Metyu Perrinin ölüm işində şok detallar - Köməkçisi sübutları belə məhv edib

Metyu Perrinin ölüm işində şok detallar - Köməkçisi sübutları belə məhv edib
27 may 2026
# 15:30

Dünyasını dəyişən məşhur aktyor Metyu Perrinin keçmiş köməkçisi Kennet İvamasa məhkəmə işi üzrə sübutları məhv etməkdə ittiham olunur.

Kulis.az xəbər verir ki, bu barədə TMZ nəşri məhkəmə sənədlərinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Perri vəfat etdikdən sonra İvamasa başqa bir şəxsə ketaminlə bağlı sübutları məhv etməyi, sənədlərdən qurtulmağı və rəqəmsal qeydləri silməyi əmr edib.

FTB (Federal Təhqiqatlar Bürosu) ulduzun keçmiş köməkçisinin müstəntiqlərə dəfələrlə yalan danışdığını iddia edir. Əvvəlcə o, Perrinin öldüyü gün ketamin qəbul etməsi faktını gizlədib, daha sonra isə aktyorun anesteziya ampulalarını elə özünün gizlətdiyini iddia edib. Lakin prokurorluğun məlumatına görə, bu iddialar tamamilə yalandır.

Açıqlamada bildirilir ki, İvamasa "B. M." olaraq qeyd edilən şəxsə Perrinin ölümündən dərhal sonra ketamin flakonları və şprislərdən qurtulmağı tapşırıb. Bundan başqa, o, ketamin reseptini və doktor Salvador Plasensianın adı tədarükçü kimi keçən əlyazma qeydi məhv etməyi də əmr edib. FTB-nin məlumatına görə, İvamasa daha sonra vasitəçi Erik Fleminqlə olan telefon danışığında bu əməlini etiraf edib.

Qeyd edək ki, 54 yaşlı ulduz aktyor Metyu Perri 28 oktyabr 2023-cü ildə ketamin anesteziyasının təsadüfən həddindən artıq dozada qəbul edilməsi səbəbindən vəfat etmişdi. Sənətçi haqqında yayımlanan sənədli filmdən isə o da məlum olub ki, Perri ölümündən üç gün əvvəl psixi pozğunluqların müalicəsi üçün həkimin təyin etdiyi dozadan əlavə daha 27 doza ketamin alıb.

# 297 dəfə oxunub

Oxşar xəbərlər

"Ümiddən başqa əlimizdə nə var ki?" - Amerikalı filosofdan sitatlar

"Ümiddən başqa əlimizdə nə var ki?" - Amerikalı filosofdan sitatlar

12:30 8 iyun 2026
İlham Əziz:  "Həyatda yeganə peşman olmadığım iş yazmaqdır..." - Müsahibə

İlham Əziz: "Həyatda yeganə peşman olmadığım iş yazmaqdır..." - Müsahibə

12:00 8 iyun 2026
Səlahəddin Əyyubi qalasında kəşf - Məscid və qədim su sistemi tapıldı

Səlahəddin Əyyubi qalasında kəşf - Məscid və qədim su sistemi tapıldı

11:40 8 iyun 2026
Kusturitsa Rusiya vətəndaşlığı almaq planlarından danışdı

Kusturitsa Rusiya vətəndaşlığı almaq planlarından danışdı

10:30 8 iyun 2026
Azərbaycan kinosunun Qəmlosu -  Şöhrətin arxasındakı kədər

Azərbaycan kinosunun Qəmlosu - Şöhrətin arxasındakı kədər

12:00 7 iyun 2026
Van Qoqun dostu, Taiti gözəllərinin vurğunu – Pol Qogen kim idi?

Van Qoqun dostu, Taiti gözəllərinin vurğunu – Pol Qogen kim idi?

11:00 7 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər