Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

Rüstəm Dastanoğlu

Rüstəm Dastanoğlu

4 fevral 2023
# 12:00

Kulis.az Rüstəm Dastanoğlunun “Tənhalıq həsrəti” hekayəsini tənqidçi Əsəd Cahangirin önsözü ilə təqdim edir.

Hörmətli “Kulis.az” saytı!

Sizə “Tənhalıq həsrəti” hekayəsini təqdim elədiyim istedadlı nasir Rüstəm Dastanoğlu vətənimizin sazlısözlü, dilbər guşələrindən olan Göyçədə doğulub və böyüyüb, ötən yüzilin 80lərindən çap olunmağa başlayıb. Yazıçı sonralar ədəbi prosesdən bəlli bir dönəm uzaq düşsə də, ədəbiyyat bu yazıçının həmişə öz içində olub. Digər tərəfdən, Füzuli, Aşıq Ələsgər, Şəhriyar, Ramiz Rövşən kimi görkəmli söz ustaları ilə dərin mənəvi bağlılıq onu vaxtaşırı özünəsözünə qaytarıb. Yazıçının 2022-ci ildə “Qanun” nəşriyyatında yayınlanan “Düşüncələrimin kölgəsi” toplusu bu qayıdışın kitab şəklində ilk ifadəsidir.

Dastanoğlunun kitaba daxil olan əksər hekayə, məqalə, esse, səfərnamə və digər janrlardakı yazıları kimi, sizə təqdim elədiyim “Tənhalıq həsrəti” hekayəsi də insanın özünüdərki, özünə (ruhuna!) qayıdışı probleminə həsr olunub. Bu gün istər fərdi, istər milli, istərsə də bəşəri anlamda özümüzə qayıtmaq və bunun üçün özümüzü dərk etmək ən aktual, həlli vacib məsələlərdən biri, bəlkə də birincisidir. Gələcəyimiz bu problemi necə çözəcəyimizdən asılıdır! Ümid edirəm ki, modern üslubda yazılmasına baxmayaraq, canlı xalq dilimizi özündə yaşadan hekayə “Kulis.az” saytının dəyərli oxucularının marağına səbəb olacaq.

Dərin sayğılarla

Əsəd Cahangir

TƏNHALIQ HƏSRƏTİ

Üç qardaşın: dədəm Dastanın, əmilərim Abdulla və
Qəhrəmanın əziz xatirəsinə


Bu bina lap Nuh əyyamından qalma idi. Al lah bilir, suvağı tökülmüş, bomboz bozarmış daşlardan qalın divarları olan bina nə vaxt, niyə, kim tərəfindən tikilmişdi? Və bu binanın qalın divarlarını vaxtilə kimlərin nəfəsi isitmişdi?

Bütün bunlardan onun xəbəri yox idi və bu haqda heç vaxt fikirləşməmişdi. Fikirləşmək üçün, bir şeyi çözələmək üçün asudə beyin, bütöv iç, bir də asudə beyinlə bütöv için arasında əlaqə lazım idi. O da onun qismətinə düşməmişdi, düşmüşdüsə də, ömür yolunda o asudəliyə, bütövlüyə, onların arasındakı əlaqə xəttinə qurd düşmüşdü və qurd AllahTəalanın beyinə qoydu ğu asudəliyi, içdə qurduğu bütövlüyu, onların arasında calaşdırdığı xətti dağıdıb yox eləmişdi.

...Sonralar Nuh əyyamından qalma bu binanın için də hərbi hazırlıq dərsi keçmək üçün, arakəsmələrlə balacabalaca, kameralara oxşar siniflər düzəltmişdilər. Və bu kameralara oxşar bapbalaca siniflərin hərəsinin payına bir bapbalaca ayna düşmüşdü. Aynaların sahə sini də şüşədən çox ikiqat çərçivənin saysızhesabsız ağacları tuturdu. Siniflər qaranlıq olduğundan bütün günü işıq yanırdı. Bu balaca siniflərə iyirmi beşotuz oğlan doluşurdu. Sinfin havası ağır və bürkülü olurdu. Mühazirə oxuyan zabitin dediklərindən biriki cüm lə yazmamış yuxu, əlində siyirməqılınc başının üstü nü kəsdirirdi. Lap belə ömrün boyu yataydın və səni təzəcə yuxudan oyadıb, gətirib həmin sinifdə oturday dılar, xeyri yox idi: yuxu ağır daş kimi kirpiklərindən açılıb, gözlərini yumurdu. Bir də, nə gizlədəydi, hərbi dərs onun üçün tamam maraqsız idi. Zabitlərin oxu duqları mühazirələrə qulaq asa bilmirdi.

Bu elə bap balaca vaxtından, deyəsən onun qanına hopmuşdu. Nədənsə, uşaq çağlarında da, yaşıdlarına qoşulub heç vaxt “tüfəngtüfəng” oynamazdı. Hava bürkülü, ağır ola, danışılan söhbət də sənin üçün tamam maraqsız, həm də tərpənmədən bir yerdə oturasan. Belə bir və ziyyətdə dəmir iradə lazım idi ki, yaxanı yuxunun əlin dən qurtara biləsən. O iradə də ki, neyniyəydi, onda yox idi. Çəkilirdi arxa partaya, dirsəklənib alnını alırdı əlinin içinə, başını dəftərin üstünə əyirdi, o biri əlində də qələm, guya mühazirəni yazırdı. Zabit mühazirəni yazmamağından duyuq düşəndə Vadim (dostuydular, həmişə bir yerdə otururdular) yavaşca ona toxunurdu, o da əlini alnından götürmədən ayılıb ağ vərəqi o biri üzünə çevirirdi, guya bu səhifəni indicə doldurdu, indi də təzə səhifəyə keçdi. Başlayırdı biriki sətir zabitin dediklərindən qaralamağa.

Yoldaş podpolkovnik yenə mühazirə oxuyurdu; lövhədə formullar yazırdı, pozurdu, divardan asılmış sxemlərdə əlindəki çubuqla nə isə göstərirdi. O isə nə zabitin dediklərini eşidirdi, nə də onun yazdıqlarını, göstərdiklərini görürdü. Fikrizikri hardasa bütünlüklə dünən axşam baxdığı “Amadey” filminin yanında idi. Film onu tutub başqa dünyaya aparmışdı. Nədənsə, insanın ayıq başla bu cür şeylər yaratmasına inana bil mirdi. Beyni bərk məşğul olduğundan yuxu “yazıq” da hürküb ondan uzaqlarda fırlanırdı, ona yaxın düşə bilmirdi. Qələmi də yalandan dəftərin üstündə o tərəf bu tərəfə gəzdirirdi ki, mühazirəni yazmamağından yoldaş podpolkovnik duyuq düşməsin. Yavaşyavaş anlayırdı ki, filmdə bəzi şeyləri başa düşməyib. Filmə bir də baxmaq könlündən keçdi. Sol tərəfə əyildi, Va dimdən soruşmaq istədi ki, “Amadey” filmi daha hansı kinoteatrda gedir? Yoldaş podpolkovnik əyildiyini gör dü. Heç nə demədən tərstərs ona baxdı və o, fikrindən daşındı, yalandan əyilib partanın altına baxdı, guya Vadimə söz demək üçün yox, partanın altına baxmaq üçün əyildi.

- Bıy?! Xeyir ola, bu kimindi: Vadimin? Yox! Ola bil miz? Vadimin tökülüb itən, dovşan dərisindən olan pa pağını tezdən bir yerdə asılqana vermişdilər.

Qabaqda, böyürlərində oturanları gözaltı nəzərdən keçirdi, heç birinin ola bilməzdi, bir də onların olsaydı, papaqları öz partalarının altında olardı.
Onlardan əvvəl bu sinifdə dərs keçən vzvodun uşaqlarından kiminsə, yəqin yadından çıxıb qalmışdı. Papağı yavaşca partanın dərinliyinə itələdi ki, görən ol masın.

- Bunların qiyməti neçəyə olur? – Bu saat kim satırdı bu papaqdan?.. Hə, yadına düşdü. Saşa, qırmızı dip lomlu alverçi Saşa.
Saşa doğrudan da, onların institutunu qırmızı dip lomla bitirmişdi, Elmi Tədqiqat İnstitutunda elmi işçi işləyirdi. Əlbəttə, onun alver üzrə qırmızı yox, heç göy diplomu da yox idi, amma kişi alverin sirlərini elmin sirlərindən heç də pis bilmirdi. Niyə də bilməyəydi? Elmlə məşğul olmasına ayda 110 manat verirdilərsə, alverlə o pulu ikiüç günə çıxardırdı. Gərək ki, həmin Saşa bu papaqlardan birini 250dən.

– Student Aslanov!
– Ya! – deyə tez yerindən sıçrayıb “farağat” vəziy yətində durdu.
– Pocemu leksiyu ne pişite? (Qələmi dəftərin üstün də gəzdirmək yadından çıxmışdı).
– Tovariş podpolkovnik çernila konçilas, – deyə mı zıldanamızıldana podpolkovnikin gözlərinin içinə ya lan danışdı və tez də başını aşağı saldı ki, podpolkov nik yalan danışdığını gözlərindən, sirsifətindən oxuya bilməsin. Podpolkovnik heç nə demədi, əlinə bulaşmış təbaşir tozunu lövhənin kənarından asılmış dəsmala sildi, qol cibindən qələmini çıxardıb ona verdi. – Na, pişi! İ ne spi, Aslanov! – dedi.

– Yes! – deyib oturdu və təzə səhifədən podpolkov nikin dediklərini yazmağa başladı.

“TZM – prednaznaçena dlya razqruzki pereqruzki raket.” Daha bir neçə cümlə yazdı, dayandı. Zabitə qu laq asa bilmirdi. Fikri papağın yanında idi.
Saşa bu papağı 250300ə verirdi. Artığı lazım de yil, götürək, elə iki yüz manat. Bu pul Vadimlə qış tətili üçün Lvova istirahətimizə bəs eləyər.

- Bay, haram olsun sənin kimi oğula. Nə qədər alçaq adamam, ə, mən, heç gör deyirəmmi ki, papağı çıxarıb göstərim ki, bu kimin papağıdı? Yadından çıxıb burda – partanın altında qalıb. Tutaq ki, mənim papağım yad dan çıxıb bir yerdə qalaydı, qaçaqaça qayıdıb gələy dim ki, papaq yerində yoxdu, nə edərdim?..

Söyüb ba tırmazdımmı, o papağı götürəni, o alçağa qarşı məndə hansı hisslər yaranardı? Götürmək nədi, qoy, iyirmi dəqiqədən sonra zəng vurulsun, yiyəsini tapıb papağı verəcəm özünə.

Papaq məsələsini həll edəndən sonra qələmi dəftə rin üstündə gəzdirəgəzdirə, yenə Formanın filmi haqqında fikirləşməyə başladı. Film haqqında fikir ləşəfikirləşə onu da hiss edirdi ki, bu film hamıdan gizli, ürəyinin dərinliyində saxladığı rejissorluq həvəsini üzə çıxarıb. Hətta artıq “çəkdiyi” kadrların bəziləri gözlərinin qabağından keçirdi. Kino texnikasından xə bərsizətərsiz, əməllibaşlı film çəkirdi.

***

...Ətrafda nə qədər canlı var idisə, hamısı bir gün lük ömürlərini üstlərindən keçirib, üz tutmuşdular gec dənnən hardan çıxmışdılarsa, ora tərəf: malqoyun qa rınlarını doydurub, təpənin döşü ilə örüşdən qayıdırdı, qazlar, ördəklər qağıldaşaqağıldaşa çaydan çıxıb, yan larını basabasa yiyələrinin qapısına tərəf gedirdilər, yerdə börböcək, qarışqalar, göydə quşlar təktək gözə dəyirdilər; hamısı yuvalarına çəkilməkdə idilər.

Oğlanla anası da Çınqılın dibindəki tütün şitillərini suvarıb əllərində bel, Ağdaşın altı deyilən təpənin ətəyi ilə tezdən çıxdıqları evlərinə qayıdırdılar.
Oğlana elə gəlirdi ki, təkcə bütün gün ərzində hiss olunmadan gəlib kənddən xeyli aralı sıralanmış dağların üstünə çıxmış günəş dağların arxasında onu gözləyən qan rəngli gölün ağuşuna girməyə tələsmir: dağların üstündən asılıb, öz yuvalarına çəkilməkdə olan canlılara həsrətlə tamaşa eləyirdi, çünki günəş də bütün canlılar kimi, tezdən hansı yuvadan çıxmışdısa, o tərəfə dönmək istəyirdi, onu qoynuna çəkən qanlı gö lün qanına bələnmək istəmirdi.

...Anası beli çiynində aparırdı, oğlan isə, belin sa pından yapışıb arxasınca sürüyürdü. Anası bir az irə lidə, oğlan isə, onun böyrü ilə gedirdi. Heç biri dinib danışmırdı. Onların ətəyi ilə getdikləri təpənin kölgəsi uzanıb, özündən beşaltı dəfə uzun olmuşdu; təpədən xeyli aralıda axan çayı keçmişdi, üz tutmuşdu çayın o biri üzündə cərgə ilə düzülmüş evlərin həyətinə sarı. Evlərin aynabəndinin, pəncərələrinin şüşələrində işıq lar oynaşırdı. Kölgə can atırdı ki, o işıqları söndürsün və hər yeri öz kölgəsi altına alsın.

... Oğlan indi də gözlərini günəşdən, dağdandərə dən yığışdırıb, anasının yol çəkən, hərdən səyriyən gözlərinə, illərin sifətində açdığı cizgilərə zilləmişdi. Anasına tamaşa eləyəeləyə birdən özözünə kəşf etdi ki, insanların özləri kimi, danışıqları, oturubdurmaq ları kimi, susmaqları da cürbəcür olurmuş: adam var susanda darıxırsan, ona ürəyində acıyırsan, istəyirsən ki, bir şey danışsın, desin, gülsün. Dinibdanışmayan da fikirləşirsən ki, bu nə qədər əfəl, bivec, heç nəyə ya rımayan adamdı. Bir başqası susanda özün bilmirsən neyniyəsən, bilmirsən, böyürlərindən sallanan əllərini hara dürtəsən, ayaqlarını necə qoyasan, nə haqda, necə danışasan? Birində özündən zəhlən gedir, o birində su sandan.
Anasının susması isə bunların heç birinə oxşamırdı. O, anasının böyrüncə gedəgedə nə darıxmırdı ki, anası niyə dinibdanışmır, nə də əli, ayağı, özlərinə yer ax

tarmırdılar. Yol çəkən, səyriyən gözlər, illərin sifətində açdığı cizgilər, oğlanın içini “burub” işə salmışdı. Oğ lanın içi, beyni qurulu saat kimi işləyirdi. Təbiət öz dil siz varlığı ilə adamı necə danışdırırdısa, anası da indi öz susmağı ilə oğlunu həmin dildə danışdırırdı. Oğlan fikirləşirdi ki, Allah bilir, anamın indi səyriyən gözləri nin qabağında, dayaz çayın içi ilə ayaqyalın ağzı yuxarı, ağzı aşağı, suyu sıçradasıçrada arıq, çəlimsiz qız uşa ğımı qaçır (anasının danışığından oğlanın beynində anasının uşaqlığı belə qalmışdı və elə bil suyun içi ilə qaçan o qız uşağını nə vaxtsa, onun özü də görmüşdü), çoxdan dünyalarını dəyişmiş ataanasınımı xatırlayır, uşaqlarına toymu çaldırır?

Anası danışsaydı, oğlanın fikirləşdiyi şeylərdən biri haqqında danışa bilərdi, susmağı ilə isə oğluna yüz şeyi danışdırırdı.

Birdən anası addımlarının ahəngini pozmadan, sifətində dəyişiklik etmədən, gözlərini yoldan yığışdır madan, oğluna tərəf baxmadan, beynindəki fikrin da vamı kimi, dilləndi ki, bu təpəni şahid çəkib sənə bir şey tapşırıram, çalış ona əməl et. Harda olsan, yadın dan çıxmasın: Xeyransa xalan öləndən sonra, həmişə ona Quran oxutdur. Xeyransa sonsuzdu, dünyadan iz siz gedəcək.

Hələ dünyasını dəyişməmiş Xeyransa xalası haq qında deyilən bu sözlər, oğlanın içini göyürgöyür göy nətdi və bu göynərtini canından çıxartmaq üçün o, nə dənsə başını göyə qaldırıb it kimi ulamaq istədi. Başını yuxarı qaldırdı, amma ulaya bilmədi. İçinin göynərtisi vurub bəbəyini yandırayandıra gözlərini yaşla doldur du, ayağının altını görmədi, səndirlədi, gözlərini yu mub açdı. Gözünün içinə yayılmış yaş yığılıb yanağına süzüldü.
Sonrakı sözləri elə bil qeybdən eşidirdi.

... AllahTəalanın işindən də baş açmaq olmur. O bədbəxt görən, neyniyəcəkdi başdanayağa əclaflarla dolu olan bu boyda dünyaya, heç olmasa, özü kimi bir mayıf uşaq gətirməklə? Dünyanın gedişimi dəyişəcək di?... Xeyransanın özünü belə yaradajaydısa, neynirdi yaradıf? Bizə göz dağımı eləmək istəyirdi?

...Anası bayaqdan, anadangəlmə topal olan, qıvrı laqıvrıla, min bir əziyyətlə yeriyən, dünyaya qız gəlib, qız qarıyan, özündən böyük bacısı Xeyransa haqqında fikirləşirmiş. Yol çəkən, səyriyən gözlərinin qabağında nə balaca qız uşağı qaçırmış, nə də oğlunaqızına toy çaldırırmış.

...Oğlana birdən gün kimi o da aydın oldu ki, öz susmağı ilə adama yüz şey danışdıran, darıxmağa qoy mayan gözlərin, sifətin yiyəsi ancaq belə şeylər haqqın da fikirləşə bilər.
...Kölgə artıq uzanıb şüşələrdə oynaşan işıqları sön dürmüşdü, onların varlıqlarından əsərəlamət qoyma mışdı. Və göz işlədikcə hər tərəfi Kölgə öz kölgəsi altına almışdı: günəş kəndin kənarında sıralanmış dağların arxasındakı qan gölünə düşürdü.

...Kölgəsi hər yanı basmış təpənin ətəyi ilə, oğlan anasıyla tütün suvarmaqdan qayıdırdı. Nə oğlan danı şırdı, nə anası. Anası beli çiynində aparırdı. Yol çəkən gözləri də yuvasından dikəlib daha teztez səyriyirdi, elə bil onu harasa, heç kimin görmədiyi, bilmədiyi, tək cə o bir cüt gözə bəyan olan sehirli bir aləmə tərəf çəkib aparırdı. Anası yüngül addımlarla, nəfəsini belə dər mədən onu sehirli aləmə tərəf çəkib aparan bu bir cüt gözün dalınca gedirdi...
Oğlan isə belin sapından yapışıb dalınca sürüyür dü. Və elə bil oğlan beli sürümürdü, bel onu arxadan itələyəitələyə anasının ardınca aparırdı...

***

Zəng vuruldu. “Stop” – deyə filmin çəkilişini sax ladı, özözünə gülümsədi. Fikirləşdi ki, görəsən bu yanğını ürəksiz, hissiz dəmirdümürlə də lentə köçü rüb dilləndirmək olarmı? Çiyinlərini çəkdi. İstədi aya ğa dursun, dəhlizə çıxsın. Papaq yadına düşdü, əlini partanın altına salıb, papağın yumşaq tükləri üstündə gəzdirib, fikrini dəyişdi: “Yaxşısı budur, özümü elə göstərim ki, guya heç partanın altında qalmış papaq dan xəbərim olmayıb, yəqin ki, papağın sahibi qapının arxasında zəngin vurulmasını gözləyir, bu saat gəlib papağını götürəcək”.

Dəhlizə çıxdı. Dəhlizdə də ki, Allah göstərməsin, siqaretdən o qədər çəkib üfürürdülər ki, nə gözgözü görürdü, nə də nəfəs almaq mümkünüydü. Köhnə rek torun vaxtında, korpuslarda siqaret çəkmək olmazdı. Çəkənləri müəyyən yollarla cəzalandırırdılar: töhmət verirdilər, təqaüdünü kəsirdilər, bir adam ikiüç dəfə tutulsa institutdan qovurdular. Bu yaxınlarda institut larına təzə rektor təyin etmişdilər. Təzə rektorun özü qabaqkı rektordan fərqli olaraq siqaret çəkdiyindən əmrzad yaddan çıxmışdı, vur çatlasınıydı.

Beş dəqiqə bu üfunətdə nəfəs aldıqdan sonra (özü siqaret çəkən olsaydı nə var idi ki) yenə bürkülü sin fə doluşdular, hərə öz yerində oturdu. Yerində oturan kimi, əlini partanın altına uzatdı. Əli papağın yumşaq, sərin tükünə toxunanda, ürəyində sevinc mehi dolaşdı və bəzi şeyləri təzədən haqqhesaba vurmağa başladı.

Yeganə kostyumunu, Allah bilir, neçə il idi geyi nirdi. Hərdən kostyum haqqında fikirləşəndə, ona elə gəlirdi ki, elə dünyaya bu boyda, bu buxunda və bu boybuxuna biçilmiş bu kostyumda gəlib. Di gəl, belə baxanda kostyum elə bərbad da deyildi. Amma orasın da idi ki, kostyumu neçə illər ərzində belə saxlamışdı: hər yerə geyinməzdi, geyinəndə oturuşunaduruşuna fikir verərdi, içəri girən kimi də soyunub çiyinliyə ke çirərdi, şkafdan asardı. Ancaq illər də kostyumun üs tündən izsiz ötməmişdi, yuyulmaqdan, ütülənməkdən əvvəlki rəngindən əsərəlamət qalmamışdı. Bir də şalvar lap süzülmüşdü. Qaldırıb günə tutanda, bu üzdən o biri üzü görünürdü. Kostyum az qalırdı dilə gəlsin ki, bəsdi məni əyninə keçirib düzüdünyanı dolaşdığın, mənim kostyumluq ömrüm çoxdan bitib, burax, gedim ində də “əsgilik” ömrümü yaşayım; küncünbucağın tozunu alım, döşəməni silim, sonra da qıvrılıb bir yerdə rahat mürgü vurum.

Neçə dəfə istəmişdi, evə məktub yazsın ki, “mənə pul göndərin”, üzü gəlməmişdi. Məktubları yarımçıq cırıb atmışdı. Bir tərəfdən də yekəxana Vadimə söz verməyi ki, qış tətilində bir yerdə Lvova gedək, xizək sürməyə. Bütün bunlara na qədər pul lazım idi. Evdəki yazıqlarda pul hardan idi. Özündən başqa hələ evdə iki qardaşı, altı bacısı var idi.

O fikirləşirdi:

...Anamın, tütünə gedən bacılarımın zülmlə qazan dıqları bu böyüklükdə ailənin qəndçayına ancaq çat mırmı? Bilmirəm, aydanaya mənə pulu hardan göndə rirlər? Tütündən onsuz da bir şey çıxmırdı, əzabəziyyəti də ki, Allah göstərməsin, deyiləsi deyildi. Bütün ilboyu dırnaqla gor eşən kimi, bacılarımla anam gör eşirdilər, tütün becərirdilər, pərvanə şamın başına fırlanan kimi, hər şitilin başına fırfır fırlanıb onları böyüdürdülər; yı ğırdılar, qurudurdular, tay basırdılar. Tayları neçə dəfə qışın şaxtasında rayondakı tütün qəbuletmə məntəqə sinə aparırdılar. İşləməkdən sual işarəsi kimi əyrimü yrüm bacılarımın, bir dəri, bir sümük olan xəstə anamın bir ilə yaxın üstündə əsəəsə becərib, bağladıqları tayları məntəqədəki qıpqırmızı, sirsifətindən yağ da man, “əjdaha yarım” kişilər bir dəqiqənin içində da ğımdağım eləyirdilər. Hər tayın çəkisindən 510 kilo kəsəkəsə, üçüncü, dördüncü sortla birtəhər qəbul elə yirdilər (adamı elə kökə salırdılar ki, hələ onların canı na, arvaduşaqlarının canına dua da eləyirdin). Bir iki yüzüç yüz gün əmək günü çıxırdı, ona da, bir, ya iki manatla kolxoz pul bölürdü, o pul da ki, il ərzində heç kolxozdan aldıqları avansları ödəmirdi.

Yazıqlar yenə zülmlə, birtəhər malqoyun saxlayır lar, düşdükcə satırlar, pulundan mənə göndərirlər ki, oğlumuz qoy korluq çəkməsin, oxusun. Papağı götür səm, yenə evdəkiləri azmaz qabağa salaram.

... Bir tərəfdən də belə papağın yiyəsi, elə o “əjdaha yarımlardan” olar, yəqin ki, ya alverçidir, ya da atası mı, anasımı “levi” yollarla pul qazananlardandır. Tələ bə olaola belə bahalı papaqda gəzirsə, onlardan olar. Papağı belədirsə, hər halda papağına da uyğun paltosu, dublyonkası, ayaqqabısı, sapojkisi, palpaltarı, isveç, ya yapon saatı olmalıdır. Necə deyərlər, belə adamların malını götürmək savabdı.

... Axı, bir tərəfdən də, bəlkə papağın yiyəsi bu pa pağı boğazından kəsib, qəpikqəpik yığmaqla alıb? Elə bu cür papağa vərdiş etmədiyindən, indi yeganə “qiy mətli” şeyini yadından çıxarıb partanın altında qoyub gedib. Gör nə qədər huşsuzdu, tənəffüs vaxtı da yadına düşməyib ki, axı mən səhərsəhər dərsə gələndə başım da papaq var idi, indi hanı o papaq?..

... Əl çək, qağa, bu filosofluqdan əl çək! Götürürsən, ya yox?.. Yaxşı, Vadimə papaq haqqında bir şey deyim?! Vadimə desəm, gərək şərik olaq. Qardaş malı kimi: yüzü onun, yüzü də mənim. Yüz manatı, deməli, itirirəm. Bəlkə?.. Yox! Deyirlər artıq tamah baş yarar.

Atalar sözü ilə danışmağına gülümsədi və sifətinə təbəssüm yayılmasını Vadim o saat sezdi, başı ilə soruş du ki, “nə olub?”

Əli ilə bildirdi ki: Heç!

...Bir də artıq tamah öz yerində, tək götürsəm, sinif dən necə çıxardaram? Xəbər tutarlar, özüm cəhənnəm, millətin adı batıb gedər (qrupda o, millətinin yeganə nümayəndəsi idi). Yenə iki nəfər olanda tutulsan iki likdə fikirləşib bir şey demək olar, bir də axı, Vadimin belə şeylərdə səriştəsi var, deməli, hökmən Vadimlə məsləhətləşmək lazımdır.

Dəftərin ağ vərəqinə yoldaş podpolkovnikin qələ mi ilə “Vadim, kimsə papağını yaddan çıxarıb partanın altına qoyub, əla şeydi” – yazdı və Vadimi dümsüklə di, işarə etdi ki, vərəqi oxusun. Vadim yazını oxuyan kimi sifətində bir dəyişiklik olmadan əlini partanın altı na saldı, papağa əl gəzdirdi və baş barmağını dikəldib mala qiymət qoydu: “Əladı!” Sonra qaşgözlə soruşdu ki, “götürək?”

O, dəftərə yazdığı “xəbəri” yaxşıyaxşı qaralayaqa ralaya başı ilə razılığını bildirdi.
Deyəsən, onların himcimlə danışmaqlarını podpol kovnik hiss eləmişdi, ona görə Vadim əli ilə işarə elədi ki, “sonra”. Və o da başladı yalandan qələmi dəftərin üstündə gəzdirməyə.

***

Lvovda istirahət edəndə vaxtın olmadığındanmı, günlərin şən keçdiyindənmi, ağlına belə gəlməmişdi ki, axı, xərclədikləri bu pullar haram pullardı?
Allah onlar üçün xoş günlər yetirmişdi. Deyirdilər, gülürdülər, rəqs edirdilər, qəşəng qızlarla tanış olur dular, axşamlar onlara qonaq gedirdilər… gündüzlər xizəklə dağa qalxırdılar. Nə isə, çox şeylər yaddan çıx mışdı, pulların necə qazanılması da onlarla birlikdə. Pul idi, bir də onlar, lazım olduqca, balabala xərcləyirdilər.

...İstirahətlərini başa vurub, LvovKiyev qatarın da Kiyevə qayıdırdılar. Kupedə ikinci yarusda yataq da uzanıb gözlərini dirəmişdi alatoranlıq tavana. Heç cür yuxuya gedə bilmirdi. Hey özünü söyürdu ki, niyə mənə verilən bu qısa ömrü insan kimi yaşaya bilmirəm? Niyə özüm öz əlimdə oyuncağa çevrilmişəm? Axı niyə mən bədbəxt özümözümlə bacara bilmirəm? Niyə?
Özünü söyürdü, yanıb yaxılırdı, partlayırdı, amma ürəyinin lap dərinliyində, ucundanqulağından onu da hiss eləyirdi ki, bu hisslər keçicidir, sabah yuxudan duranda bu hisslər çəkilib gedəcək, yenə həmin adam olacaq və beləcə ömrünün axırına çıxacaq. Bu duyğu canından keçəndə lap dəli olurdu, hirslə ağzı üstə fır lanırdı, rahatlana bilməyib, bir də arxası üstə çevrilirdi.

***

...Yenə yuxusuna heç kimə uyuşmuyan, sakit, hirs ləndirəndə özündən gedən həmin o oğlan uşağı gəlib girmişdi.
Dədəsi ilə qoyun növbəsinə getmişdi, günortanın isti vaxtıydı, qoyunlar başbaşa verib təpənin döşün də yatışırdılar. Dədəsi də yatırdı, başının altına çörək qabını qoymuşdu, arxası üstə uzanmışdı, qıçlarını diz dən yığmışdı (dədəsi gecələr də belə yatırdı). Kepkası nı gözünün üstünə endirmişdi, nəfəsi də həmişəki kimi dərindən burnuyla alırdı, “puff” eliyib ağzından eşiyə buraxırdı. Oğlan isə outrub təpənin sinəsində açıl mış saysızhesabsız siçan deşiklərinə, həmin deşikləri birbiri ilə birləşdirən qatmaqarışıq, lakin aydın seçilən izlərə tamaşa eləyirdi. Hərdən deşiklərin birindən siçan çıxırdı, həmin izlərlə, çox sürətlə bir deşikdən o birinə qaçırdı, yox olurdu. Bir azdan başqa deşikdən həmin siçanmı, ya başqa birisimi çıxırdı, həmin cığırlarla o deşiyin yanına qaçırdı, bu deşiyin yanına qaçırdı, axırda da, deşiklərin birinə girib yoxa çıxırdı. Oğlanı bu tama şadan dədəsinin “taxıla gedən qoyunları qaytar” demə si ayırdı. Şallağın sapını dayaq eləyib durdu, taxıla tərəf gedən 1520 qoyunun dalınca yüyürdü.

Oğlan qoyun növbəsinə gəlməsi ilə fəxr eləyirdi, deməli, kişiləşmişdi, o da nəyəsə yarayırdı. Yoxsa, də dəsi həmişə qoyun otarmağa ondan böyük bacıların dan birini aparırdı, onlar da axşam qayıdanda özlərin lap böyüklər kimi aparırdılar; əllərindəki şeyşüyləri orabura tullayırdılar, üst paltarlarını çıxarıb döşəmə nin üstünəmi, taxtın bir küncünəmi atırdılar, əlləri niüzlərini yuyurdular, “off!” eliyib taxtın üstünə çıxır dılar. Anası tələsik onlara çay gətirirdi, onların adına kəsilmiş toyuq ətindən çəkib qabaqlarına qoyurdu. Ba cıları da lap böyüklər kimi başlayırdılar özlərini yor ğunarğın göstərəgöstərə, çaydan içməyə, toyuq ətin dən yeməyə.

Oğlan isə bütün günü evdəeşikdə olduğundan bacılarına paxıllığı tuturdu, istəyirdi ki, o da bacıları kimi qoyun otarmaqdan gəlsin, anası da ona gülüm səyəgülümsəyə, tələsətələsə çay gətirsin, yemək gə tirsin. O da dədəsi kimi çayı içib, stəkanı irəli itələsin; yəni birini də. Qabı qabağına çəkib iştahla toyuq ətin dən canına döşəsin. Dədəsinə hey deyirdi ki, məni də özünlə apar, dədəsi də söz verirdi ki, yaxşı, apararam: şeyşüyünü, şallağını, çomağını hazırla, sabah gedərik. O da axşamdan həvəslə hər şeyini hazırlayıb bir tərəfə yığardı, sevincdən gözünə yuxu getməzdi. Gecənin bir vədəsi yuxu onu aparardı və bir də ayılardı ki, dədəsi qızlarından birini götürüb gedib, onu isə qaldırmayıb. Başlayardı ağlamağa, sızlamağa, cumardı anasının üs tünə ki, niyə məni qaldırmayıbsınız? Çox şüvəndən sonra, anası onu sakitləşdirib deyərdi ki, “elə şirinşirin yatırdın ki, qıyıf qaldırmadıx, heşdad olmaz, gələn sıra gedərsən”.

Səbirsizliklə bir aydan sonra gələn növbəni göz ləyərdi.

O gün gəlib çatmışdı. Dədəsi onu birinci dəfə qo yun otarmaq sırasına gətirmişdi və indi dədəsinin bü tün dediklərinə canlabaşla əməl edirdi ki, dədəsi hə mişə onu özüylə gətirsin.

Dünyanın həmin o xoşbəxt balaca oğlan uşağı, içi sevinc işığı ilə dolu, əlində şallağını yelləyəyelləyə sürüdən ayrılmış qoyunların dalınca qaçırdı.

O isə hələ gələcək yaşantılardan xəbərsiz olan o xoş bəxt oğlan uşağının arxasınca baxırdı və hönkürəhön kürə ağlayırdı.
...Birdən hövlnak yuxudan ayıldı, sirsifəti göz ya şına bələnmişdi. Vadimin aşağıda şirinşirin yatdığını görən kimi, harada olduğunu dərk elədi və tez palta rını geyinməyə başladı. Bilmirdi gecənin bu vədəsində hansı dayanacaq olacaq, hara getmək istəyir? Bir onu bilirdi ki, hələ ki, Vadim yuxudan oyanmayıb, bu dar kupeni, qatarı tərk etsin, içində öldürdüyü o uşağın ruhu ilə təktənha qalsın.

...Bir də bu gecənin gec vədəsində ona gün kimi ay dın idi ki, o uşaq paklığının yanında Lvovda keçirdiyi günlər, çəkdiyi keflər, ümumiyyətlə, hər şey, hər şey yalan idi, yalan. Və o hissləri heç kimlə bölüşmək müm kün deyildi. Ona görə ayağının altında torpaq, başının üstündə sayrışan ulduzlar, canında o oğlan uşağının ruhu, bu qış gecəsinin sakitliyində təktənha qalmaq istəyirdi, təktənha!

“Ulduz” jurnalı, 1989-cu il, N11

# 1700 dəfə oxunub

Oxşar xəbərlər

Qarğaların xoru - Elçinin yeni hekayəsi

Qarğaların xoru - Elçinin yeni hekayəsi

09:00 13 dekabr 2024
Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

15:00 12 dekabr 2024
Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

15:00 6 dekabr 2024
# # #