"Şərh yazmasanız, bağrınız yarılar..." - Sosial şəbəkələrdə yatıb - duranlar

"Şərh yazmasanız, bağrınız yarılar..." - Sosial şəbəkələrdə yatıb - duranlar
18 noyabr 2025
# 13:15

Kulis.az Nicat Şükürlünün "Sosial şəbəkələrdə yatıb - duranlar" yazısını təqdim edir.

Dəfələrlə saytların xəbər başlıqlarına görə qınandığını görmüşəm. Mən də əvvəllər qınayanlar cərgəsindəydim. Sonra anladım ki, siz oxucular da az aşın duzu deyilsiniz.

İlahi, bir xəbər barəsində bildiniz - bilmədiniz nə qədər status yazmaq, müzakirə etmək olar? Sizin üzünüzdən rezonans doğuracaq səviyyədə hadisə olanda sosial şəbəkələrə - ən çox da facebooka bir müddətlik girmirəm.

Özünüzü ekspert zənn edən böyüklü-kiçikli sizlərin əlindən telefon düşmür. Sanarsan ki, telefonla doğulmusunuz, telefon sizlərə hava, su kimi lazımdır.

Post paylaşmasanız, şərh yazmasanız, bağrınız yarılar, ürəyiniz partlayar.

Sizlərə deyilsə ki, hansısa xeyirli, faydalı bir işlə məşğul olaq, cavabınız hazırdır: "Vaxtım yoxdur"

Anam, atam, bacım, qardaşım, necə olur günün istənilən vaxtında status paylaşa, şərh yaza bilirsən, amma yığışıb bir kitabı müzakirə etməyə, iməcilik keçirməyə, uşaqlar evini ya da qocalar evini ziyarət etməyə və s. xeyirxah, faydalı işlər görməyə vaxt tapa bilmirsən? İnciməyin, kobud desəm, mənasız, məzmunsuz həyat yaşayan siz və sizin kimilərin bu cavabına bələkdəki uşaq belə gülər.

Mən əminəm ki, ölkədə rezonans doğuracaq qədər bir hadisə baş verməyəndə sizlər bərk darıxırsınız. Bəlkə də, özünüzü önəmli hiss edəcəyiniz pis hadisələr baş verməsini arzulayırsınız! Səbirsizliklə gözləyirsiniz.

Paylaşdığınız hadisəyə mütləq xoş rəy gəlməlidir. Yoxsa sizinlə həmfikir olmayanlara dişlərinizi qıcayırsınız. Uşaq kimi dostluqdan çıxarırsınız ya da bloka atırsınız.

Çünki mənəvi boşluqda olan sizlər təsdiqlənmə ehtiyacı duyursunuz. Hamıda sizlərlə eyni fikirdə olmaq məcburiyyətindədir. Böyük dərddir vallah.

Allah heç düşmənimi də sizlərin halına salmasın.


# 1501 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər