Heykəl qadın - Xavər Şəfiyeva

Xavər Şəfiyeva

Xavər Şəfiyeva

1 dekabr 2021
# 14:00

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Xavər Şəfiyevanın “Heykəl qadın” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Dərs bitmişdi, həmişəki kimi ara yollardan kəsərək piyada gəlirdim. Havanın küləkli və soyuq olması mənə maneə ola bilmədi. Əslində gəzə-gəzə gəlməyimin səbəbi var. Dostlarıma baş çəkmədən gedə bilməzdim. O dur yenə gözləyirlər, meydançada toplaşan göyərçinlərə yem atıb acgözlüklə dən-dən udmalarıdan həzz alırdım. O qadın yenə həmişəki kimi eyni yerdə oturmuşdu, göyərçinlərdən qabaq onu axtarırdı gözüm. Burdan keçdiyim ilk günlərdə o həmişə qabağıma dən atardı, quşlar toplum halında başlarını əyərək sanki məni salamlayırmış kimi qidalanırdılar. Hər burdan keçdiyimdə qabağımda toplanırdı, əliboş getsəm günah olardı mənə. Dəni yeyib bitirəndən sonra yarısı tələsik həmin qadının yanına qayıdırdı... Burdan onun yanına kimi göyərçinlərin gəzdiyi bir kiçik yol açılmışdı sanki. Göyərçin yolu... Sülh yolu desəm daha doğru olardı.

Artıq iki il qədər olar hər gün eyni hal təkrarlanırdı. İki il ərzində çox az vaxtlarda əynində nəsə dəyişik geyim görürdüm o qadının. Saçları boz rəngdə ,eyni formada yığırdı, görən, deyərdi iki il ərzində bir dəfə də olsun daramayın başını .

Hər dəfə nəyisə bəhanə edib danışmaq istəyirdim, utanclığımdan, ya da qorxudan bilmirəm alınmırdı, amma. Yad adam olaraq baxışıb gedirdim o yol bitincə gözünü məndən çəkmirdi. Bəlkə başında problem var... ama mən quşlardan çox ona görə getmək istəyirdim ora.

- Salam, Mürvət dayı, necəsən?

- Sağ ol bala, çox sağol, şükür yaxşıyam.

- Quşlara yemək almağa gəlmisən yenə deyəsən... hə?

- Yox, qabaqdakı dükandan alıb verdim, evə gedirəm indi.

- Hər gün orda dayanan qadını soruşmaq istəyirdim sizdən, illərdir bu dükandasınız bəlkə tanıyarsınız dedim.

- Eh oğlum.. soruşmasan daha yaxşıdır... nə deyim sənə, nə kimləsə danışır, nə verdiyimiz suala cavab verir, ancaq göyərçinlərdir onun dostları, quşların dili olsaydı bəlkə də bilərdik kim olduğunu, hardan olduğunu. Səhərlər bir də bu vaxtları olur buralarda yoxsa görünmür ki.

- Çoxdan eşitmişdim ailəsi dağılıbmış gənc ikən... bir oğlu da var deyirdilər, o tərəfi imkanlı adamlardır deyə bunu yaxın qoymurlar. Deyəsən, ağlı da gedib bir az... hərəkətlərindən elə görünür.

- Nə deyim... Allah köməyi olsun!

- Mən gedim, dayı... gec olar.

- Get bala, atan, anan danlamasın səni.

- Ata acıqlanır, düzdür. Amma anam yoxdur, mən balaca ikən dünyasını dəyişib, yaxşı sağ olun özünüzə yaxşı baxın.

Həftələr keçir, eyni günlər təkrarlanırdı, dərsin bitməsinə səbirsizlənən mən, məni gözləyən quşlar və “heykəl qadın”.

Bu gün də hava duman içində idi. Artıq qərarımı vermişdim, mütləq danışacam onunla, illərdir qarşılaşırıq ən azından hal əhval soruşacam, utansam belə özümə söz verdim. Bir dərs qalmış tez çıxmışdım ki, rahat söhbət edə bilim. Meydançaya yaxınlaşdıqca həyəcanın artdığını hiss edirdim. Bugünkü mənzərə fərqli idi Göyərçinlər ora bura səpələnmiş, adamlar harasa tələsirdilər, uzağı aydın seçmək olmurdu. Hamısı yad sifətlər idi, bircə Mürvət babanı tanıdım. Qabaqda toplum halında bir yerə yığışan adamlar nəyəsə baxırdılar. Nə baş verib burda? O gün danışdığımız qadın intihar edib, görənlər qurtara bilməyiblər həyatını, Xəzərə atıb özünü .

Eşitdiyimə inanmaq istəmirdim, gözlərim dolmuşdu, güclə boğdum qəhərimi. Ən doğmamı itirmiş kimi hiss eləmişdim. Heç vaxt danışmadığın dostumla tanış olacaqdım axı bu gün, bu vaxta kimi danışmadığın üçün özümü günahkar bilirdim. Bəlkə mən onun ilk insan dostu olardım, dərdini bölüşəcək adamı olardı, öldürməzdi bəlkə özünü... Gözlərim dolmuşdu.

- Tapıblarmı qohumlardan, gəlibmi kimsə ...

- Yox. Heç nə yoxdur üstündə bircə bu uşaq şəklindən başqa. Arxada nəsə yazılıb mən oxuya bilmirəm bax gör, bəlkə adres falan olar.

İlahi, ola bilməz ...mənim uşaqlıq şəklim, bu şəkildən evimizdə ramkaya salmış formasında böyüyü var, əlimdə də göyərçin. Arxada yazılan "oğlum Rəvan" sözünü güclə oxumaq olurdu. Qanım donmuşdu sanki. Hər gün gördüyüm yad qadın səbəbsiz doğmalaşmamışdı mənə. Kimsə dizlərimdən zərbə vurmuşdu eləbil. Ayaq üstə qala bilmirdim, var gücümlə qışqırıb ağlayırdım. O heykəl qadın anam idi.

# 13053 dəfə oxunub

Oxşar xəbərlər

Doğum evinin yanındakı morq - Əyyub Qiyasın hekayəsi

Doğum evinin yanındakı morq - Əyyub Qiyasın hekayəsi

15:00 14 dekabr 2024
İntihar üçün yer - Sabir Əhmədlinin hekayəsi

İntihar üçün yer - Sabir Əhmədlinin hekayəsi

10:00 14 dekabr 2024
Qarğaların xoru - Elçinin yeni hekayəsi

Qarğaların xoru - Elçinin yeni hekayəsi

09:00 13 dekabr 2024
Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

15:00 12 dekabr 2024
Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
# # #