Oğlu olmadığına görə boşanan Cek London - O, niyə "naməlum valideynin uşağı” hesab olunurdu?

Oğlu olmadığına görə boşanan Cek London  - O,  niyə "naməlum valideynin uşağı” hesab olunurdu?
22 noyabr 2025
# 14:40

22 noyabr tanınmış amerikalı yazıçı Cek Londonun anım günüdür.

Kulis.az bu münasibətlə onun həyatı və yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.

Müasirlərinin dediyinə görə, Cek London günün 14 -15 saatını yazı üzərində işləməyə sərf edirmiş.




Sovet İttifaqında onun kitabları 956 dəfə nəşr edilmiş, ümumi tirajı isə 77 milyon nüsxəni keçmişdir.

***

“London” soyadı əsl soyadıdır. Yazıçının anası ikinci dəfə ərə gedəndə bu soyadını qəbul edərək uşağına da verib. Cek Londonun əsl adı Con Qriffit Çeynidir.

***

Yazıçının anası spiritualizmlə maraqlanırdı. O, özünü medium hesab edir və bir hindli başçısının ruhu ilə əlaqədə olduğunu iddia edirdi.




Cek London çox erkən yaşda işləməyə başlamışdı. Uşaq vaxtı qəzet satırdı.

Yeniyetməlik dövründə isə çoxlu peşə dəyişmişdi: satıcı, təmizlikçi, fəhlə, qazanxana işçisi, camaşırxanada ütüçü və hətta dənizçi işləmişdi.

***

14 yaşında o, pul yığıb 300 dollara qayıq almış və satmaq üçün krevet tuturdu. Bunun üçün lisenziyası olmadığına görə, dövrün qanunlarını pozmuş sayılırdı.

***

Məktəbdə oxuyarkən dərslərin çox yavaş keçdiyini düşünərək məktəbi tərk edib və universitetə özbaşına hazırlaşıb.

***

18 yaşında bir üsyanda iştirak etdiyinə görə həbs olunub və bir ay həbsdə qalıb.



Onun ilk dərc olunmuş əsəri “Yaponiya sahillərində tayfun” 16 yaşında çap edilmişdi. İlk qonorarını da bu oçerkə görə alıb.

***

Cek London uzun illər hərbi müxbir kimi çalışıb və bir neçə dəfə döyüş bölgələrində olub.

***

Bir dəfə qızıl ardınca Alyaskaya yollansa da, bu “qızıl hərisliyi” ona sərvət qazandırmamışdı.

***

Cek London dünya səyahətinə çıxmaq istədiyi gəminin çertyojlarını özü hazırlamışdı.

Lakin səhhətinə görə səfəri yarımçıq qoyub geri dönməyə məcbur olmuşdu.



Qrin və Yesenin kimi məşhur yazıçılar onun yaradıcılığını yüksək qiymətləndirirdilər, Lev Tolstoy isə Cek Londonun kitablarını şəxsi kitabxanasında saxlayırdı.

***

Cek London SSRİ-də Andersendən sonra ən çox nəşr olunan xarici yazıçı idi.

***

Varlandıqdan sonra o, ferma alıb fermerliklə məşğul olmaq istədi, lakin təsərrüfatda zərərə uğradı.

Onun yaradıcılıq karyerası cəmi 17 il davam etsə də, bu müddət ərzində o, təxminən 20 roman, 200-dən çox hekayə və 3 pyes yazıb.

"Canavar oğlu","Atalarının tanrısı", "Şaxtanın övladları", "İnsana inam", "Ayüzlü" "İtirilmiş sima", hekayələr toplusu, eləcə də "Martin İden", "Qarlar qızı", "Dəniz canavarı" kimi romanları yazıçıya dünya şöhrəti qazandırıb.






Cek Londonun anası hamiləlik dövründə az qala intihar edəcəkdi, çünki sevgilisi uşağı qəbul etməmiş və onu aborta məcbur etməyə çalışmışdı.

Gələcək yazıçının atası onu qəbul etməkdən imtina etdiyinə görə, o, rəsmi olaraq “naməlum valideynin uşağı” hesab olunurdu.

***

Yazıçı yalnız böyüklər üçün deyil, uşaqlar üçün də hekayələr yazırdı. O, geniş söz ehtiyatına baxmayaraq, onun kitabları çox sadə və anlaşılan üslubda yazılıb.





1900-cü ildə Cek universitetdən tanıdığı və faciəli şəkildə həlak olan dostunun dul həyat yoldaşı ilə evləndi. Cütlüyün münasibətlərini uğurlu adlandırmaq çətin olsa da, onların bu nikahdan iki qızı dünyaya gəldi.

Ailə tez dağıldı, çünki Cek daim oğul arzusunda idi. 1904-cü ildə boşandılar.

***
Yazıçı daha sonra Şarmen Kittredclə evləndi, o da Cek kimi macəra sevən bir insan idi. Lakin yazıçının bu intriqalı qadınla münasibəti heç kim tərəfindən yaxşı qarşılanmadı və dostlarının çoxu ondan üz döndərdi.

Bununla belə, cütlük buna görə çox narahat olmadı, Şarmen ərini çox sevirdi və onun xətrinə gəmi idarə etməyi və rinqdə tərəf müqabili olmaq üçün hətta boksu da öyrənmişdi.

Şarmenlə evləndikdən sonra yazıçının işləri düzəlməyə başladı. O, mətnlərini o dövr üçün çox böyük pullara satırdı.

Yaradıcılığı sayəsində Cek London tarixdə ilk milyonçu-yazıçıya və ABŞ-da ən yüksək qonorar alan müəllifə çevrilmişdi.


Onun haqqında qəzetlər tez-tez yazır, hər addımını on minlərlə oxucu izləyirdi. Lakin illər keçdikcə o, əvvəlki kimi mükəmməl hekayələr yarada bilmirdi.

Bir müddət sonra başqa müəlliflərdən ideyalar götürməyə, daha sonra isə yeni başlayan gənc yazıçılardan hekayələr satın almağa başladı...

***

Yazıçı ağrıkəsicilərdən həddindən artıq istifadə nəticəsində vəfat edib. Bunun təsadüf, yoxsa intihar olub-olmadığı hələ də mübahisəlidir.

***

Cek Londonun məzarında başdaşı əvəzinə sadə bir qaya parçası qoyulub.


# 1022 dəfə oxunub

Oxşar xəbərlər

"Ağıllı adam odur ki, bu beş günü məhəbbət ilə yola sala..."  - Lev Tolstoy Mirzə Cəlilin tərcüməsində

"Ağıllı adam odur ki, bu beş günü məhəbbət ilə yola sala..." - Lev Tolstoy Mirzə Cəlilin tərcüməsində

15:00 4 yanvar 2026
"Dava-dava" oyunu - Nodar Macaraşvilinin hekayəsi

"Dava-dava" oyunu - Nodar Macaraşvilinin hekayəsi

12:00 4 yanvar 2026
Könül atəşlidir, söndürmək gərək... - Əlişir Nəvainin "Fərhad və Şirin"indən bir hissə

Könül atəşlidir, söndürmək gərək... - Əlişir Nəvainin "Fərhad və Şirin"indən bir hissə

15:00 3 yanvar 2026
Qatilin kimliyi bilinmədi, müəllif  əlyazmanı yandırdı...  - Yarımçıq qalmış  ən maraqlı əsərlər

Qatilin kimliyi bilinmədi, müəllif əlyazmanı yandırdı... - Yarımçıq qalmış ən maraqlı əsərlər

12:00 3 yanvar 2026
Ən yaxşı 10 Yeni il kitabı - Siyahı

Ən yaxşı 10 Yeni il kitabı - Siyahı

15:00 2 yanvar 2026
Gəl, bir də bataq günaha, sonra tövbə edərik... - Cəlil Cavanşirin şeirləri

Gəl, bir də bataq günaha, sonra tövbə edərik... - Cəlil Cavanşirin şeirləri

12:00 2 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər