Cin ovu
1 avqust 2011
10:52
“Kulis”də müsəlman Şərqi, ərəblər, filan barədə gedən bəzi təhlil yazıları bəlli kəsimlərdə elə öfkəylə qarşılanır ki, adam bilmir belə vəziyyətə gülsün, yoxsa ağlasın. Hər yerdə ləbbeyk və həmişə ləbbeyk! Özü də aqressiv ləbbeyk. Adam ağzını açmağa məəttəldir – yer-yerdən elə şivən qoparırlar ki, dediyinə də peşiman olursan. Sanki 19-cu əsr hələ btiməyib.
Amma gəlin gödək şalvarlı, uzun saqqallı (başqa variantlar da ola bilər) yurddaşlarımızın söylədiklərinə də vaqif olaq hərdən. Bəlkə ağıllı-başlı nəsə deyirlər deyə. Məsələn, mən bu günlərdə bir yas məclisində cinlər haqqında verilən sualı mollanın necə cavablandırdığını dinlədim. Bunlar lap Allahın bəlasıymış! Məclis əhli, mollanın sözlərinə qüvvət, cinlər haqqında öz bildikləri ilə paylaşmağa başladı. Məclis tünlük olduğu üçün mən aman eləyib söz deyə bilmədim, odur ki, sözümü burdan demək istəyirəm.
Bizim kəndin ayağında bir şəlalə var. Hardasa on-on iki metr hündürlüyü olan bu şəlaləni kənd əhli “Şırnoy” adlandırır. Uşaqkən Şırnoy haqqında bizə həmişə əcaib-qəraib şeylər danışırdılar. Demə, suyun töküldüyü yerdə cinlər var, şəlaləyə yaxnlaşanda adamı arxadan itələyib çaya salırlar və başından basıb sahilə çıxmağa qoymurlar. Ona görə də oraya yalnız böyüklərlə getməlisən; cinlər axı böyüklərdən qorxurlar.
Doğrudur, əvvəllər cinlər kənddə at oynadırmışlar – bir dəfə gecəylə qonşu kənddən qayıdan Səməndər kişini öz oğlunun səsilə çağıra-çağıra cin məclisinə aparıblar. Orada onun başına nə iş gətiriblərsə, Səməndər kişi hələ də düz-əməlli danışa bilmir, kəkələyir. Ona cinlər haqqında sual verəndə isə, hirsindən dili lap tutulur. Cindarlar nə illah eləyir, kişini sagalda bilmir. Bir dəfə də meşədən çır-çırpı şələsi gətirən Şəkər arvadın ətəyini aşağı çəkiblərmiş. Arvad beləcə ətəyi dizində, arxası ağara-ağara kəndin içiylə düz evlərinəcən irəliləyib, bir də şələni yerə qoyanda duyuq düşüb ki, ey-vah, dal əldən gedib…
Cinlər kənddə çox belə hoqqalardan çıxıblar, uzun illər camaata cöz verib işıq verməyiblər. Amma şər deməsən xeyir gəlməz. Onların hökmranlığına məhz Şəkər arvadın əhvalatından sonra son qoyulub. Şəkər arvadın əri Mustafa kişi cinlərin ağ elədiyin görüncə bütün külfəti toplayıb, onları ovlamağa çıxıb. Ovlamaq deyəndə cinləri öldürmək nəzərdə tutulmur ha, onsuz da onları öldürmək mümükün deyil. Amma cinləri tutub cəzalandırmağın yolu var – bununçün onları qəfildən yaxalayıb, arvadların yorğan-döşək sırıdığı iri saxsı iynəni onların paltarına sancmalısan. Mustafa kişi belə də eləyir. Başının dəstəsilə gecələr dərədə- təpədə pusquya yatır, durub-dincəlmir, nəhayət, günlərin birində Şırnoyun yanındakı kolluqların içində bir cini araya salıb, iynəni onun paltarına sancırlar. Bundan sonra cin ha eləyir iynənin sehrindən çıxa bilmir, ilan dili çıxarıb yalvarmağa başlayır ki, onu buraxsınlar.
Bu hadisə mənim yaşımdan xeyli qabaq baş verib, ona görə də onun bütün təfərrüatlarını dəqiq bilmirəm. Amma, deyilənə görə, Mustafa kişi ürəyiyumşaq adam olsa da, başqa cinlərə görk olsun deyə qamçıyla onun canına oxuyub, sonra da atdöşü eləyib kəndə gətirib. Beləcə, həm Şəkər arvadın dalı reabilitasiya olunub, həm də Mustafa kişi özünə canıbərk bir qul qazanıb. Cin bir müddət Mustafa kişinin evində odun yarıb, malın altını təmizləyib, yer belləyib… amma ona da cin deyərlər, bir gün böyüklər evdə olmayanda al dillə Mustafa kişinin nəvəsinin başını piyləyib, ağlaya-ağlaya deyib ki, iynə onu incidir. Uşağın ürəyini yumşaltmağa nə var? Uşaq iynəni çıxardan kimi cin qeyb olub, bir daha onu gördüm deyən olmayıb. Bu əhvalatdan sonar cinlərin əli-ayağı kənddən kəsilib, onlar indi öz qurbanlarını yalnız Şırnoyun yörəsində marıtlayırlar...

4075 dəfə oxunub
Oxşar xəbərlər
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı
13:20
7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?
17:00
15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub
11:30
23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi
12:00
19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?
13:14
14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə
15:00
26 avqust 2024