"Yaşlandıqca daha müdrik olduğumuz barədə mifə inanmaq istərdim..." - Patrik Vayt

"Yaşlandıqca daha müdrik olduğumuz barədə mifə inanmaq istərdim..." - Patrik Vayt
28 may 2026
# 12:30

Bu gün Avstraliya yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Patrik Vaytın doğum günüdür.

Kulis.az onun əsərlərindən sitatları təqdim edir.

Ağıl, nəhayət, silahı öz başına dirəyir – və hər zaman hədəfdən yayınmır.

***

Başlanğıcda o, qorxulu və xoşagəlməz şeylərdən qorunmaq üçün oxumağa başlamışdı. Sonradan isə davam etdi, çünki hekayədən əlavə, ədəbiyyat onun can atdığı bir alicənablıq, nəzakət bəxş edirdi.

***

Olduqca məqsədsiz şəkildə piyada yollarına davam etdilər. Kişi qadının onun kövrəldiyini sezməməsinə ümid edirdi, çünki bunun səbəbini necə izah edəcəyini bilməzdi. Estetik həqiqət ilə çirkin, rəzil reallıq arasındakı o böyük təzad məhz buradaca gizlənirdi.

***

Mən bu ölkəyə məhkum edilmişəm.

***

Əgər hələ ağlımı itirməmişəmsə də, bəzən onun məni tərk etməyə hazırlaşdığını hiss edə bilirəm.

***

Rəqs etmək həvəsi hələ var ikən, həyat mətbəx döşəməsində bitmir.

***

İndiki vəziyyətdə mən vaxtı keçmiş bir romançıyam, hansı ki, demək olar heç kim oxumur, oxusalar belə, əksəriyyəti mənim nə demək istədiyimi anlamır. Sözsüz ki, kaş "Voss"u heç vaxt yazmasaydım, bu,hər kəsin boynundan asılmış bir lənətə çevriləcək.

***

Həyatın sirri özlüyündə bir son olan uğurla çözülmür; o, uğursuzluqda, bitmək bilməyən mübarizədə, formalaşmaqda (özünü tapmaqda) gizlənir.”

***

Bazar günü idi, Mamma Lena və balacalarla birlikdə qonşuya getmişdi. Həyətdəki istiot ağacının altında Papa geri satacağı boş şüşələri çeşidləyir, sayırdı: Papa onları kisəyə yığdıqca şüşələr "cing-cing" səs çıxarırdı. Quşlar tozun və günəşin altında lələklərini qabardırdılar: o əyriboyun, ağ fərəni Mamma demişdi ki, əgər cəsarəti olsaydı, başına vurub öldürərdi; amma cəsarəti çatmamışdı.

***

Onun əfsanəsi, nəhayət ki, bu əfsanədən narahatlıq duyanlar tərəfindən qələmə alınacaq.

***

Heç bir heyvan insandan daha betər əzab çəkmir.

***

İnsanlar arasındakı sevginin ən pis tərəfi odur ki, sən onları sevməyə hazır olduqda onlar bunu istəmir; onlar istədikdə isə bu fikrə dözə bilməyən sən olursan.

***

Yaşlandıqca daha müdrik olduğumuz barədə mifə inanmaq istərdim. Müəyyən mənada, mənim bu inamsızlığım elə müdriklikdir. Orta nəslin nümayəndələri, əgər xeyirxah və ya sentimental olarlarsa, bu müdriklik mifinə şərik çıxırlar, rəhmsizlər isə bizi sındırılmış mebel və ya qurumuş güllər kimi gözardı edilə bilən əşyalar olaraq görürlər. Gənclər üçün isə biz, eyni ailənin qaçılmaz (məcburi) üzvləri olmadığımız təqdirdə, demək olar ki, mövcud deyilik – qaz buraxan, ağzının suyu axan, protez dişlərini və bifokal eynəklərini daim itirən qocalar kimi.

# 978 dəfə oxunub

Oxşar xəbərlər

Gülən balıq -  Süleyman Rəhimovun əfsanəsi

Gülən balıq - Süleyman Rəhimovun əfsanəsi

10:00 11 oktyabr 2026
"İçimizdəki səfaləti başqalarına açmaq həddindən artıq qorxulu ehtimaldır..." - Harold Pinterin sitatları

"İçimizdəki səfaləti başqalarına açmaq həddindən artıq qorxulu ehtimaldır..." - Harold Pinterin sitatları

10:00 10 oktyabr 2026
"Ərlə arvadın birgə həyata uyğunlaşmasından ötrü onların arasında..." - Andre Morua

"Ərlə arvadın birgə həyata uyğunlaşmasından ötrü onların arasında..." - Andre Morua

16:00 9 oktyabr 2026
"Bir sözlə, insan olmaq lazımdır..." -  İvo Andriçin Nobel nitqi

"Bir sözlə, insan olmaq lazımdır..." - İvo Andriçin Nobel nitqi

13:00 9 oktyabr 2026
Mavi, mavi, masmavi... - Bahar Bərdəlinin hekayəsi

Mavi, mavi, masmavi... - Bahar Bərdəlinin hekayəsi

12:45 8 oktyabr 2026
Ağsaqqal - Qulman Oçilovun hekayəsi Aygün Əzizin tərcüməsində

Ağsaqqal - Qulman Oçilovun hekayəsi Aygün Əzizin tərcüməsində

10:00 8 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər