Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, folkloru, abidələri, toponimləri - Həcər Atakişiyeva

Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, folkloru, abidələri, toponimləri  - Həcər Atakişiyeva
24 oktyabr 2025
# 14:15

Kulis.az Həcər Atakişiyevanın “Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, folkloru, abidələri, toponimləri” yazısını təqdim edir.

Qərbi Azərbaycanda minilliklər boyu mövcud olan tariximiz dədə-baba torpaqlarımızdakı tarixi sübutlarla və milli mənsubiyyətimizlə beynəlxalq müstəvidə sübut olunmuşdur. Qərbi Azərbaycanın Oğuz eli, azərbaycanlıların yurdu olduğunu beynəlxalq aləmdə sübut edən mənbələr Qərbi Azərbaycandakı yaşam tariximizi, mədəni, dini abidələrimizi, qədim tikililərimizi, ədəbi mühitimizi, mədəniyyətimizi, folklorumuzu, toponimlərimizi, ictimai-siyasi həyatımızı, milli şüurumuzu, maarifpərvər şəxsiyyətlərimizi, qəzet və jurnallarımızı Azərbaycan xalqının milli varlığının, düşüncəsinin təzahürü kimi qəbul edir.

Qərbi Azərbaycanın ədəbi mühiti xeyirxahlığı, nəcibliyi ilə millətə xidmət etməyi bacaran, gözüaçıq, savadlı gənclər yetişdirmişdir. Qərbi Azərbaycanın abidələrinin tarixindən və özünəməxsus xüsusiyyətindən açıq şəkildə görünür ki, bu tarixi abidələr bütünlüklə Azərbaycana məxsusdur. Qərbi Azərbaycanda hər dağın, dərənin, düzün, döngənin, cığırın, bulağın, çayın, qayanın, daşın, mahalın, arxın qədim tarixi azərbaycançılığı özündə əks etdirir. Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, folkloru, abidələri, toponimləri millətin milli qürurunu və qəhrəmanlığını özündə təcəssüm etdirir. Qərbi Azərbaycanın folkloru əcdadlarımızın minilliklər boyu burada yaratdığı milli-mənəvi dəyərlərdən qidalanaraq həm şifahi, həm də yazılı şəkildə inkişaf etmişdir. Qərbi Azərbaycanın folklor nümunələrində yerli əhalinin folklor ənənələri, xüsusən də oğuzlarla bağlı əfsanə və rəvayətləri özünü əks etdirir.

Qərbi Azərbaycan lokal və regional şəraitdən asılı olaraq fərqli coğrafi mühiti sayəsində yaddaşlardan silinməyən zəngin folklor materiallarına malikdir. Belə ki, Qərbi Azərbaycanın folklor nümunələri tarixi yaddaşımızın və epik təfəkkürümüzün semantikasının öyrənilməsinda olduqca böyük əhəmiyyətə malikdir və regionun folkloru toponimik əfsanələrlə zəngindir və bu əfsanələr özlərində qədim yurd yerlərimizin adlarını mühafizə edib saxlayır. Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, folkloru, abidələri, toponimləri həmin ərazilərin tarixən türklərə məxsusluğunu birmənalı şəkildə təsdiqləyir. Belə ki, folklorun etnoregional xüsusiyyətlərinin müəyyən olunması nəticəsində sübut olunmuşdur ki, Qərbi Azərbaycanın yerli əhalisinin zəngin təxəyyülü sayəsində folklor, mif, əsatirlər, nağıllar, poetik nümunələr, rəvayətlər ənənəvi türk dünyagörüşünü əks etdirə bilmişdir. Ağbabadan Vedibasara, Lorudan Zəngəzura, Göyçədən Zəngibasara qədər olan ərazilərdə yaşayan türk soylu azərbaycanlılar bu müqəddəs yerlərin tarixçəsini özündə yaşadan onlarla folklor nümunələrini nəsildən-nəslə ötürmüşdürlər.

Qərbi Azərbaycanın Vedibasar, Zəngəzur, Dərələyəz, Ağbaba, Şörəyel, Loru, Pəmbək, Göyçə, Qaraqoyunlu, Şəmşəddin kimi bölgələri tarixi, mədəniyyəti, folkloru, abidələri, toponimləri ilə Azərbaycan ədəbiyyatını və mədəniyyətini zənginləşdirmişdirlər. Qərbi Azərbaycanın tarixi, mədəni irsi, toponimləri, folkloru daim tədqiqatçılar tərəfindən araşdırılmış və ümumtürk kontekstində böyük əhəmiyyət daşımışdır. Azərbaycan xalqının adət və ənənələrini özündə əks etdirən Novruz bayramı ölkəmizin digər bölgələrində olduğu kimi, Qərbi Azərbaycanda da geniş qeyd olunaraq, zəngin folklor nümunələri ilə olduqca zəngindir və yerli əhali tərəfindən böyük təntənə və regional özünəməxsusluqlarla keçirilirdi.

Tədqiqatçılar üçün Qərbi Azərbaycanın ədəbiyyatının və mədəniyyətinin xüsusiyyətlərinin öyrənilməsi ən aktual məsələlərdən biri olmuşdur. Qərbi Azərbaycanın toponimləri türk mənşəlidir və bu türk mənşəli toponimləri coğrafiya, tarix və dilçilik kontekstindən elmi-nəzəri əsaslarla araşdıran zaman tarixi toponimlərinin tam əksəriyyətinin türkmənşəli olduğu əsaslı mənbələr əsasında öz təsdiqini tapmışdır.

Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, folkloru, abidələri, toponimləri türk mədəni sisteminin tarixi-estetik mahiyyətini bir bütöv halında özündə ehtiva edərək türk tayfalarının məskunlaşdıqları ərazilərin düzgün müəyyənləşdirilməsində, türk tarixinin və mədəniyyətinin sistemli tədqiq olunaraq zəngin və rəngarəng bir sistemə malik olmasının sübut olunmasında böyük rola malikdir.

Qərbi azərbaycanlıların yaşadığı Zəngəzur və Göyçə zonaları qədim dövrdə Alban ölkəsi olduğu üçün bu regiondakı mədəniyyətimizin və maddi abidələrimizin Azərbaycan xalqının təşəkkül tarixini, soykökünü elmi şəkildə öyrənməkdə, elin, obanın, xalqın tarixinin araşdırılmasında əvəzsiz mənbədir.

Şəfəq Nasir “İrəvandakı dini-mənəvi və tarixi abidəmiz: Göy Məscid” məqaləsində Qərbi Azərbaycanın tarixini, mədəni irsini, toponimlərini, folklorunu geniş şəkildə analiz etmişdir: “Müxtəlif vaxtlarda tarixçi alimlərin, tədqiqatçıların bir sıra abidə və məbədgahlarla yanaşı, Göy Məscidlədə bağlı araşdırmaları ortaya çıxıb”.

Bu sətirlərin müəllifi də həmin məscidlə bağlı tədqiqat xarakterli yazı ilə mətbuatda çıxış edib. İndi mövzuya yenidən qayıtmaqla Hüseynəli xan Məscidinin tikildiyi tarixdən başlamış, fəaliyyət göstərdiyi zamanlarda bu məbədgaha edilən maddi, mənəvi basqılarla bağlı 100 ildən də bir qədər əvvəl yazılmış mükəmməl bir məqaləyə diqqət çəkmək, münasibət bildirmək niyyətindəyik. Xatırladaq ki, Göy Məscid haqqında “Təhvil” imzası ilə yazılmış məqalənin müəllifi XX əsrin əvvəllərində İrəvan ədəbi mühitinin görkəmli nümayəndəsi, şair, yazıçı-publisist, felyetonçu, “Bürhani-həqiqət” jurnalının redaktoru və baş yazarı Əli Məhzun Hacı Zeynalabdinzadə Rəhimovdur. Təhvilin adıçəkilən jurnalda dərc etdirdiyi bu məqalədə məqsədi İrəvanda “Göy Məscid”ə sahib çıxmağa çalışan üzdəniraq ermənilərin məzkur məscid haqqında uydurduğu yalanları ifşa etmək olmuşdu. Məqalə “Bürhani-həqiqət”in 1 yanvar 1917-ci ildə dərc edilib. İlk olaraq qeyd etməliyik ki, Təhvilin məscidlə bağlı yazısında məlumatlar çoxfaktlıdır” [2; 23].

Qərbi Azərbaycanın qədim dövrə aid toponim və etnonimləri bu torpaqların ən qədim tərcümeyi-halını bizə çatdırır. Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, folkloru, abidələri, toponimləri Azərbaycan xalqının tarixinə dair ən xırda cizgiləri belə özündə qoruyub, ən qədim qatlannı mühafizə edib saxladığı üçün bu türk mənşəli tarixin tədqiqi indiki dövrdə də çox aktualdır. Azərbaycan dilində işlənən coğrafi terminlər Qərbi Azərbaycan ərazisində tarixən mövcud olmuş, Azərbaycan xalqının türk mənşəli toponimlərinin araşdırılması sayəsində türkologiya elmi son dərəcə inkişaf etmişdir.

Tədqiqatçılar Qərbi Azərbaycanın türk mənşəli toponimlərini linqvistik izahlarına xüsusi yer vermiş və ərazidə yaşamış türk tayfalarının toponimlərini ətraflı şəkildə təhlil edərək, xarakterlərinə uyğun olaraq ümumiləşdirmiş və sistemləşdirmişdirlər. Qərbi Azərbaycanın türk mənşəli toponimlərinin tədqiq edilərək, onların tarixilik səciyyəsinin müəyyənləşdirilməsi nəticəsində, ümumilikdə, Azərbaycanın tarixi və mədəniyyəti inkişaf etmişdir. Ərazinin türk mənşəli toponimləri özündə Qərbi Azərbaycanda yaşamış Azərbaycan türklərinin tarixini, coğrafiyasını, mədəniyyətini dolğun bir şəkildə əks etdirir və regionun türk mənşəli toponimləri çox qədim tarixə malik olduğu üçün xalqımızın qədimdən məskunlaşdıqları əraziləri müəyyənləşdirmək baxımından xüsusi əhəmiyyətə malikdir. Qərbi Azərbaycanın türk mənşəli toponimlərinin formalaşmasında Azərbaycanın dil tarixinin, dialektologiyasının, onomalogiyasının mühüm rolu vardır və bu türk mənşəli toponimlərin araşdırılmasında tarixi-müqayisəli metoddan istifadə olunmuşdur.

Ümumilikdə, Qərbi Azərbaycanın türk mənşəli toponimlərinin tədqiqində tarixi-müqayisəli metodla yanaşı etimoloji metoddan da istifadə olunmuşdur. Azərbaycan və türk mənşəli toponimlərin doğruluğunu azərbaycanlıların min illər boyu bu ərazidə yaşaması sübut etmişdir. Belə ki, bu prosesdə tarixçilərin, coğrafiyaçıların, filoloqların çox əhəmiyyətli və dəyərli tədqiqatlarının rolu danılmazdır. Qərbi Azərbaycan ərazisindəki etnotoponimlərin öyrənilməsi xüsusi əhəmiyyətə malikdir, belə ki, etnotoponimlər tayfa və qəbilə adları əsasında formalaşırlar və türk etnoslarının Qərbi Azərbaycan ərazisində yaşamasını birbaşa təsdiq edirlər.

Qərbi Azərbaycan ərazisindəki toponimlər arasında etnotoponimlərində sayının az olmamasında müxtəlif türk etnoslarının, xüsusilə oğuzların bu ərazilərin yaşamasının rolu olduqca çoxdur. Qərbi Azərbaycan ərazisindəki türk mənşəli etnotoponimlərin tədqiqi son dərəcə aktual mövzu olaraq regionda azərbaycanlıların məskunlaşmalarının tarixi və miqyası barədə müxtəlif səpkili faktların aşkara çıxarılmasında mühüm rol oynayır. Tədqiqatçılar Qərbi Azərbaycan ərazisindəki türk mənşəli etnotoponimləri linqvistik aspektdən təhlil edib və xüsusiyyətlərini araşdıraraq türk mənşəli etnonimlərin ümumi mənzərəsini şərh etmişdirlər.

Azərbaycan tədqiqatçıları tədqiqat işlərində Qərbi Azərbaycanın türk mənşəli toponimlərini müqayisəli, müqayisəli-tarixi metoddan, areal, genetik, deskriptiv, kartoqrafik, struktur, etimoloji və tipoloji təhlil üsullarından istifadə etmişdirlər. Belə ki, türk mənşəli etnotoponimlərin leksik-semantik, fonetik, qrammatik xüsusiyyətləri müqayisəli şəkildə öyrənilmiş və tarixi-coğrafi aspektdən qiymətləndirilmişdir. Qərbi Azərbaycanın tarixinin və mədəniyyətinin öyrənilməsində türk mənşəli etnotoponimlərin və toponimlərin zənginliyi və qədimliyi mühim əhəmiyyət daşıyır. Qərbi Azərbaycanın türk yurdu olması Orxon-Yenisey abidələrində, “Kitabi-Dədə Qorqud” dastanında, M. Kaşğarinin “Divani-lüğət-it-türk” əsərində öz əksini tapmışdır.

Azərbaycanın ən qədim və zəngin bölgələrindən biri olan Qərbi Azərbaycanın qədim tarixinin tədqiq və təbliğ edilməsi Ümummili Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin daim diqqət mərkəzində olmuşdur. Qərbi Azərbaycanın əhalisi, ərazisi, coğrafiyası, elm və təhsili, folkloru, görkəmli şəxsiyyətləri, tarixi abidələri haqqında yüzlərlə tədqiqat işləri yazılmışdır.

Nərgiz Qəhrəmanova “Cəbi Bəhrəmov: “Qərbi Azərbaycan tarixi ilə bağlı mənbələrin toplanması, analizi və elmi dövriyyəyə gətirilməsi qarşıya qoyulan əsas vəzifələrdəndir” adlı məqaləsində Qərbi Azərbaycanla bağlı aparılan tədqiqatların əsas istiqamətlərini belə analiz etmişdir. “1918-ci ildə İrəvan şəhəri və onun ətrafında olan torpaqlar ermənilərə verilərkən Azərbaycan xalqının fikri öyrənilməyib, sorğu və ya referendum keçirilməyib, qərar qəbul edilərkən oradan seçilən üç deputatın - Mir Hidayət Seyidov, Bağır Rzayev və Nəriman bəy Nərimanbəyovun etirazları qəbul edilməyib. Beləliklə, hər bir xalqın ümdə hüququ olan yaşamaq hüququ pozulub. Digər tərəfdən, Sovet Rusiyası 1920-ci ildə Azərbaycanı işğal etdikdən sonra xalqımızın razılığı olmadan həmin ilin noyabr ayından 1929-cu ilin fevralın 18-dək 20.8 min kv.km Azərbaycan SSR ərazisini Ermənistan SSR-ə güzəştə gedib. Buna görə də, bu məsələ xalqımızın ümummilli probleminin bir hissəsidir. Qərbi Azərbaycan bütöv Azərbaycanın bir hissədir.

Bütün bu qeyd olunan məsələlər Qərbi Azərbaycan İcmasının inzibati binasında keçirilən görüşdə geniş müzakirə olunmuşdur. Görüşdə ölkə başçısının səsləndirdiyi əsas fikirlər həmin ərazilərin Azərbaycan xalqına qaytarılması, pozulmuş hüquqların bərpa edilməsi, ərazinin tarixinin yazılması və milli atlasın tərtib edilməsi, bu ərazilərlə bağlı bütün dövrlərə aid mənbələrin toplanılması və onların çeşidlənərək sistemləşdirilməsi, o cümlədən bu problemin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı idi. Biz bu istiqamətdə işlərə artıq başlamışıq. Dövlət başçısının çağırışlarına müvafiq olaraq, AMEA Rəyasət Heyəti akademiyanın 3 institutunda bu istiqamətdə fəaliyyət göstərəcək 3 şöbənin yaradılmasına dair qərar qəbul edib. Tarix İnstitutunda Qərbi Azərbaycan tarixi şöbəsinə rəhbərliyin mənə həvalə olunması qürurvericidir [3; 7].

Qərbi Azərbaycan Azərbaycan elminə görkəmli şəxslər – ictimai xadimlər, elm, mədəniyyət, ədəbiyyat və incəsənət aləmində öz sözü olan şəxslər bəxş etmişdir. “Kitabi-Dədə Qorqud” dastanında adı çəkilən coğrafi məkanların əksəriyyəti Qərbi Azərbaycanla birbaşa bağlıdır. Belə ki, “Kitabi-Dədə Qorqud” dastanında adı çəkilən Şirökuvən, Altuntaxt, Göyçə gölü Qərbi Azərbaycanın ərazisindədir.

Qərbi Azərbaycanın köklü sakinləri Azərbaycan türkləri tarixi yaddaşımızın bərpasına və qorunaraq gələcək nəsillərə çatdırılmasına hər zaman böyük önəm vermişdirlər. Qərbi Azərbaycanın türk yurdu olmasını tarixi sənədlər və xəritələr təsdiqləyir. Azərbaycan folklorunun, aşıq sənətinin vətənlərindən biri kimi məşhur olan Qərbi Azərbaycanın tarixi keçmişinin araşdırılmasında böyük əmək sərf edən dəyərli alimlərimiz dünya elm aləmində Qərbi Azərbaycanın qədim türk yurdu olduğunu aydın və dolğun əsaslarla təsdiq etmişdirlər.

Ədəbiyyat siyahısı:
1. Bayramov, İ. Qərbi Azərbaycanın türk mənşəli toponimlərinin qrupları haqqında: - Bakı: ADPU nəşri, -1999. - 77-82 s.
2. Nasir, Ş. İrəvandakı dini-mənəvi və tarixi abidəmiz: Göy Məscid: 525-ci qəzet.- 2024.- 3 fevral, №21.- 23 s.
3. Qəhrəmanova, N. Cəbi Bəhrəmov: “Qərbi Azərbaycan tarixi ilə bağlı mənbələrin toplanması, analizi və elmi dövriyyəyə gətirilməsi qarşıya qoyulan əsas vəzifələrdəndir” - Elm.- 2023.- 19 yanvar.- 7 s.

# 121 dəfə oxunub

Oxşar xəbərlər

"Heç vaxt insana olan inamımı itirməmişəm..." - Pablo Nerudanın Nobel nitqi

"Heç vaxt insana olan inamımı itirməmişəm..." - Pablo Nerudanın Nobel nitqi

14:37 21 oktyabr 2025
Dilə gətirilməyən Əmin Abid həqiqəti - Niyə onun  adını çəkməyə qorxurdular?

Dilə gətirilməyən Əmin Abid həqiqəti - Niyə onun adını çəkməyə qorxurdular?

13:30 21 oktyabr 2025
Bu ilin ədəbiyyat üzrə Nobel mükafatçısı  Laslo Krasnahorkai kimdir? - DOSYE

Bu ilin ədəbiyyat üzrə Nobel mükafatçısı Laslo Krasnahorkai kimdir? - DOSYE

17:00 9 oktyabr 2025
"Can Azərbaycan" ifadəsinin müəllifi... - Yavuz Bülənt Bakilərin Qarabağla hansı bağlantılatı vardı?

"Can Azərbaycan" ifadəsinin müəllifi... - Yavuz Bülənt Bakilərin Qarabağla hansı bağlantılatı vardı?

12:00 5 oktyabr 2025
Səttarxan, Xiyabani, yoxsa Pişəvəri: Tarix kimin yanında idi? - ARAŞDIRMA

Səttarxan, Xiyabani, yoxsa Pişəvəri: Tarix kimin yanında idi? - ARAŞDIRMA

12:42 26 sentyabr 2025
100 il əvvəl çəkilən "Bismillah"  - Filmin rejissorları arasında niyə münaqişə yaranmışdı?

100 il əvvəl çəkilən "Bismillah" - Filmin rejissorları arasında niyə münaqişə yaranmışdı?

09:00 17 sentyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər