Xurşidbanu Natəvan yaradıcılığı İrlandiya mətbuatında

Xurşidbanu Natəvan yaradıcılığı İrlandiya mətbuatında
1 oktyabr 2024
# 15:34

İrlandiyanın nüfuzlu “EU Reporter” mədəniyyət və xəbər portalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində klassik Azərbaycan şairi Xurşidbanu Natəvanın həyat və yaradıcılığından bəhs edən “Xurşidbanu Natəvan – Qarabağ xanlığının sonuncu şahzadəsi” sərlövhəli məqalə dərc olunub.

Kulis.az xəbər verir ki, məqalənin müəllifi Mərkəzin Böyük Britaniya və İrlandiya ilə əlaqələr üzrə koordinatoru Nərmin Həsənova, sənətkarın mətndə təqdim olunan “Yanar canım, oğul, daim sənin nari-fəraqında”, “Ey dust, yararmı böylə iqrar?”, “Ey güli-susən, səni bir natəvan çəkmiş məgər?” şeirlərinin tərcümə müəllifi isə tanınmış ingilis tərcüməçisi Dorian Rottenberqdir.

Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən portal mütəmadi olaraq səhifələrində Uilyam Şekspir, Abay Kunanbayev, Robert Berns, Anni Erno, Con le Karre kimi dünyaşöhrətli yazıçı və şairlərin yaradıcılığına yer ayırır.

# 1928 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur küçə rəssamının əsəri hərraca çıxarılır

Məşhur küçə rəssamının əsəri hərraca çıxarılır

18:30 29 sentyabr 2026
Dənizin dərinliyindəki batmış gəmidə qədim tapıntılar aşkarlandı

Dənizin dərinliyindəki batmış gəmidə qədim tapıntılar aşkarlandı

18:00 29 sentyabr 2026
“Sənsiz” adlı ədəbi-musiqili gecə keçirildi - Foto

“Sənsiz” adlı ədəbi-musiqili gecə keçirildi - Foto

17:54 29 sentyabr 2026
Stiven Kinqin romanı ekranlaşdırılacaq

Stiven Kinqin romanı ekranlaşdırılacaq

17:30 29 sentyabr 2026
Böyük Britaniya muzeylərinə giriş ödənişsiz olacaq

Böyük Britaniya muzeylərinə giriş ödənişsiz olacaq

17:00 29 sentyabr 2026
Türkiyə və İtaliya arasında əməkdaşlıq – Arxeoloji tapıntıların müzakirəsi

Türkiyə və İtaliya arasında əməkdaşlıq – Arxeoloji tapıntıların müzakirəsi

16:30 29 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər