“Xocalını unutmadıq” tamaşası təqdim edildi

“Xocalını unutmadıq”  tamaşası təqdim edildi
25 fevral 2026
# 17:40

Azərbaycan Teatr Xadimləri İttifaqında “Günay” Uşaq və Gənclər Teatrının ifasında Zərəngiz Dəmirçinin “Cavab ver” poeması əsasında hazırlanan “Xocalını unutmadıq” tamaşası təqdim edilib.

Kulis.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru “Günay” Uşaq-Gənclər Teatrının direktoru Larisa Tarusovadır.

Tədbirin əvvəlində iştirakçılar faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər, ardınca Dövlət Himni səsləndirilib.

Tədbiri açan Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov Çingiz Mustafayevi dərin hörmətlə yad edib. O, jurnalistin Xocalı hadisələrinin sənədləşdirilməsi və faciə haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasına verdiyi töhfələri vurğulayıb və qeyd edib ki, Xocalı ölkəmiz üçün təkcə böyük faciə deyil, həm də cəsarət və qəhrəmanlıq tarixinin bir hissəsidir.

Poemanın müəllifi Zərəngiz Dəmirçi tamaşanın ərsəyə gəlməsində iştirak edən yaradıcı heyətin işini yüksək qiymətləndirib və quruluşçu rejissor Larisa Tarusovaya minnətdarlığını bildirib. Onun sözlərinə görə, bu mövzuda teatr tamaşaları tarixi yaddaşın qorunması, faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi və ictimaiyyətin həmin hadisələrə həssaslığının artırılması baxımından çox vacibdir.

Tamaşanın rejissoru Larisa Tarusova, öz növbəsində, Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılova daimi diqqət və dəstəyə görə minnətdarlığını bildirib. O qeyd edib ki, göstərilən qayğı və diqqət yaradıcılıq prosesinə əlavə stimul verir, kollektiv üçün əhəmiyyətli mənəvi dayaq rolunu oynayır.

# 1192 dəfə oxunub

Oxşar xəbərlər

Musiqili Teatr  116-cı mövsümü başa vurdu

Musiqili Teatr 116-cı mövsümü başa vurdu

15:30 20 iyul 2026
Kukla Teatrı 94-cü mövsümə yekun vurdu

Kukla Teatrı 94-cü mövsümə yekun vurdu

12:27 18 iyul 2026
Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıda

Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıda

12:52 17 iyul 2026
“Ağıldan kəm Jurden”  tamaşasının premyerası baş tutdu

“Ağıldan kəm Jurden” tamaşasının premyerası baş tutdu

14:30 15 iyul 2026
"Ağıldan kəm Jurden"  tamaşasına daxili baxış keçirildi

"Ağıldan kəm Jurden" tamaşasına daxili baxış keçirildi

13:12 13 iyul 2026
Əməkdar artist Nahidə Orucovanın 65 illik yubileyi qeyd olundu

Əməkdar artist Nahidə Orucovanın 65 illik yubileyi qeyd olundu

11:40 13 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər