Bu ilin ədəbiyyat üzrə Nobel mükafatçısı Laslo Krasnahorkai kimdir? - DOSYE

Bu ilin ədəbiyyat üzrə Nobel mükafatçısı  Laslo Krasnahorkai kimdir? - DOSYE
9 oktyabr 2025
# 17:00

2025-cü il ədəbiyyat üzrə Nobel mükafatının qalibi macar yazıçı Laslo Krasnahorkai oldu.

Bəs Laslo Krasnahorkai kimdir və bu mükafata hansı əsərlərinə görə layiq görülüb?

Kulis.az yeni Nobel mükafatçısı, yazıçı Laslo Krasnahorkai haqqında məlumatları təqdim edir.

Krasnahorkai 1954-cü ildə sosial təminat üzrə ekspert Julia Palinkas və hüquqşünas Dyord Krasnahorkainin ailəsində anadan olub. 1973-1976-cı illərdə Yozef Attila Universitetində hüquq təhsili alıb. Universitet illərində "Qondolat Könivkiado" adlı nəşriyyatda çalışıb.

László Krasznahorkai | WWW.YAZARLAR.AZ

***

1985-ci ildə ilk romanı "Şeytan tanqosu" nəşr olundu. Kitabın uğuru sayəsində o, tez bir zamanda macar ədəbiyyatının ən mühüm nümayəndələrindən birinə çevrildi. 1987-ci ildə o, ilk dəfə kommunist rejimi tərəfindən idarə olunan ölkəsinin hüdudlarından kənara - Qərbi Berlinə səyahət etdi. Orada bir il qaldıqdan sonra bir müddət Qərbi Avropada, ilk növbədə, Fransa və İspaniyada yaşadı.

László Krasznahorkai – Seagull Books

***

Onun ikinci romanı "Müqavimətin kədəri" Almaniyada böyük uğur əldə edib. Müəllif "Bestenliste" mükafatını qazanıb. 1990-cı illərin əvvəllərində ilk dəfə Çin, Yaponiya və Monqolustanda olunan müəllif sonrakı əsərlərində Uzaq Şərq fəlsəfəsindən təsirlənib.

Sátántangó, de László Krasznahorkai

***

O, məşhur macar rejissor Bela Tarr ilə çox yaxın dostdur. Krasnahorkai rejissorun demək olar ki, bütün filmlərinin ssenarilərini yazıb. 1988-ci ildə "İttiham" filmi ilə başlayan bu əməkdaşlıq 2011-ci ildə "Turin atı" filminə qədər davam edib.

Obra de László Krasznahorkai filmada por Béla Tarr ganha, afinal, uma  tradução no Brasil - Estadão

***

Ən məşhur əsərləri bunlardır:

"Şeytan tanqosu"

"Müqavimətin kədəri"

Müharibə və müharibə

"Seyobo buradan keçdi"

"Baron Venkxaym evə qayıdır"

“Hersht – 07769"

Turin atı

***

Krasznahorkai, precarietà dei punti fermi | il manifesto

Görkəmli rejissor Bela Tarr yazıçının "Turin atı" romanı əsasında eyniadlı film çəkib.

# 3915 dəfə oxunub

Oxşar xəbərlər

Qız məktəbi  açmaq üçün imperatora ağız açan mesenat - Ömər Faiq Nemanzadə onun haqqında nə yazırdı?

Qız məktəbi açmaq üçün imperatora ağız açan mesenat - Ömər Faiq Nemanzadə onun haqqında nə yazırdı?

10:00 1 sentyabr 2026
Kürdəxanıdakı Soltan Əli məscidinin bərpası planlaşdırılır

Kürdəxanıdakı Soltan Əli məscidinin bərpası planlaşdırılır

13:10 31 avqust 2026
Tehranla ilk rəsmi əlaqə quran cümhuriyyətçi diplomat -  Cavad xanın Nargində güllələnən nəticəsi kim idi?

Tehranla ilk rəsmi əlaqə quran cümhuriyyətçi diplomat - Cavad xanın Nargində güllələnən nəticəsi kim idi?

15:00 27 avqust 2026
Seyid Cəfər Pi­şə­və­rinin müəmmalı ölümü... - Qərb mətbuatı onun haqqında nə yazırdı?

Seyid Cəfər Pi­şə­və­rinin müəmmalı ölümü... - Qərb mətbuatı onun haqqında nə yazırdı?

12:00 26 avqust 2026
Azərbaycan və Özbəkistanın ortaq intellektual-mədəni körpüsü: Yusif Qarabaği

Azərbaycan və Özbəkistanın ortaq intellektual-mədəni körpüsü: Yusif Qarabaği

13:00 24 avqust 2026
Səfəvilər, milli kimlik və tarixə qeyri-profan yanaşma haqqında - Elvüsal Məmmədov

Səfəvilər, milli kimlik və tarixə qeyri-profan yanaşma haqqında - Elvüsal Məmmədov

10:00 21 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər