Özbəkistan Dövlət Gənc Tamaşaçılar Teatrı Bakıda çıxış etdi

Özbəkistan Dövlət Gənc Tamaşaçılar Teatrı Bakıda çıxış etdi
18 noyabr 2025
# 14:05

Noyabrın 18-də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Özbəkistan Gənc Tamaşaçılar Teatrının hazırladığı “Муха-Цокотуха” adlı musiqili tamaşası nümayiş olunub.

Kulis.az xəbər verir ki, hər iki teatr arasında mədəni əməkdaşlıq haqqında imzalanmış ikitərəfli memoranduma əsasən nümayiş olunan tamaşanın quruluşçu rejissoru Əməkdar artist Malika İskandarova, quruluşçu rəssam Yevgeniya Biserova, bəstəkar Baxodir Zokirovdur.

Tamaşadan əvvəl rejissor, Əməkdar artist Nicat Kazımov çıxış edərək Özbəkistan teatrının yaradıcı heyətini və tamaşaçıları salamlayıb. Daha sonra Özbəkistan Gənc Tamaşaçılar Teatrının baş rejissoru və tamaşanın quruluşçu rejissoru Malika İskandarova səhnəyə dəvət olunub. O, bu kimi qarşılıqlı əməkdaşlığın yaradıcılıq və mədəniyyət müstəvisində müsbət tövələr verəcəyini qeyd edib.

Daha sonra uşaqların böyük marağına və sevincinə səbəb olan tamaşa təqdim olunub.

Korney İvanoviç Çukovskinin nağılı əsasında hazırlanan eyniadlı səhnə əsərində Fayzulla Askarov, Abdullax İsmoilov, Şaxnoza Sultanova, Şerzod Axmedov, Feruza Atakuziyeva, Firuz Xudayberdiev, Uluqbek Rustamov, Nargiz Rustamova, Dilnavoz İsmatullaeva, Dilnavoz Axmedova iştirak edirlər.

# 533 dəfə oxunub

Oxşar xəbərlər

Kukla Teatrında yeni tamaşa: "Dovşanın ad günü"

Kukla Teatrında yeni tamaşa: "Dovşanın ad günü"

15:12 4 dekabr 2025
Sumqayıt Teatrında yeni tamaşa: "Varlı ev"

Sumqayıt Teatrında yeni tamaşa: "Varlı ev"

12:01 4 dekabr 2025
Musiqili Teatrda Rumıniya folklor gecəsi  keçirildi

Musiqili Teatrda Rumıniya folklor gecəsi keçirildi

13:00 3 dekabr 2025
Premyera: “Mən – Dədə Qorqud: 1-ci epizod. Başlanğıc”

Premyera: “Mən – Dədə Qorqud: 1-ci epizod. Başlanğıc”

12:40 3 dekabr 2025
“Regionlarda peşəkar teatr dərsləri”  layihəsi davam edir

“Regionlarda peşəkar teatr dərsləri” layihəsi davam edir

16:09 1 dekabr 2025
Amaliya Pənahova “Xurşidbanu Natəvan”la yad edildi

Amaliya Pənahova “Xurşidbanu Natəvan”la yad edildi

16:03 27 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər