çatırdı və o dövr üçün bu ağlasığmaz bir nəticə idi.
İndi isə cəmi bir saniyə bu informasiyanın ötürülməsi üçün kifayətdir.
Bununla belə yazıçının məhrəmiyyətinə oxucunun soxulmasına, ona nifrət edənlərin özgə adla gizlənib nifrətini axıtmasına, azsavadlı bir şərhçinin savadlı bir yazarda eyib axtarmasına dözməkmi lazımdır?
Aqşin Yeniseylə tam razıyam: “Ömründə bircə dəfə teatra getməyən “oxucu” sənətə, ədəbiyyata hər hansı qiyməti verməyə girişirsə, başından böyük qələt etmiş olur”.
Yazarlar arasında sosial şəbəkələri ən aktiv kullanan bir yazar kimi bunları yazıram.
Biz doğurdan da iyirmi ilə əvvəl fantastika kimi görünən bir dövrdə yaşayırıq.
“Yüz il bundan sonra” romanını uşaq vaxtı oxuyanda ordakı bir qəhrəmanın cihazdan qəzet oxumasına heyrətlənən mən indi özüm də bu cür qəzet oxuyuram.
İnformasiya axını sürətlənib, amma bu heç də yüzdəyüz fayda demək deyil.
İnformasiya axını sürətləndikcə debilliyin, başqa adla rəqibi vurmağın, azsavadlı bir adamın öz düşüncəsini yeritməyin, fundamentalistlərin, faşistlərin də öz fikirlərini yaymaları sürətlənib, dövrümüzün faciəsi bundadır.
İnsanlar interneti savadlanmaq yerinə yox savadsızlıqlarını nümayiş etdirmək üçün istifadə edirlər.
Oxuduğu beş altı zəif şeirlə poeziyaya qiymət vermək səlahiyyətin özlərində tapırlar, halbuki bu qiyməti verənə qədər Küçük İskəndərdən bir şeir oxuyub əsl poeziyanın nə olduğunu qana bilərdilər.
Doğrudur, internetin yaratdığı imkanlardan çox yaxşı yararlanan oxucular da var.
Amma çoxluq hər zamankı kimi oxumaq əvəzinə məsləhət verməklə, peşəsi yazarlıq olan adama öz çilingər ağlı ilə məsləhət verməklə məşğuldur.
Qan TURALI

3478 dəfə oxunub
Oxşar xəbərlər
Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın
09:00
10 dekabr 2024
Şeiri yaradan məqamlar
12:00
24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı
13:20
7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?
17:00
15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub
11:30
23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi
12:00
19 sentyabr 2024