"Sənət dialoqu” layihəsi çərçivəsində növbəti görüş

"Sənət dialoqu”  layihəsi çərçivəsində növbəti görüş
21 may 2026
# 12:06

Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) “Sənət dialoqu” layihəsi davam edir.

Layihə çərçivəsində Sabirabad rayon Mədəniyyət Mərkəzində Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının, həmçinin Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının solisti, xanəndə Gülyaz Məmmədova ilə görüş təşkil olunub.

Kulis.az xəbər verir ki, görüş Mil-Muğan Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə keçirilib.

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov çıxış edərək “Sənət dialoqu” layihəsi haqqında məlumat verib. Qeyd edib ki, layihənin məqsədi mədəniyyət xadimlərinin Bakıda və regionlarda fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinin kollektivləri ilə görüşlərinin təşkili, gənc nəslin sənətə marağının artırılması, onların bədii zövqünün formalaşdırılmasıdır.

Xalq artisti Gülyaz Məmmədovanın sənət yolundan və muğamın tədrisi sahəsində xidmətlərindən bəhs edən V.Hümbətov bildirib ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) pedaqoji fəaliyyət göstərən Xalq artisti yeni xanəndələr nəslinin yetişməsində öz bilik və təcrübəsini əsirgəmir.

Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev də çıxışında Gülyaz Məmmədovanın ölkəmizdə xanəndəlik sənətinin inkişafına verdiyi töhfələrdən danışıb və bu kimi tədbirlərin regionlarda keçirilməsinin vacibliyini vurğulayıb.

Sonra Gülyaz Məmmədova muğam sənəti və onun incəlikləri haqqında söz açıb, muğamın tədrisi və təbliği məsələlərinə toxunub. O, “Sənət dialoqu” layihəsinə dəvət olunduğuna görə təşkilatçılara minnətdarlığını bildirib, tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

MEMİM-in sektor müdiri Nicat Həsənzadənin moderatorluğu ilə keçirilən tədbirdə Sabirabad, Beyləqan, İmişli və Saatlı rayonlarında fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinin şagirdləri muğam və xalq mahnılarımızı ifa ediblər. Ustad dərsi formatında keçirilən görüşdə sənətkar şagirdlərə ifaçılıqla bağlı öz tövsiyələrini verib.

ADMİU-da Gülyaz Məmmədovanın sinfində xanəndəlik ixtisası üzrə təhsil alan tələbələr Cəfər Allahverdiyev, Toğrul Abıyev, Gülyaz Həsənzadə, həmçinin 8-ci “Muğam” televiziya müsabiqəsinin laureatı Rəvanə Vəliyeva müəllimləri ilə birgə muğam və təsniflər səsləndiriblər. Onları Azərbaycan Milli Konservatoriyasının müəllimi Cahandar Mikayılov (tar), konservatoriya nəzdində Musiqi Kollecinin müəllimi Mehman Mikayılov (kamança) və Elməddin Həsənov (nağara) müşayiət ediblər.

Təqdim olunan rəngarəng musiqi nömrələri iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

# 515 dəfə oxunub

Oxşar xəbərlər

Rusiyadan Almaniyadakı Sovet abidələri ilə bağlı məsələyə sərt reaksiya

Rusiyadan Almaniyadakı Sovet abidələri ilə bağlı məsələyə sərt reaksiya

13:00 8 iyun 2026
"Ümiddən başqa əlimizdə nə var ki?" - Amerikalı filosofdan sitatlar

"Ümiddən başqa əlimizdə nə var ki?" - Amerikalı filosofdan sitatlar

12:30 8 iyun 2026
İlham Əziz:  "Həyatda yeganə peşman olmadığım iş yazmaqdır..." - Müsahibə

İlham Əziz: "Həyatda yeganə peşman olmadığım iş yazmaqdır..." - Müsahibə

12:00 8 iyun 2026
Səlahəddin Əyyubi qalasında kəşf - Məscid və qədim su sistemi tapıldı

Səlahəddin Əyyubi qalasında kəşf - Məscid və qədim su sistemi tapıldı

11:40 8 iyun 2026
Kusturitsa Rusiya vətəndaşlığı almaq planlarından danışdı

Kusturitsa Rusiya vətəndaşlığı almaq planlarından danışdı

10:30 8 iyun 2026
Azərbaycan kinosunun Qəmlosu -  Şöhrətin arxasındakı kədər

Azərbaycan kinosunun Qəmlosu - Şöhrətin arxasındakı kədər

12:00 7 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər