Mətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi

Mətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi
14 sentyabr 2026
# 17:45

Mətbuat Şurasında Əməkdar jurnalist, Real TV-nin rəhbəri Mirşahin Ağayevin Azərbaycanın görkəmli alim və mətbuat tədqiqatçısı Şirməmməd Hüseynovla müsahibələrinin yer aldığı “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirilib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid bildirib ki, yeni çapdan çıxmış nəşrdə Mirşahin Ağayevin müxtəlif illərdə Şirməmməd Hüseynovla həm ANS TV-də, həm də Real TV-dəki müsahibələrinin, həmçinin Yutubdakı səs yazılarının mətni toplanıb.

O bildirib ki, bütün bu işlər AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı Rəşid Kərimli tərəfindən başa çatdırılıb, müsahibələri Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Qulu Məhərrəmli və Şəki Pedaqoji Kollecinin müəllimi Ramiz Orsər redaktə edib.

Rəşad Məcid onu da bildirib ki, Şirməmməd Hüseynov dünyasını dəyişməsindən sonra həyat yoldaşı Ülkər Hüseynova tərəfindən ustadın bir sıra kitabları nəşr olunub: “İstiqlal söhbətləri” də onlardan biridir. Kitabı məxsusi edən isə Mirşahin Ağayevin mahir jurnalist sənətkarlığıdır. Ona görə də bugünkü təqdimatı həm də onun ilk kitabının təqdimatı kimi də dəyərləndirmək mümkündür".

Real TV-nin rəhbəri Mirşahin Ağayev çıxışında nəşrin ərsəyə gəlməsində Ülkər Hüseynovanın rolunu xüsusi vurğulayıb, ona təşəkkürünü çatdırıb. O, Şirməmməd Hüseynovun “tarix dünənin jurnalistikası, jurnalistika bu günün tarixidir” fikirlərinə söykəndiyini bildirib, “İstiqlal söhbətləri”nin Azərbaycan tarixinin tədqiqi baxımından müstəsna əhəmiyyətinə diqqət çəkib. Mirşahin Ağayev, həmçinin Şirməmməd Hüseynov yaradıcılığının xalq, dövlət naminə dərin məsuliyyət hissi olduğunu vurğulayıb və bu məqamın müsahibələrdən duyulduğunu da bildirərək, nəşrin hər bir azərbaycanlının stolüstü kitabı olması zərurətini əsaslandırıb.

Çıxış edənlərdən “İstiqlal söhbətləri” kitabının redaktorları - Şəki Pedaqoji Kollecinin müəllimi Ramiz Orsər və MŞ İdarə Heyətinin üzvü, BDU-nun Jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli, həmin fakültənin professoru Cahangir Məmmədli, MŞ İdarə Heyətinin üzvü, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, əməkdar jurnalist Flora Xəlilzadə, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi, MŞ İdarə Heyətinin üzvü, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, MŞ İdarə Heyətinin üzvü, Modern Media Qrupunun rəhbəri Elşad Eyvazlı, BDU-nun Jurnalistika fakültəsinin Milli mətbuat tarixi kafedrasının müəllimi Samir Xalidoğlu, BDU-nun Multimedia və elektron kommunikasiya kafedrasının professoru Allahverdi Məmmədli, BDU-nun Milli mətbuat tarixi kafedrasının dosenti Aygül Əzimova və başqaları təqdimatı keçirilən nəşri Şirməmməd Hüseynovun ruhuna ehtiramın növbəti bariz nümunəsi kimi dəyərləndiriblər. Onlar, həmçinin, Şirməmməd Hüseynov yaradıcılığının dövlətçilik amallarına xidmət ruhunda qurulduğunu bildirərək, “İstiqlal söhbətləri”ndə toplanmış materialların və müsahibələrin bu baxımdan yüksək əhəmiyyətini önə çəkərək, kitabı həm Azərbaycan tarixi, həm də mətbuat tariximiz üçün vacib edən məqamlara nəzər salıb, ustadla bağlı xatirələrini bölüşüblər.

Sonda çıxış edən Şirməmməd Hüseynovun həyat yoldaşı Ülkər Hüseynova toplantı iştirakçılarına təşəkkürünü bildirib.

# 704 dəfə oxunub

Oxşar xəbərlər

Zəfər Günü münasibətilə  Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

16:49 31 oktyabr 2026
Raye “Mercury Prize”  qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

Raye “Mercury Prize” qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

15:30 31 oktyabr 2026
MaklmorUN Fələstinə dəstək  konsertində 13 min nəfər iştirak etdi

MaklmorUN Fələstinə dəstək konsertində 13 min nəfər iştirak etdi

15:00 31 oktyabr 2026
Cey-Z  "Super Bowl"un fasilə şousunda çıxış edəcək

Cey-Z "Super Bowl"un fasilə şousunda çıxış edəcək

14:30 31 oktyabr 2026
Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

14:00 31 oktyabr 2026
Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı –  Ailə daxilində mübahisə yarandı

Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı – Ailə daxilində mübahisə yarandı

13:00 31 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər