Türk kinosunun ən komik obrazları

Türk kinosunun ən komik  obrazları
22 noyabr 2025
# 11:30

Kulis.az türk kinosunun əfsanəvi aktyorlarının yaratdığı unudulmaz komik obrazlar haqqında materialı təqdim edir.

Sadri Alışık - Turist Ömər

1964–1973 illəri arasında çəkilmiş 10 seriyalı filmin adı “Turist Ömər” idi. Baş rolda oynayan Sadri Alışık yaratdığı bu obrazla türk kinosunun unudulmaz simalarından birinə çevrildi.

Şapkası başından əskik olmayan, özünəməxsus salam duruşu və səmimi gülüşü ilə yadda qalan Turist Ömər “Yamyamlar arasında”, “Uzay yolunda”, “Dümenciler Kralı” kimi seriyalarda fərqli macəralara atılır.

Hər dəfə öz saf, bir az da avam davranışları ilə gülüş doğuran bu obraz, türk kinosunun ən sevilən və ən komik personajlarından biri sayılır.

Kamal Sunal - İnək Şaban

Kult film seriyası “Hababam Sınıfı”nın əvəzolunmaz obrazı Şaban dostlarının ona verdiyi məşhur ləqəblə - “İnək Şaban”la türk kinosunun ən gülməli və sevilən personajlarından biridir.

Bu sadəlövh, təmiz ürəkli, bir o qədər də yumor dolu gənci Kemal Sunal canlandırmışdı.

Onun mimikaları, danışıq tərzi və səmimi davranışları, xüsusilə, filmin yayımlandığı ilk illərdə tamaşaçılar tərəfindən böyük maraqla qarşılanırdı.

Ekranda ən çox gözlənilən anlar isə, şübhəsiz ki, İnək Şabanın göründüyü səhnələr idi - çünki o, hər dəfə sadəliyi və dürüstlüyü ilə həm güldürür, həm də düşündürürdü.

Şənər Şən - Badi Əkrəm

“Hababam Sınıfı” film seriyasının ən gülməli obrazlarından biri də b ədən tərbiyəsi müəllimi, özünəməxsus xarakteri ilə seçilən Əkrəm Hocadır, yəni tələbələrinin dediyi adla Badi Əkrəm.

Qırmızı idman geyimi ilə yadda qalan, həddindən artıq özündənrazılığı ucbatından tez-tez gülməli vəziyyətlərə düşən bu sevimli obrazı Şener Şen canlandırıb.

Onun enerjisi, şıltaq hərəkətləri və özünü bəyənmiş, amma içində mərhəmət dolu müəllim obrazı türk kinosunun ən əyləncəli tiplərindən birinə çevrilib.

Adilə Naşit - Hafizə ana

O, məktəbdə şagirdlərin bir növ anası rolundadır. Hafizə ana mehriban, qayğıkeş, hərdən sərt, amma ürəyi uşaq sevgisi ilə dolu bir qadındır.

O, "Hababam" uşaqlarının yaramazlıqlarına qəzəblənsə də, onlara hər zaman analıq edər, xəstələnəndə qayğısına qalar, dərdini dinləyərdi.

Bu obraz sayəsində Adilə Naşit türk kinosunda “Ana obrazının simvolu” kimi yadda qaldı - həm güldürən, həm də sevgi dolu şəfqəti ilə duyğulandıran bir xarakter yaratdı.

Zeki Alasya / Metin Akpınar - Himmət və Hayret qardaşlar

“Köyden indim şehre” filmi də digər klassik türk komediyaları kimi, tamamilə usta komediya aktyorlarından ibarət möhtəşəm bir heyətə malikdir.
Filmdə dörd kəndli qardaşın hekayəsi danışılır - onlar tarlada işləyərkən bir küp qızıl tapır və bu sərvəti dəyişmək üçün şəhərə gəlirlər. Lakin şəhər həyatı, onların sadəlövhlüyü və qarşılaşdıqları gülməli hadisələr macəraları bir-birinə qarışdırır.

Qardaşlardan böyükləri - Himmet (Zeki Alasya) və Hayret (Metin Akpınar) daim kiçik qardaşlarına yol göstərməyə çalışırlar, amma nəticədə özləri də işin içindən çıxa bilmirlər. Elə bu cəhdlər, filmin ən gülməli və yadda qalan səhnələrinə çevrilir.

Bu film, sadə kənd həyatından şəhərin parıltılı, bir o qədər də aldadıcı dünyasına keçidi yumorla təsvir edən, türk kinosunun ən sevilən komediyalarından biri sayılır.

Perran Kutman - Sabahat

"Gırgıriye" film seriyasında Perran Kutman tərəfindən canlandırılan Sabahat obrazı türk kinosunun sevilən qadın tiplərindən biridir.

Sabahat - Darbukatör Bayramın (Şənər Şən) sevdiyi qız Güllünün anasıdır. Qızını məşhur bir artist etmək arzusu ilə yaşayan bu qəhrəman həm inadkar, həm də olduqca əyləncəli xarakteri ilə tamaşaçını daim güldürür.

Filmin ən yaddaqalan məqamlarından biri də Sabahatın Bayramın atası Emin (Münir Özkul) ilə bitib-tükənməyən, qarşılıqlı tikanlı dialoqları və atışmalarıdır. Onların bu söz duelləri, seriyanın əsas komediya ünsürlərindən biridir.

Sabahat obrazı ilə Perran Kutman, Müjdat Gezen, Şənər Şən, Adilə Naşit kimi ustalarla birlikdə türk komediyasına damğa vuran bir performans təqdim edib.

Ayşen Qruda - Fikrət

Ayşen Qrudanın canlandırdığı Fikret türk kinosunun ən gülməli, eyni zamanda duyğulu qadın obrazlarından biridir.

"Gülen gözler" filmində Yaşar Usta (Münir Özkul) və Nəzakət xanımın (Adilə Naşit) beş qızından ən böyüyü olan Fikret ailənin məsuliyyətli və bir o qədər də romantik üzvüdür.

Ona dəlicəsinə aşiq olan Vecihi (Şənər Şən ) sevgisini hər fürsətdə nümayiş etdirməyə çəkinmir, lakin bu evliliyin baş tutması üçün Fikrətin atasını razı salmaq asan məsələ deyil.

Filmdə Fikrətin gülüş doğuran anları, ailənin daxili münasibətləri və sevgisinin səmimiliyi tamaşaçını həm əyləndirir, həm də kövrəldir.

# 531 dəfə oxunub

Oxşar xəbərlər

"Troya mənə görə dağılıb..." - Sevinc Mürvətqızının essesi

"Troya mənə görə dağılıb..." - Sevinc Mürvətqızının essesi

15:00 31 dekabr 2025
Dünyanın ən maraqlı Yeni il adətləri - Bolluğu və sevgini artırmaq üçün neyləmək lazımdır?

Dünyanın ən maraqlı Yeni il adətləri - Bolluğu və sevgini artırmaq üçün neyləmək lazımdır?

12:00 31 dekabr 2025
Erməni hakim hansı bəstəkarımıza 8 il iş kəsmişdi?

Erməni hakim hansı bəstəkarımıza 8 il iş kəsmişdi?

18:30 30 dekabr 2025
Stalinlə görüşən, Qorki ilə dostluq edən Nobel mükafatçısı

Stalinlə görüşən, Qorki ilə dostluq edən Nobel mükafatçısı

18:00 30 dekabr 2025
Hər kəs tarixi öz marağına uyğun yazır... - Məşhur Filippin yazıçısından aforizmlər

Hər kəs tarixi öz marağına uyğun yazır... - Məşhur Filippin yazıçısından aforizmlər

17:30 30 dekabr 2025
Milli Kitabxanada Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə  həsr olunmuş sərgi açılıb

Milli Kitabxanada Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş sərgi açılıb

16:50 30 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər