Müharibəyə səbəb olan milçəköldürən

Müharibəyə səbəb olan milçəköldürən
1 sentyabr 2019
# 21:00

Kulis.az borc haqda maraqlı faktları təqdim edir.

Qədim Yunanıstanda borc verən gedib borc götürənin torpağında xüsusi lövhə qoyurdu. Bu lövhə ipoteka adlanırdı. İpotekanın mənası bu idi ki, borclu vaxtında pulu qaytara bilməsəydi, torpaq kreditorun adına keçirdi.

1827-ci ildə Əlcəzair hökmdarı fransız səfiri borcunu ödəmədiyinə görə milçəköldürənlə vurmuşdu. Bu hadisə 3 il sonra Fransanın Əlcəzairi işğal etməsinə bəhanə olmuşdu.

Hindu qəbiləsindəki bir adətə görə, borc götürən girov əvəzinə öz adını qoyur. Borc ödənənəcən qəbilədəkilər həmin ona jestlərlə və anlaşılmazla səslərlə müraciət edirlər. Yəni adını çağırmırlar.

Çörçill deyirdi: “Dövlətini reputasiyasını borc götürə bildiyi məbləğ müəyyən edir”.

Orta əsrlərdə Roma papaları faizə borc verməyi qadağan edirdilər. İnsanların maddi durumundan istifadə edib varlanmaq qorxunc günah hesab edilirdi. Buna görə 1179-cu ildə III Aleksandr sələmçiləri islaholunmaz günahkarlar elan etmişdi. Belələri hətta öləndə də müqəddəs yerlərdə deyil, kənarda dəfn edilirdi.

Orta əsrlərdə İngiltərədə bir qanun var idi ki, borca görə həbs qərarı çıxarılmış adamı evində həbs etmək olmazdı. Onu həbs etmək üçün evdən çölə çıxmağını gözləmək lazım idi.

Orta əsrlər fransız komediyasında varlı adam ondan qoyun oğurlamış çobanı məhkəməyə verir. Məhkəmə zamanı varlı adam çobanı unudaraq onun vəkilini danlamağa başlayır. Sən demə vəkil də ona borclu imiş. Hakim mübahisəni kəsərək deyir: “Qayıdaq bizim qoyunlara”.

Rusiyada qədim vaxtlara bir adət mövcud idi: borclu borcu qaytara bilməyəndə ona izdihamın içində işgəncə verirdilər ki, başqaları dərs götürsün.

Borclularla rəftarın ən sərt üsulunu öz "İlahi komediya”sında Dante göstərib. Əsərdə, onlar üçün cəhənnəmdə ayrıca yer ayırıb.

Bir çox ölkələrdə borclar irsən alınır.

# 7382 dəfə oxunub

Oxşar xəbərlər

Atatürkün axtardığı batmış qitə: Kritdən Muya gedən yol

Atatürkün axtardığı batmış qitə: Kritdən Muya gedən yol

15:00 19 oktyabr 2026
Almaniyada 7000 il əvvəl  dəfn edilmiş insanın qeyri-adi skeleti  tapıldı

Almaniyada 7000 il əvvəl dəfn edilmiş insanın qeyri-adi skeleti tapıldı

18:40 16 oktyabr 2026
Misir qədim mumiyaların  üzərindəki portretləri ilk dəfə xarici sərgiyə göndərir

Misir qədim mumiyaların üzərindəki portretləri ilk dəfə xarici sərgiyə göndərir

17:00 16 oktyabr 2026
Qobi səhrasında dinozavr yumurtalarını xatırladan muzey – Memarlıq möcüzəsi

Qobi səhrasında dinozavr yumurtalarını xatırladan muzey – Memarlıq möcüzəsi

15:00 16 oktyabr 2026
Acın ova, toxun Allaha getdiyi yer... - Qobustanla Göbəklitəpəni hansı sirr birləşdirir?

Acın ova, toxun Allaha getdiyi yer... - Qobustanla Göbəklitəpəni hansı sirr birləşdirir?

14:00 11 oktyabr 2026
Qazaxıstanın qayaya oyulmuş sirli məscidləri UNESCO siyahısında: Manqıstau möcüzəsi

Qazaxıstanın qayaya oyulmuş sirli məscidləri UNESCO siyahısında: Manqıstau möcüzəsi

16:00 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər