Yataqda ölənə şaşan Türkəm mən - Əmin Abid Gültəkin

Yataqda ölənə şaşan Türkəm mən - Əmin Abid Gültəkin
21 may 2026
# 10:25

Kulis.az Əmin Abid Gültəkinin "Qorx" şeirini təqdim edir.

Yaxlaşma, ey zalım, qəhr edər səni,
Qəlbimdən yüksələn fəğanımdan qorx!
Gətirmə yurduma sən dəsisəni,
Hər şeydən pak olan vicdanımdan qorx!
Əsrlərdən bəri viransan, demə,
Qarşımda bir fağır insansan, demə,
Kölgəsindən qorxan düşmansan, demə,
Bu yılmaq bilməyən imanımdan qorx.
Əzmim bir qılıncdır, xəncər istəməm,
Yurduma yabançı bir ər istəməm,
Sənin kimi əsla rəhbər istəməm,
Mənə yol göstərən Quranımdan qorx!
Heybətli əsrlər aşan Türkəm mən,
Yataqda ölənə şaşan Türkəm mən,
Dünyaya sığmayan daşan Türkəm mən,
Getdikcə böyüyən Turanımdan qorx.

# 322 dəfə oxunub

Oxşar xəbərlər

"Göylərin üzünün suyu tökülür..." - Gülbacı Nağdaliyevanın yeni şeirləri

"Göylərin üzünün suyu tökülür..." - Gülbacı Nağdaliyevanın yeni şeirləri

10:50 10 iyun 2026
Hələ də sevirəm, sevirəm səni - Nüsrət Kəsəmənli

Hələ də sevirəm, sevirəm səni - Nüsrət Kəsəmənli

10:20 10 iyun 2026
"Hardasa, hardasa ilğıma dönmək..." -  Günel Eminli

"Hardasa, hardasa ilğıma dönmək..." - Günel Eminli

11:50 9 iyun 2026
"Heç bir qadın mənim tək ayrılıq yaşadammır..." - Günün şeiri

"Heç bir qadın mənim tək ayrılıq yaşadammır..." - Günün şeiri

10:10 8 iyun 2026
Səni sevən sənsiz ömrü neyləsin? - Ümmügülsümün şeiri

Səni sevən sənsiz ömrü neyləsin? - Ümmügülsümün şeiri

18:05 5 iyun 2026
Yeni sevdasına qurban olduğum - Mikayıl Müşfiqin şeirləri

Yeni sevdasına qurban olduğum - Mikayıl Müşfiqin şeirləri

14:45 5 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər