Xalq artistinin ruhi dispanserdə dünyasını dəyişən oğlu – Onun ölümünü anasından 40 gün gizlədilər – Maraqlı faktlar

Xalq artistinin ruhi dispanserdə dünyasını dəyişən oğlu – Onun ölümünü anasından 40 gün gizlədilər – Maraqlı faktlar
3 fevral 2021
# 11:47

Kulis.az Xalq artisti Şəfiqə Axundovanın mərhum oğlu, bəstəkar Taleh Hacıyev haqqında maraqlı faktları təqdim edir.

Taleh Hacıyev 1957-ci il, avqustun 14-də Bakıda Azərbaycanın görkəmli bəstəkarı Şəfiqə Axundovanın ailəsində anadan olub. Anası ilə atası ayrıldığından kiçik Taleh anası ilə birgə yaşamağa başlayır. Uşaqlıqda çox nadinc və ərköyün olsa da, musiqiyə böyük həvəs göstərir və qısa zamanda öz istedadı ilə diqqət çəkməyə başlayır.

***

Şəfiqə xanım öz oğlunu “mənim taleyim” adlandırır. Hətta dillər əzbəri olan “Lay-lay” mahnısını oğluna həsr etdiyini bildirir.

Bülbül adına Orta İxtisas Musiqi Məktəbində və Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının, indiki Bakı Musiqi Akademiyası bəstəkarlıq və pianoçuluq fakültəsində təhsil alır. Taleh Hacıyev 18-20 yaşlarından bəstəkar və pianoçu kimi fəaliyyətə başlayır. İlk yazdığı “Belə qəmli dayanma” mahnısı, tamaşaçılar tərəfindən sevilir.

***

“Qarabağa dolan bulud”, “Bəxtəvərlik nəğməsi”, “Sənsiz yaman darıxmışam”, “Həyat sən nə şirinsən” mahnıları dövrün ən məşhur müğənniləri tərəfindən oxunub.

***

Xüsusi mahnı yazmaq istedadı olmasına baxmayaraq sonralar Taleh Hacıyev daha çox pianoçu kimi tanınmağa başlayır. Anası Şəfiqə Axundova tərəfindən yazılan ilk operanın konsertmeyestri olur. Opera və Balet Teatrında Şəfiqə Axundovanın "Gəlin qayası" operası səhnələşdirilərkən tamaşanın daxili baxışına qədər operanı Taleh Hacıyev müşayiət edir.

Xalq artisti Flora Kərimova Taleh Hacıyev haqqında danışanda onu "insan orkestr" adlandırır. Bu, o deməkdir ki, onun bir tək piano ifası böyük bir orkestri əvəz edirmiş.

***

Taleh Hacıyevin ən uğurlu işlərindən biri anası Şəfiqə Axundovanın "Həsrətindən" mahnısının piano ifasıdır. O, bəstəkar olduğu ən uğurlu iş isə hələ gənc yaşlarında bəstələdiyi “Belə qəmli dayanma” mahnısı olub və elə ilk dəfə - 1976-cı ildə Flora Kərimova bu mahnını ifa edib. Daha sonra Flora Kərimova, Məmmədbağır Bağırzadə, Elmira Rəhimova, Gülyaz Məmmədova, Gülyanaq Məmmədova ifa edib.

***

Taleh Hacıyev xalasının məsləhəti ilə gənc bir xanımla ailə qurur. Xüsusi diqqət və qayğı tələbə edən Talehin xasiyyəti ilə ailə qurduğu xanımın xasiyyəti uyğunlaşmadığından bir müddət sonra onlar ayrılır.

Yaradıcılığının ən parlaq vaxtında gənc yaşlarında hər şeyə və hər kəsə qarşı əsəb və gərginlik göstərən Taleh qısa zaman ərzində ruhi xəstəliyə tutulur. Şəfiqə xanım da oğlunun bu vəziyyətini gördükcə çətin günlər yaşayır, sarsılır. Ana kimi çox əzab çəkir.

***

Oğlunun hədsiz dərəcədə sevən ana onun haqqında belə deyirdi: “Mənim oğlum gözəl piano çalırdı, o, çalanda hamı heyran qalardı. Gözəl pianoçu idi. Ondan çox nigaranam, mən dünyada olmayanda, o necə yaşayacaq, nə edəcək? Axı uşaq kimi safdır, köməksizdir. Allahdan ömür istəyirəm ki, onu tək qoymayım bu dünyada”.

Hər şeydən küsən, inciyən, balaca uşağa çevrilən xəstəliyi onun həm sağlamlığına, həm də psixoloji durumuna çox pis təsir edir. Uzun müddət bu xəstəliklə mübarizə aparsa da, müalicə olunsa da o, 2008-ci ilin iyul ayında Maştağada yerləşən ruhi əsəb xəstəxanasında vəfat edib.

***

Oğlunun ölümü Şəfiqə xanımdan uzun müddət gizlədilir. Yalnız qırx mərasimi başa çatandan sonra Şəfiqə xanım oğlu Talehin vəfat etdiyini öyrənir.

***

Şəfiqə Axundova 2013-cü ilin iyulun 26-da - oğlu Talehdən beş il sonra onun vəfat etdiyi gündə dünyasını dəyişir.

# 23151 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #