Nə Nura Suri və onun Almaxanımı, nə də Mədəniyyət Nazirliyi... - Açıqlama

Nə Nura Suri və onun Almaxanımı, nə də Mədəniyyət Nazirliyi... - Açıqlama
18 noyabr 2025
# 18:36

Müğənni Nura Suri kulis.az saytının 18 noyabr 2025 tarixində Rəna Nevzata məxsus “Müğənni, yoxsa feysbuk fenomeni – Nura Suri nazirliyi niyə indi ittiham edir?” adlı müəllif yazısındakı fikirlərə etirazını bildirib.

Müğənni qeyd edib:

"Həmin məqalədə mənim sənət fəaliyyətim, illərdir davam edən əmək yollarım və Mədəniyyət Nazirliyi ilə bağlı söylədiyim fikirlərlə əlaqəli məlumatların təqdim olunma forması obyektivlik, dəqiqlik və peşə etikası baxımından ciddi suallar yaradır.

Məqalədə “feysbuk fenomeni”, “janrı bilinmir”, “musiqi fəaliyyəti haqqında cümlə qurmaq çətindir”, “PR üçün münaqişələr yaradır” kimi ifadələrin işlədilməsi faktlara yox, şəxsi qənaət və yaxud sifarişli təqdimata əsaslanır və birbaşa olaraq mənim şərəf, ləyaqət və iş nüfuzuma xələl gətirir.

Halbuki, mən 2002-ci ildən bu günə qədər yüzlərlə dövlət tədbirində, konsert proqramında, ölkənin bütün bölgələrində və Bakı şəhərində böyük səhnələrdə, ən müxtəlif dövlət qurumlarının rəsmi tədbirlərində peşəkar, məsuliyyətli və təmənnasız çıxış etmişəm.

Bundan əlavə, 2006–2023-cü illər ərzində Lider, ANS, ATV və Space telekanallarında aparıcı kimi fəaliyyət göstərmiş, eyni zamanda müxtəlif media layihələrində, tədbirlərdə və sosial layihələrdə iştirak etmişəm.

Bu qədər geniş və sənədlərlə təsdiqlənən fəaliyyət fonunda məqalədə təqdim edilən aşağılayıcı təsvirlər obyektiv media standartlarına uyğun deyil".

Nura Suri onu da qeyd edib ki, bir müddət öncə Kulis.az-dan bir jurnalist onunla əlaqə saxlayaraq Mədəniyyət Nazirliyi ilə bağlı fikirlərini öyrənib:

"Mən suallara açıq şəkildə cavab verdim. Lakin sonradan yayımlanan yazıda dediklərim kontekstdən çıxarılıb, əlavə interpretasiya olunub, jurnalistin şəxsi münasibəti mənim sitatlarım kimi təqdim edilib".

Nura Suri hesab edib ki, məqalə onun nazirliklə bağlı (Mədəniyyət Nazirliyini nəzərdə tutur-red) tənqidlərini gözdən salmaq, şəxsini kiçiltmək və imicini zədələmək məqsədi daşıyır.

Kulis.az-ın qeydi:

Əvvəla, onu bildirək ki, Nura Suri sosial medianın aktiv istifadəçisidir. O, doğrudan da son illərdə aktiv ictimai mövqeyi ilə sənətçi mövqeyindən daha çox gündəmə gəlib. Aktiv ictimai mövqeyi barədə fikirlər heç bir halda sənətçinin və ya müğənninin imicinə zərbə vura bilməz.

İkincisi, kulis.az bu günlərdə açıqlama üçün Nura Suriyə müraciət etməyib. Belə açıqlama olmadığı üçün fikirlərinin təhrif olunmasından da söhbət gedə bilməz.

Üçüncüsü, sözügedən yazı yalnız bir müəllif yazısıdır. Nura xanıma niyə elə gəlir ki, bütün ölkə onun fəaliyyətini təqdir, təbliğ və təşviq etməlidir?

Özünün də sosial şəbəkələrdə yazdığı kimi, bundan əvvəl dəfələrlə Nura xanımın statuslarına, qaldırdığı məsələlərə kulis.az-da yer verilib. Bundan sonra da belə olacaq.

Nura xanımın fikirlərinə yer verildiyi kimi, başqalarının da fikirlərinə yer verilir və veriləcək. Bu fikirlər arasında Nura xanımın bəyənmədikləri də olacaq.

O ki qaldı Nura Suri və onun bugünkü "cəbhə yoldaşı" Almaxanım Əhmədlinin "kulis sifarişli yazı yazır" iddialarına, bunlar artıq iddiadan daha çox ittihamdır və hüquqi məsuliyyət yaradır.

Xüsusilə, Almaxanım Əhmədlinin qeyri-etik, bütün çərçivələri aşan şərhləri onun üçün hüquqi məsuliyyət yaradır. Sosial şəbəkə Almaxanımın ağzına gələni yazıb, insanları pul almaqda ittiham etdiyi nəzarətsiz məkan deyil.

Kulis.az-la bağlı nə Nura Suri və onun Almaxanımı, nə də Mədəniyyət Nazirliyi "sifariş icra edir" ifadəsini səsləndirə bilməz. Çünki biz bu tərəflərin hər ikisindən eyni məsafədəyik.

Ölkənin ən böyük mədəniyyət və ədəbiyyat portalı olan kulis.az bu günə qədər Mədəniyyət Nazirliyinin heç bir layihəsinə dəvət olunmayıb, tədbirlərinin iştirakçısı deyil. Yəni Mədəniyyət Nazirliyindəkilərin kulis.az-a münasibəti Nura Suriyə münasibətdən çox da fərqli olmayıb.

Eynilə də Nura Suri və ya Almaxanım heç vaxt kulis.az üçün hansısa sifariş və ya təmənna mənbəyi olmayıb.

Biz bu tərəflərin hər ikisindən eyni məsafədəyik, qalmaqalı da yalnız xəbər marağı ilə işıqlandırırıq.

Təəssüf ki, bugünkü sosial media reallığı bir az bərk qışqıranın daha haqlı olması təəssüratını yaradır. Amma bu, hamı üçün keçərli deyil.

Peşəkarlar qışqırmır. Peşəkarlar susur, işləri danışır...

# 1017 dəfə oxunub

Oxşar xəbərlər

Cəfər Cabbarlının büstü restavrasiya ediləcək

Cəfər Cabbarlının büstü restavrasiya ediləcək

18:43 18 noyabr 2025
"Bir insanı sevməklə başlayır hər şey..." - "Türkiyənin Çexovu"  adlandırılan yazıçı kim idi?

"Bir insanı sevməklə başlayır hər şey..." - "Türkiyənin Çexovu" adlandırılan yazıçı kim idi?

16:55 18 noyabr 2025
"Subay kişilər “ekoarvad”la “mükafatlandırılmazdan” əvvəl ..." - “Damazlıq qızın əhvalatı” necə yazıldı?

"Subay kişilər “ekoarvad”la “mükafatlandırılmazdan” əvvəl ..." - “Damazlıq qızın əhvalatı” necə yazıldı?

16:00 18 noyabr 2025
Şəhriyarla münasibətləri pozulmuş Azərbaycan şairi - ARAŞDIRMA

Şəhriyarla münasibətləri pozulmuş Azərbaycan şairi - ARAŞDIRMA

14:57 18 noyabr 2025
Yadigar Muradov dəfn olundu

Yadigar Muradov dəfn olundu

13:49 18 noyabr 2025
"Şərh yazmasanız, bağrınız yarılar..." - Sosial şəbəkələrdə yatıb - duranlar

"Şərh yazmasanız, bağrınız yarılar..." - Sosial şəbəkələrdə yatıb - duranlar

13:15 18 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər