"İlana sancmağı məhz Həvva öyrədib..." - Kalman Miksat

"İlana sancmağı məhz Həvva öyrədib..." - Kalman Miksat
28 may 2026
# 13:00

Bu gün böyük macar yazıçı, jurnalist və siyasətçi Kalman Miksatın anım günüdür.

Kulis.az onun əsərlərindən bəzi hissələri təqdim edir.

Macar dünyaya gələndə də içirlər, dünyadan köçəndə də; elə isə bu ikisinin arasında o, niyə ayıq gəzsin ki?

Həvvanın almadan yeyib Adəmə də təklif etməsi dünyaya bəs qədər dərd açdı; bəs görəsən, tutaq ki, Adəm o almadan yesəydi və Həvvaya təklif etməsəydi, halımız necə olardı?

... Evlilik yemək kimidir: meyxana yeməyinə möhtac olan ev yeməyi həsrəti çəkər, ev yeməyi yeyənin isə meyxana təamları üçün ağzının suyu axar.

Kim bir dəfə deputat mandatı aldsa, işləməkdən birdəfəlik elə soyuyar ki, ondan daha heç nə olmaz – ancaq deputat olar.

Hər yeni nazir hələ kəsilməmiş qarpız kimidir. Xarici qabığına baxıb onun yaxşı çıxıb-çıxmayacağını təyin etmək demək olar ki, qeyri-mümkündür.


Pis parlamentləri belə yaxşı göstərən şey – onlardan daha pislərinin gəlməsidir.

Gənc qızların başına isə tez-tez elə şeylər gəlir ki, bu şeylər məhz izah olunduqdan sonra tamamilə anlaşılanmaz bir hal alır.

Məsələn, mən Cənnətdə ilanın Həvvaya alma yeməyi öyrətdiyinə inanmıram; əksinə, içimdə belə bir şübhə var ki, ilana fısıldamağı və sancmağı məhz Həvva öyrədib.

Çox yerlər gəzib-dolaşdım, amma yenə də ən çox Noqradı (bölgəsini) bəyənirəm: dağları, dərələri, ağacları ilə... Mənə elə gəlir ki, burada otlar daha yaşıl, çiçəklərin ətri dünyanın hər yerindən daha şirindir. Hətta başımızın üstündən keçən buludlar da sanki çəhrayı dona bürünür... Mənim əsl vətənim buradır.

Cəmiyyət xəstədir və asanlıqla da sağalmayacaq. Acı həqiqət budur. Bu böyük çürümənin müdhiş faciəsi, bıçaq tiyəsinə qonmuş buğ kimi sürətlə yayılır. Hər gün yeni və daha təhlükəli simptomlar baş qaldırır. Fırıldaqçılıq, yalan, ikiüzlülük, vəfasızlıq və prinsiplərdən imtina gündəlik normaya çevrilib.

Qədim macar zadəgan həyatı qumar oyunları üçün münbit şərait yaradırdı. Hər şeyi bol olan, amma ən çox da vaxtı olan yarım milyon darıxan cənab... Heç bir iş görmür, heç nə ilə məşğul olmur, var-dövlətini artırmağa can atmır, çünki əlində olanı belə xərcləyib qurtara bilmir. Mənəvi dəyərlər haqqında düşünmür, çünki onları tanımır; millətin illik bütün ədəbiyyatını Kassa təqvimində cəmi səkkiz qəpiyə (qaroşa) satın alır və yarım günə oxuyub bitirir – təbii ki, oxumağı bacaranlar.

...Etiraf edirəm ki, fransız mətbəxində yüngüllük, zəriflik, yaradıcılıq, ixtiraçılıq və pikantlıq var, lakin orada macar qastronomiyasının nümayiş etdirdiyi o möhkəm əsaslar, fundamental dolğunluq çatışmır. Əsrlərin süzgəcindən keçmiş qanundur ki, yeməklərin şahı olan kələm dolması (Əlahəzrətin qarşısında papağımızı çıxarırıq!) nə tələb edir: "Bir qat donuz qulağı, bir qat onurğa əti, bir qat quyruq/piy və bir qat dolma içi." Fransız mətbəxi daim eksperimentlər aparır, macar mətbəxi isə özünün sınanmış relsindən bir addım belə kənara çıxa bilməz. Qoca Seqed balıqçısı öz məşhur balıq xörəyini (halpaprikas) bişirərkən, onu dada-dada bu qaydanı pıçıldayır: "Habet, saporem, odorem et colorem." (Dadı var, qoxusu var, rəngi var).

Görünür, siyasət yenə də bir qadındır. İnsan qocalana yaxın bu qadının da xasiyyətinə tam bələd olur; təbii ki, əgər kimsə Kalman Tisa (dövrün baş naziri) kimi siyasətə dəlicəsinə aşiq deyilsə.

# 90 dəfə oxunub

Oxşar xəbərlər

Prezident  Xankəndidə əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışında

Prezident Xankəndidə əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışında

13:20 28 may 2026
Məşhur repçi İstanbulda konsert verəcək

Məşhur repçi İstanbulda konsert verəcək

12:15 28 may 2026
Sərbəst yaşamağa haradan başlamalıyıq? - Rəhman Bədəlov

Sərbəst yaşamağa haradan başlamalıyıq? - Rəhman Bədəlov

12:00 28 may 2026
Milli Kitabxanada “28 May – Müstəqillik Günü” ilə bağlı elektron layihələr  təqdim olundu

Milli Kitabxanada “28 May – Müstəqillik Günü” ilə bağlı elektron layihələr təqdim olundu

11:30 28 may 2026
"Ağrıdan hıçqırmaq istəməyimi..." - Firəngiz Əlizadə nəyi etiraf etmişdi?

"Ağrıdan hıçqırmaq istəməyimi..." - Firəngiz Əlizadə nəyi etiraf etmişdi?

11:00 28 may 2026
İçəri kimi buraxacağına yalnız sən qərar verirsən...  - Sözün ipi kimin əlindədir?

İçəri kimi buraxacağına yalnız sən qərar verirsən... - Sözün ipi kimin əlindədir?

10:30 28 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər