"Həyat yoldaşınız üçün yaşayın..." - İsveçli yazıçıdan sitatlar

"Həyat yoldaşınız üçün yaşayın..." - İsveçli yazıçıdan sitatlar
17 avqust 2026
# 18:00

Bu gün isveçli feminist yazıçı Fredrika Bremerin doğum günüdür.

Kulis.az onun əsərlərindən sitatları təqdim edir.

Milçək bir şey deyil, lakin aramsız olaraq qayıdıb insanın burnuna qonsa, bizi canımızdan bezdirə bilər.

***

Müəyyən bir dərinlikdə bütün qəlblər bir-biri ilə həmahəng olar, bütün ürəklər bir döyünər.

***

Zərif duyğular sərt xarakterlərə olduqca dərin və müsbət təsir göstərər. Bu, torpağın buz qatını əridib onu səmanın şəfəqlərinə açan bahar yağışına bənzəyir.

***

Həyatın ciddiyyətini və həm də onun gözəlliyini öyrənmək istəyirsinizsə, həyat yoldaşınız üçün yaşayın, onu xoşbəxt edin.

***

İnsanların bəşəriyyətə olan etimadı adətən üç dövrdən keçər. Birincisində, onlar insanın bütövlükdə xeyirxah olduğuna inanar, dostluqlarını və etibarlarını səxavətlə paylayarlar. Növbəti mərhələdə qazanılan acı təcrübələr bu etimadı sarsıdar; bu zaman hər kəsə şübhə ilə yanaşmamaq və hər şeyi ən pis yönə yozmamaq üçün ehtiyatlı davranmaq məcburiyyətində qalarlar. Həyatın sonrakı dövrlərində isə anlayarlar ki, insanların çoxunda yaxşılıq pislikdən qat-qat üstündür; qınamağa əsas olduqda belə, mühakimə etməkdənsə, mərhəmət bəsləməyə daha çox səbəb var. Və məhz o zaman onların qəlbində etimad hissi yenidən oyanar.

***

Davranışdakı təmkin və vüqar gözəlliyin zirvəsidir.

***

İnsan qəlbi səma kimidir - mələklər çoxaldıqca yer də genişlənər.

***

Təvazökar qəlb alçaqda bitən, boynunu bükən və öz yarpaqları arxasında gizlənən bənövşəyə bənzəyir.

***

Sevginin ilk ehtiraslı çağı keçdikdə, yerini daha gözəl bir duyğuya verər. Sonra o biri sevgi gələr: heç vaxt dəyişməyən və sakit nuru ilə bütün həyatınız boyu sizə yoldaşlıq edəcək sədaqətli dostluq. Sadəcə, bu hissin gəlişinə qəlbinizdə yer açmalısınız; o zaman hər şey öz-özünə gələcək və ən yaxşıya doğru dəyişəcəkdir.

***

Yaxından tanıdıqca ürəyin və zəkanın məziyyətinə görə sadəliyin necə gözəlləşdiyini, zahiri gözəlliyin isə necə cazibəsini itirdiyini kim təcrübədən keçirməyib ki?

Elə bu səbəbdən də inanıram ki, zahiri gözəlliyin yoxluğu alicənab bir qəlbi əsla narahat etməz və heç vaxt bədbəxtlik sayılmaz. Bu çatışmazlıq insanların son dərəcə sevimli və əziz olmasına əsla mane ola bilməz.

# 113 dəfə oxunub

Oxşar xəbərlər

Simurq quşu - Yusif Səmədoğlunun hekayəsi

Simurq quşu - Yusif Səmədoğlunun hekayəsi

12:00 17 avqust 2026
Mənə sevgi gətir - Çarlz Bukovskinin hekayəsi

Mənə sevgi gətir - Çarlz Bukovskinin hekayəsi

13:30 16 avqust 2026
"İstəsəydin, qəlbimi parça-parça edib boynuna taxardım..." - "Küləklə sovrulanlar"dan bir hissə

"İstəsəydin, qəlbimi parça-parça edib boynuna taxardım..." - "Küləklə sovrulanlar"dan bir hissə

10:30 16 avqust 2026
"Mənə qəddarlığı öyrədən qadın oldu, buna görə də..." - Valter Skottdan sitatlar

"Mənə qəddarlığı öyrədən qadın oldu, buna görə də..." - Valter Skottdan sitatlar

13:00 15 avqust 2026
Müəllimlik - Mövlud Mövludun hekayəsi

Müəllimlik - Mövlud Mövludun hekayəsi

12:00 15 avqust 2026
Yırtıq başmaq - Con Qolsuorsinin hekayəsi

Yırtıq başmaq - Con Qolsuorsinin hekayəsi

15:30 14 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər