"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı

"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
1 dekabr 2025
# 14:35

Bu gün ingilis okkultisti, maq, şair, yazıçı, alpinist və rəssam Alister Kroulinin anım günüdür.

Kulis.az bu münasibətlə onun haqqında materialı təqdim edir.

Alister Krouli 1875-ci ildə İngiltərənin Yorkşir bölgəsində dindar bir ailədə dünyaya gəlmişdi. Amma bu ailənin sərt dini qaydaları onun ruhunda əksinə olaraq çox fərqli bir aləm yaratdı — o, sonralar özünü “Horus Çağının Peyğəmbəri” elan etmişdi.

Dünyanın “ən pis şöhrətə sahib adamı” adlandıran, okkultizmin ən qalmaqallı simalarından biri olan Krouli uşaqlıqdan azad ruhlu idi. Atasının ölümündən sonra anasının ona verdiyi “The Beast – 666 Canavar” ləqəbini isə o, həyatı boyu fəxrlə daşıdı. Bu ləqəbə uyğun yaşamaq, sərhədləri aşmaq və qadağaları pozmaq ona xüsusi zövq verirdi.

O özünü 20-ci əsrin əvvəllərində bəşəriyyəti Horus eonuna yönəltmək işi həvalə olunmuş peyğəmbər kimi tanıdaraq Telema dinini qurmuşdur. Məhsuldar bir yazar kimi həyatı boyunca xeyli kitabları nəşr olunmuşdur.

Krouli erkən yaşlarından xristianlığa nifrət bəsləmiş, valideynlərinin də inandığı fundamentalist Plimut qardaşları məzhəbini tamamilə rədd etmişdir.

O Kembric universiteti nəzdindəki Triniti kollecində təhsil alarkən diqqətini alpinizm və poeziyaya yönəltmiş və bir neçə nəşri işıq üzü görmüşdür. Bəzi bioqraflar həmin dövrdə Kroulinin Britaniya kəşfiyyat agentliyinə işə götürüldüyünü iddia edərək onun ömrü boyu casus kimi fəaliyyət göstərdiyini irəli sürmüşlər.

1898-ci ildə o Qızıl Şəfəq Hermetik Ordeninə qoşularaq Samuel Liddel Makqreqor Mazers və Allan Bennetdən mərasim magiyası üzrə təlim alır. Krouli Hindistanda hindu və buddist təcrübələrini öyrənməzdən əvvəl Oskar Ekkenşteynlə birlikdə Meksikada alpinizmlə məşğul olur. 1904-cü ildə o Rouz Edit Kelli ilə evlənir və onlar Misirin paytaxtı Qahirədə bal ayında olarkən Ayvass adlı fövqəltəbii varlığın diktəsi ilə Telemanın əsasını təşkil edən müqəddəs mətni - "Qanun kitabı"nı yazır. Kitab Horus eonunun başlandığını elan edir və ardıcılların "istədiyini etməsini" və mərasim magiyası yolu ilə həqiqi iradələri ilə uyğunlaşmalı olduqlarını bildirir.

“İstədiyini et – bütün qanun bundan ibarətdir.”

Bu fikir o dövrün viktorian mənəviyyatına birbaşa meydan oxuyurdu. Elə buna görə də Krouli ingilis mətbuatında “Dünyanın ən azğın adamı” kimi təqdim olunurdu.

Kroulinin inanc sistemi Telema, alimlər tərəfindən din kimi,daha dəqiq olaraq həm yeni dini hərəkat, həm də "magik-dini doktrina" kimi təsvir edilmişdir. Telemanın əsas mətni 1904-cü ildə tərtib edilmiş "Qanun kitabı" olsa da, o yalnız sonrakı illərdə tam sistem kimi formalaşmışdır.

Krouli öz avtobioqrafiyasında iddia edirdi ki, onun həyatının məqsədi "Şərq müdrikliyini Avropaya çatdırmaq və paqanizmi daha təmiz formada bərpa etməkdir", baxmayaraq ki, onun "paqanizm" termini ilə dəqiq olaraq nəyi nəzərdə tutduğu tam aydın deyildi. Kroulinin düşüncəsi həmişə ardıcıl deyildi və hinduist yoqası və buddizm kimi Şərq dini cərəyanları və praktikalarından tutmuş elmi naturalizmə və Qərb ezoterizmindəki müxtəlif cərəyanlara qədər müxtəlif qaynaqlardan təsirlənmişdi, bunlar arasında mərasim magiyası, əl-kimya, astrologiya, rozenkreyserlik, Kabbala və taro da var. O, həmçinin Qızıl Şəfəq Hermetik Ordenindən öyrəndiyi ezoterik təlimlərə qərq olmuşdu, baxmayaraq ki, o, öz şərhlərində və variasiyalarında ordenin hər hansı digər üzvlərindən daha irəli getmişdir.

Krouli, Qərb və Şərq mənəvi sistemləri arasında əsas oxşarlıqların olduğuna inanaraq, yoqa və tantra kimi Cənubi Asiya dini ənənələrindəki anlayışları və terminologiyanı Telemik sisteminə daxil etmişdi.Tarixçi Aleks Ouen qeyd edir ki, Krouli bütün həyatı boyu dekadent hərəkatının "modus operandisinə" sadiq qalmışdır.

Krouli hesab edirdi ki, 20-ci əsr bəşəriyyətin Horus eonuna, insanların getdikcə daha çox öz taleyinə nəzarət edəcəkləri yeni bir dövrə daxil olduğunu qeyd etdi. Onun fikrincə, bu eon dünyada xristianlıq, islam və buddizm kimi paternalist dinlərin hökmran olduğu Osiris eonundan və o, öz növbəsində ana tərəfindən olan və ilahə sitayişinin üstünlük təşkil etdiyi İsis eonundan irəli gəlirdi. Okkultist Telemanın Horus eonunun həqiqi dini olduğuna inanır, özünü bu yeni eonun peyğəmbəri hesab edirdi. Telema hər bir insanın həyatı boyu kəşf etməli və əməl etməli olduğu öz "həqiqi iradəsi"nə malik olması və onun bütün kainata nüfuz edən "kosmik iradə" ilə harmoniyada mövcud olması ideyası ətrafında fırlanır.

Krouli insanın "həqiqi iradəsini" tapmaq və bilmək prosesini "Böyük İş" və ya "Müqəddəs Qəyyum Mələyin Bilik və Söhbəti" əldə etmək prosesi adlandırmışdır. Bu prosesi həyata keçirmək üçün onun sevimli üsulu 17-ci əsr qrimuarından götürülmüş mərasim magiyası ritualı olan "Abramelin prosesini" yerinə yetirmək idi.

Din tarixçisi Marko Pasi qeyd etmişdir ki, Krouli fərdləri daha böyük sosial orqanizmin bir hissəsi kimi nəzərdən keçirdiyinə görə, onun quruluşca anarxist və ya libertarian olmadığını qeyd etsə də, "Nə istəyirsən, et" əxlaq kodeksi telemitlər tərəfindən inanclarının etik qanunu olduğuna inanır.

Krouli yalnız yazıçı və mistik deyildi – o, müxtəlif gizli cəmiyyətlərin də önəmli siması idi.

O, həmçinin masonluqla da əlaqəli idi və müxtəlif ezoterik təlimlər arasında körpü yaratmağa çalışırdı.

Krouli yalnız mistikada deyil, idmanda da bacarıqlı idi. O, dövrünün ən yaxşı dağçılarından sayılırdı və K2, Kançencunqa kimi dünyanın ən hündür zirvələrinə ilk ekspedisiyalardan birində iştirak etmişdi. Kançencunqa ekspedisiyası faciə ilə nəticələnsə də, o, alpinizm tarixində “parlaq, lakin təhlükəli alpinist” kimi qalmışdı.

Bununla yanaşı, Krouli şeir, roman, esse, magiya kitabları yazırdı və bəzi əsərləri Avropa ədəbiyyat çevrələrində əks-səda yaratmışdı. Onun rəsmləri də sonradan sərgilənmiş və müasir ezoterik sənətin öncüllərindən sayılmışdır.

Krouli həyatı boyu qalmaqalların mərkəzində idi. Telema təlimində sərbəst seksuallığa geniş yer verməsi, narkotiklərlə eksperimentləri və rituallarında heyvan simvolizmindən istifadəsi səbəbilə bir çox Avropa ölkəsindən qadağa aldı. İtaliyada Cefaludakı “Telema abbatlığı” adlı mistik məkan isə qalmaqallı hadisələrdən sonra Mussolini tərəfindən bağlandı və Krouli ölkədən qovuldu.

Aleister Krouli ölümündən sonra həm okkultistlər arasında, həm də populyar mədəniyyətdə nüfuzunu qoruyub saxlamışdır. Xüsusilə Britaniyada Krouliyə əsaslanan bir sıra bədii personajlar yaranmışdır.

Məsələn, Con Bakanın 1926-cı ildə yazdığı "Rəqs meydançası" romanındakı şair Şelli Arabin, Denis Uitlinin "İblisin zühuru" hekayəsindəki qara magiya ilə məşğul olan keşiş Demien Morkat Kroulidən ilhamlanmışdır.

Okkultist Dion Fortune isə "Doktor Tavernerin sirləri" (1926) və "Qanadlı buğa" (1935) əsərlərində Kroulidən personaj bazisi kimi istifadə etmişdir.

Onun portreti "The Beatles"in məşhur “Sgt. Pepper’s Lonely Hearts Club Band” albomunun üz qabığında yer almışdı.

Led Zeppelin qrupunun gitaristi Cimmi Peyc Alister Kroulinin evini satın aldı və onun haqqında nadir kolleksiya topladı. Ozzi Osborn "Mr. Crowley" mahnısını məhz ona həsr etmişdi.

Devid Tibet və "Current 93" layihəsi, Coil, "Nurse With Wound" kimi underground qruplar Kroulinin ideyalarından ilhamlanmışdır.

Ezoterizm və yeni dini hərəkatlar sahəsində Kroulinin ideyaları ciddi maraq doğurmuşdur.

Bu gün Krouli həm okkultizm dünyasında, həm pop mədəniyyətdə, həm də alternativ ruhaniyyət çevrələrində əfsanə hesab olunur.

Alister Krouli dünyada həm qorxu, həm maraq, həm də böyük təsir buraxan nadir fiqurlardandır. O, öz dövrünün dini qadağalarını yıxaraq azad ruh ideyasının simvoluna çevrildi, mistik dünyagörüşü isə hələ də ezoterik cərəyanların əsas sütunlarından biridir.

# 56 dəfə oxunub

Oxşar xəbərlər

Hiperrealist mum heykəllər məkanı  - Məşhur Madam Tüsso muzeyi necə yarandı?

Hiperrealist mum heykəllər məkanı - Məşhur Madam Tüsso muzeyi necə yarandı?

12:39 1 dekabr 2025
"Mənə yazığın gəlməsin..." - Sveyq intiharından əvvəl keçmiş arvadına nə yazmışdı?

"Mənə yazığın gəlməsin..." - Sveyq intiharından əvvəl keçmiş arvadına nə yazmışdı?

13:30 28 noyabr 2025
Qızı Çaplinlə evləndi, oğlu intihar etdi... - Dördqat Pulitser və Nobel mükafatçısı

Qızı Çaplinlə evləndi, oğlu intihar etdi... - Dördqat Pulitser və Nobel mükafatçısı

16:55 27 noyabr 2025
Avropa simvolizminin siması - Onu niyə “müasir Dante” adlandırırdılar?

Avropa simvolizminin siması - Onu niyə “müasir Dante” adlandırırdılar?

15:11 27 noyabr 2025
"Alman romantizminin son cəngavəri"  adlandırılan yazıçı

"Alman romantizminin son cəngavəri" adlandırılan yazıçı

18:18 26 noyabr 2025
Macar modernist poeziyasının rəmzi - Ona niyə alim-şair deyirdilər?

Macar modernist poeziyasının rəmzi - Ona niyə alim-şair deyirdilər?

17:23 26 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər