“Yağışdan sonrakı əks-sədalar” qısametrajlı filminin nümayişi oldu

“Yağışdan sonrakı əks-sədalar”  qısametrajlı filminin nümayişi oldu
20 may 2026
# 17:00

Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Urban Cinema”da “Yağışdan sonrakı əks-sədalar” qısametrajlı filminin nümayişi olub.

Kulis.az xəbər verir ki, filmdə Keniyanın paytaxtı Nayrobidə 2024-cü ildə baş verən güclü daşqınlar zamanı qeyri-rəsmi yaşayış məntəqələrində yaşayan insanların real həyat təcrübələrindən bəhs olunub.

Film xüsusilə Mathare, Mukuru və Kibera kimi ərazilərdə yaşayan sakinlərin daşqınlar nəticəsində evlərini, əmlaklarını və dolanışıqlarını itirməsini, eləcə də həssas şəhər icmalarının üzləşdiyi təhlükələri ön plana çıxarır. 2024-cü ilin mart-may aylarında müşahidə edilən güclü yağışlar şəhərdə rekord səviyyəli daşqınlara səbəb olub və bu vəziyyət minlərlə insanın evlərindən köçürülməsi ilə nəticələnib.

Filmdə hökumət tərəfindən həyata keçirilən köçürmələr zamanı 30 mindən çox insanın çay və drenaj kanalları yaxınlığında yerləşən evlərdən çıxarıldığı, lakin bir çox hallarda onlara alternativ yaşayış imkanlarının təklif edilmədiyi bildirilir. Bu isə iqlim həssaslığı ilə şəhər ərazilərində əlverişli və təhlükəsiz mənzil çatışmazlığı arasında sıx əlaqəni bir daha ortaya qoyur.

Film, həmçinin iqlim dəyişikliyi nəticəsində yaranan risklərə qarşı həssas yaşayış şəraitində olan icmaların dayanıqlılıq qurmaq istiqamətində göstərdiyi səyləri də diqqətə çatdırır.

Qeyd edək ki, “Urban Cinema”da film nümayişləri gün ərzində davam edir. Seanslarda müxtəlif ölkələrin şəhərləri, şəhərlərdəki mövcud problemlər və şəhərsalma təcrübələrinə dair filmlər təqdim olunur. Seanslarda hər kəsin iştirakı mümkündür və iştirak ödənişsizdir.

# 584 dəfə oxunub

Oxşar xəbərlər

American Horror Story"nin 13-cü mövsümünün yayım tarixi açıqlandı

American Horror Story"nin 13-cü mövsümünün yayım tarixi açıqlandı

16:00 11 iyul 2026
Pelenin göz yaşları və xuliqanların qaranlıq dünyası - Ən yaxşı 5 futbol filmi

Pelenin göz yaşları və xuliqanların qaranlıq dünyası - Ən yaxşı 5 futbol filmi

15:00 10 iyul 2026
Məşhur rejissordan səs-küylü "Dante kodeksi" açıqlaması

Məşhur rejissordan səs-küylü "Dante kodeksi" açıqlaması

17:40 9 iyul 2026
2026-cı il "Emmi" namizədləri bəlli oldu

2026-cı il "Emmi" namizədləri bəlli oldu

13:20 9 iyul 2026
Hollivudda süni intellekt qalmaqalı - Saxta "aktrisa" baş rola çəkilir

Hollivudda süni intellekt qalmaqalı - Saxta "aktrisa" baş rola çəkilir

18:03 8 iyul 2026
Maskdan Nolana: "O, "Oskar"almaq üçün sürünən bir soxulcandır"

Maskdan Nolana: "O, "Oskar"almaq üçün sürünən bir soxulcandır"

15:20 8 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər